Quliyev Mərkəz Mikayıl oğlu (Mərkəz Qacar) () — hüquqşünas, şair.
Həyatı Mərkəz Quliyev 14 fevral 1948-ci ildə Füzuli şəhərində ruhani ailəsində anadan olub. Bakı Dövlət Univetsitetinin Hüquq fakültəsini bitirib. 1976-cı ildən prokurorluq orqanlarında çalışır, Yardımlı və Səlyan rayonlarında müstəntiq, 1991-ci ildən isə Bakı Şəhər Prokurorluğunda şöbə prokuroru kimi əmək fəaliyyətini davam etdirib. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. M. Qacarın indiyə qədər 30-dan artıq kitabı çap olunmuşdur. Bu kitablara 20 minə yaxın təmsil, 2000-dən artıq rübai, 3000-dən artıq lirik şeir, 500-dən çox bayatı, 1000-dən artıq qəzəl, 10 alleqorik pyes, 8 tarixi dram və 9 poema daxil edilmişdir.
Əsərləri ingilis, alman, ispan, rus, fars, kürd və başqa dillərə tərcümə edilmişdir. Dram əsərləri respublikanın müxtəlif teatrlarında tamaşaya qoyulmuş, ssenariləri üzrə çəkilmiş filmlər Azərbaycan televiziyasında dəfələrlə nümayiş etdirilmişdir.
Mükafatları Mərkəz Qacar "Araz" Ali ədəbi və "Qızıl Qələm" yaradıcılıq mükafatlarının laureatıdır.
Əsərləri Qarışqadan filədək. Bakı: Azərnəşr, 1997, 88 səh.
Filmoqrafiya Qeybdən gələn səs (film, 2002)
Mənbə
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:"Qızıl qələm" mükafatı laureatları