thumb
Bugünkü Avstariya ərazisində mədəniyyəti e.ə. 1050-ci ildən Qolştat və Laten mədəniyyətlərindən başlayaraq izləmək olar. Lakin, bizə tanış olan bugünkü Avstriya mədəniyyəti Avstriya torpaqları Müqəddəs Roma imperiyası tərkibində olan zaman, Avstriyanın inkişafında mühüm mərhələ olan, 1156-ci ildə qəbul olunmuş Avstriyanı knyazlıq statusuna qaldıran "Kiçik imtiyazla" (Privilegium Minus) formalaşmağa başlamışdır. Avstriya mədəniyyəti keçmiş və hal-hazırkı qonşuları: İtaliya, Polşa, Almaniya, Macarıstan və Çexiyanın da kifayət qədər təsirinə məruz qalmışdır.
Adı
Qədim alman dilindəki Ostarrichi sözündən törəmə olan ölkənin alman dilindəki Österreich adı "Şərq krallığı" kimi tərcümə edilir. Ehtimal ki, termin başlanğıcını region üçün xalq tərcümələrində orta əsrlərdə işlədilən latın Marchia orientalis Online Etymological Dictionary, "Austria " adından götürür. Marchia orientalis - "şərq sərhəddi" kimi tərcümə edilir. Beləki, ölkə Müqəddəs Roma İmperiyasının şərq sərhəddində yerləşirdi. Bu əksini həmçinin Anşlüsdən sonra Üçünçü reyxə tətbiq edilən Ostmark adında da tapmışdı. Latın adı başlanğıc qədim alman dilindən "ost-" hissəciyinin klassik latın dilindən fərqli olaraq cənub deyil şərq kimi işlədilməsinə gətirir (Klassik latın dilində "ost-" hissəciyi Avstraliya- Cənub torpağı üçün kök rolunu oynayır). Avstriya terminindən həmçinin ölkənin əhalisinin adı Avstraliyalılar termini yaranıb.
İncəsənət
Musiqi
Avstriyanın paytaxtı Vyananı musiqi innovasiyalarının əsas mərkəzi saymaq olar. 18-19-cu əsr bəstəkarları habsburqların himəyadarlığı altında şəhərə gəlir və Vyananı Avropa klassik musiqinin mərkəzinə çevirirdilər.Volfqanq Amadey Motsart, Lüdviq van Bethoven,İohann Ştrauss şəhərlə sıx bağlı olan əsas bəstəkarlardır. Barokko epoxasında slavyan, macar xalq musiqisi formaları Avstriya musiqisinə təsir etmişdir. Vyananın mədəni mərkəz statusunun formalaşması XVI əsrin əvvəlində başlamış və lütnada daxil olmaqla musiqi alətlərinin ətrafında cəmlənmişdir.
Klassik musiqi 150px|right|Volfqanq Amadey Motsart 150px|right|Frans Şubert 150px|right|İohann Ştraus Klassik musiqi əsri olan XVIII əsrdə avropa klassik musiqisi dominantlıq edirdi və Vyana musiqi innovasiyaları üçün xüsusi vacib məkan idi. Burada üç əsas bəstəkar musiqidə yeniliklər etmişdir: Lüdviq van Bethovenin simfonik nümunələri, Volfqanq Amadey Motsart melodiya və forma arasında balans və Yozef Haydn simli kvartetin inkişafı və sonatalar. Klassik musiqi bu gündə Avstriyada aktuallığını saxlayır. Çoxlu sayda məşhur Avstriyalı bəstəkarlar var onlardan ən önəmliləri aşağıdakılardır. Volfqanq Amadey Motsart Frans Şubert Yozef Haydn Lüdviq van Bethoven Alban Berg Anton Bruckner Gottfrid von Einem Erik Volfqanq Korngol Frits Kreysler Ernst Krenek Joseph Lanner Franz Lehár Qustav Maler Arnold Şönberq İohann Ştraus Franz von Suppé Anton Vebern.
Birinci Vyana məktəbi Əsas məqalə: Vyana klassik məktəbi
İkinci Vyana məktəbi
Yeni Vyana məktəbi (, ) — Estetik prinsipləri XX əsrin ilk otuz ilində Vyanada Arnold Şönberqin aktiv yaradıcı və pedaqoji təşkilatçılıq fəaliyyəti və tələbələri ilə birlikdə yaratdığı, dünya musiqişünaslığı diskursunda adını almış bəstəkarlıq məktəbi. Arnold Şönberqin özündən əlavə İkinci Vyana məktəbinə Anton Vebern, Alban Berq kimi bəstəkarlar həmçinin Hans Eysler, Viktor Uilman, Henrik Yaloveç, Eqon Velles, Teodor Adorno, Hans Erik Apostel, Rene Leyboviç və başqaları aid edilir.
Vyana filarmonik orkestri
thumb|left|upright|Qızıl zal 1870-ci il 6 yanvarda acılan Vyana filarmonik orkestri dünyadakı üç ən yaxşı konsert zalından biri hesab olunur. 1939-cu ildən Qızıl zaldan auditoriyası dünyanın 44 ölkəsindən bir milyard dinləyici toplayan məşhur "Vyana filarmonik orkestrinın yeni il konserti" yayımlanır. Dünyanın ən yaxşı orkestrlərindən biri hesab olunan Vyana filarmonik orkestrinın üzvləri Vyana dövlət operasının ifaçıları arasından secilir.
Vyana filarmonik orkestrinın tarixi 1842-ci il Otto Nikolayın Filarmoniya Akademiyasını yaratdığı tarixdən başlayır. Bu orkestr bütün qərarları demokratik səsvermə yolu ilə verirdi və bu qayda bu günüdək saxlanılır.
Vyana dövlət operası Əsas məqalə:Vyana Dövlət Operası
thumb|left|Vyana Dövlət Operası
Alman dilində Staatsoper adlandırılan Vyana Dövlət Operası dünyanın ən vacib opera kompaniyalarından biri hesab edilir.
Vyana oğlanlar xoru
thumb|Wiener Sängerknaben Vyana oğlanlar xoru cıxş zamanı Wiener Sängerknaben dünyadaki oğlan uşaqlarından təşkil olunmuş ən məşhur xorlardan biridir. Çox yüksək vokal standartları ilə məşhur olan xor musiqiçilər həmçinin Volfqanq Amadey Motsart, Antonio Kaldara, Antonio Salyeri, Anton Bruknerlə əməkdaşlıq etmişdir. Xor I Maksimilian Habsburqun 7 iyul 1498-ci il məktubu ilə təsdiq edilmişdir. Augarten sarayı məşqlər üçün məkan və xor üzvləri üçün məktəb-internat rolunu oynayır.
Xalq musiqisi
Schrammelmusik thumb|300px|alt=Four musicians with instruments are seated at a table as they face the camera. The lower section of a poster appears on the back wall, displaying the name "Schrammel."| Schrammel kvarteti 1890-ci il Müasir Avstriya xalq musiqisinin ən populyar formalarından biri akkordeon və ikili-boğazlı gitarada ifa edilən Vyana Schrammelmusikidir. Müasir ifaçılar Roland Noyvirt, Karl Xodin və Edi Rayzeri əlavə edirlər.
Yodle Yodle Alpda yaradılan boğaz oxuma növlərindən biridir. Avstriyada onu juchazn adlandırırdılar. Dağlar rasında əlaqə üçün istifadə edilən leksik olmayan hecalar və qışqırıqlardan təşkil olunur.
Avstriya milli rəqsləri
Avstriya xalq rəqsləri tez-tez Schuhplattler, Landler, polka və valsla assosiasiya olunur. Lakin Zviefacher, Kontratanze və Sprachinseltaze kimi başqa rəqslərdə mövcuddur.
Lendler Landler yaranma mənbəyi dəqiq məlum olmayan alman avstriya əsilli rəqsdir. Uzun müddət ərzində müxtəlif adlar altında məlum olmuş sonradan Landl ob der Enns adı ilə tanınmış son nəticədə Lendlerə qədər qısaldılmışdır. Rəqs təxminən 1720-ci ildən məşhurlaşmışdır. Rəqs əks cinslərin yaxın təmasını tələb etdiyindən bir necə kilsə təşkilatı tərəfindən şəhvət oyatdığına görə qadağan edilib. Landler əvvəlcə Vyanada sonra Ukraynaya qədər uzaq məsafələrə yayılmışdır. Landler son halda bizim tanıdığımız Valsa cevrilmişdir.
Austropop thumb|Austria3 — soldan sağa: Georg Danzer, Rainhard Fendrik, Volfgang Ambros. DJ Ötzi Amadeus Austrian Music Awardı 2001 və 2002-ci illərdə beynəlxalq aləmdə ən uğurlu Avtriyalı artistlər olduqlarına görə layiq görülmüşdülər. Bitboksinq qrup olan Bauchklang Amadeus mükafatını group pop/rock national kateqoriyasında layiq görülmüşdür. Falco, Raynxard Fendrix, Andre Heller, Qeorq Dançer və Kristina Ştürmer Amadeus mükafatına artist pop/rock national kateqoriyasında layiq görülüblər.
Austria3 1997-ci ildən 2006-cı ilədək səhnədə olan avsrtriyalı kifayət qədər individual ifaçı-müəlliflər Volfqanq Ambros, Georq Dançer və Raynxard Fendrixdən ibarət üçlü konqlomerat idi.
Alp yeni dalğası
Adı alpunka qədər qısaldıla bilən pan-rokun bu janrı Almaniyanın, İsveçrənin və Avstriyanın alp regionlarında yaranmışdır. Alpunka pank-musiqinin nizamsız, enerjili ritmləri regionun tanındığı akkerdeon əsaslı xalq musiqisi daxildir.
Digər məşhur musiqilər Joe Zavinul məşhur caz klavişçısı və bəstəkar. Caz-fyujin üslubunun yaradıcılarından biridir.
Weather Report (azər. hava proqnozu) - caz-fyujin qrupu.
Ədəbiyyat Avstriya ədəbiyyatını iki əsas bölməyə ayırmaq olar. Məhz 20-ci əsrin ortalarına qədər olan dövr və növbəti Avstro-Venrqiya və Almaniya imperiyalarının öz mövcudluqlarını başlatdıqdan sonra. Avstriya böyük avropa dövlətindən kiçik bir dövlətə çevrilmişdi. Bundan əlavə, bəzilərinin avstriya ədəbiyyatına aid etdiyi lakin almaniyada yazılmayan çoxlu ədəbiyyat nümunələri mövcuddur. Rəssamlar torpağı statusunu tamamlayan Avstriya hər zaman böyük yazıçılar, şairlər və novellistlərin vətəni olmuşdur. Avstriya Artur Şniçler, Stefan Sveyq, Tomas Bernxard, Robert Müzil, Georg Trakl, Frans Verfel, Frans Gullparçer, Rayner Mariya Rilke, Adalbert Ştifter kimi yazıçılar və şairlər, həmçinin məşhur müasir dramaturq və yazıçılar Elfrida Elinek və Peter Handkenin vətənidir.
Teatr thumb|upright=2|Burgteatr XI-XII əsrlərdə avstriya monastırları və Abbatlıqlarında misteriyalar və liturgiya dramları səhnələşdirilirdi.Большая Российская энциклопедия: В 30 т. / Председатель науч.-ред. совета Ю. С. Осипов. Отв. ред С. Л. Кравец. Т. 1. А — Анкетирование. — М.: Большая Российская энциклопедия, 2005. — 766 с.: ил.: карт. Avstriya teatrı XVI əsrdə çox milliyyətli avstriya dövləti formalaşmağa başladığı zamandan yaranmağa başlamışdır.Театральная энциклопедия. Гл. ред. С. С. Мокульский. Т. 1 — М.: Советская энциклопедия, 1961, 1214 стб. с илл., 12 л. илл.
XVI əsrdə Avstriya ərazisində komik səhnələr göstərib, akrobatik və rəqs nömrələri ifa edən sonsuz sayda köçəri teatr truppaları hərəkət edirdi. Artistlərin nömrələri üçün səhnəciklər V. Şmelçlem tərəfindən yazılmışdı.
XVI-XVII əsrin astanasında Avstriyada yezuit kolleqiyalarında formalaşan teatrlar kilsəyə və imperatora iatət etməyi propoqanda edirdilər. Tamaşalarda tez-tez italyan teatrının texnikasından istifadə edilirdi.
XVII əsrdə Avstriya teatrı İtaliya incəsənətinin böyük təsirinə məruz qalmışdır. İtalyan ustaların ssenariləri köçəri teatrların yaradıcılıqlarını təkmilləşdirməyə kömək edirdi.
Avançinusun "Qalib gələn möminlik" tamaşası 1659-cu ildə Vyanada nümayiş etdirilmişdi. Tamaşa xarici effektlərin zənginliyi və tamaşanın rəngarəngliyi ilə fərqlənirdi.
XVIII əsrin əvvəli, 1712-ci ildə Vyanada ilk stasionar teatr yaradılmışdır. Səhnədə improvizasiya təcrübəsinin möhkəmləndirərək, tamaşaların qoyulması üçün alman xalq teatrı və italyan komediyasının təcrübələrindən istifadə edilirdi. XVIII əsrin axırında Vyananın şəhər kənarında yeni teatrlar açılır: "Leopoldştadteatr" 1781-ci ildə, "Josefstadtteatr" 1788-ci ildə, "Videnerteatr" 1787-ci ildə. Bu teatrlarda V. A. Motsart və İ. Haydnının operaları, cəngavər dramları, uşaq baletləri göstərilirdi. 1741-ci ildə Vyanada "Burgteatr" adını almış "Saray yanında kral teatrı" yaradılır.
XIX əsrin əvvəlində Avstriyanın kiçik şəhərlərində teatrların inkişafı başalamışdır. Bunda F. Raymund və N. Nestroyun böyük xidmətləri var. Onlar milli komediyanın öz şəxsi janrlarını yaratmış və demokratik teatrın sonrakı inkişafına zəmin yaratmışlar.
XX əsrin 20-ci illərində "Burgteatrın" yaradıcı fəaliyyətində yüksəliş baş verir. Teatra rəhbərliyi aktyor və rejissor A. Heyne edir. Hitler okkupasiyası dövründə avstriya mədəniyyətinin kecmiş nümayəndələyi təqiblərə məruz qalırdı. Teatırların əksəri bağlanmış və məhv edilmişdi. Sovet qoşunları tərəfindən Avstriyanın azad edilməsindən sonra mədəni azadlıq uğrunda mübarizə başlanmışdır.
Sirk Avstriyada 2009-cu ildə iyirmi illiyini eqy edən ailəvi sirk «Pikard» geniş şöhrətə malikdir. Truppaya başçılığı kecmiş ekvilibrist Elizabet Şneller edir.
Avstriyada sirkin tarixi daha əvvəl, nəslən rəssam, komiklər və çapar olan Şnellerlər və Pikarlar artistik ailələrindən başlayır. XX əsrin 30-cu illərində Ene Şneller uşaqlarının böyüdüyü və peşəyə yiyələndiyi şəxsi sirkini yaradır. İkinci dünya müharibəsi zamanı sirk işini buraxmalı olsalrda, sülh əldə edildikdən sonra sirkin truppası yenidən ölkə ərazisində çıxışlarını davam etdirir. Lakin, sirk uzun müddətdə ayaq üstə qala bilmir: tez zamanda dövlət ailənin əlindən onun sadə əmlakını alır və Şnellerə iki at və bir çüt vaqon verir.
«Pikard» 1989-cu ildə yenidən doğulur. Erne Şnellerin rəhbərliyi altında sirk 2004-cü ilə qədər fəaliyyət göstərir. Sonradan sirkə rəhbərlik onun xanımı Elizabetə kecir. Hal-hazırda sirkdə sirk dinastiyasının varisləri - Roman Şneller, Aleksandr Şneller və İlona Şneller çıxış edirlər.
Balet