Kafirefs boğazı () — Egey dənizi akvatoriyasında yerləşən Evbeya və Andros adaları arasında yerləşir. Adı qədim yunan əfsanəsi ilə əlaqədardır. Eni 11 km təşkil edir. Boğazda güclü axınlar müşahidə edilir. Şimaldan cənuba doğru yönələn axınlar Qara dənizdən Mərmərə dənizinə və oradan da Aralıq dənizi istiqamətinə yönəlir. Boğazda eyni adlı burun vardır. Bu burunun qədim yunan əsatirlərində adı çəkilir.

Mənbə

Kateqoriya:Atlantik okeanının boğazları Kateqoriya:Avrasiya boğazları Kateqoriya:Yunanıstan boğazları Kateqoriya:Aralıq dənizinin boğazları