Bülbülə gölü — Abşeron yarımadasının mərkəzində, Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində göl.

Haqqında Bülbülə gölü səthinin sahəsi 99 ha, dərinliyi 2,5 m olmaqla Abşeron yarımadasının mərkəzində, Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində yerləşir. Büıbülə gölünün xəritəsi Gölün suyu şortəhər olmaqla minerallaşma dərəcəsi 1,7 q/l-dir. Kationların (kalsium və maqneziumun) konsentrasiyası norma daxilində tərəddüd edir, anionların (xloridlər və sulaftların) miqdarı isə normadan cüzi dərəcədə yüksəkdir. Detergenlərin miqdarı YVHQ-dən 9,5 dəfə, fenolların miqdarı 8 dəfə, neft məhsullarının və misin konsentrasiyası isə 3,5-4 dəfə artıqdır. Gölün oksigen rejimi norma daxilindədir.

Mənbə Ş.Əhmədov. Mühəndis ekologiyası. Bakı, 2012

İstinadlar

Xarici keçid

Bülbülə gölünün ətrafında bulvar salınacaq (VİDEO) Bülbülə gölü.

Kateqoriya:Suraxanı rayonunun gölləri