Atanasio Agirre (; ) — Uruqvay dövlət xadimi, 1864–1865-ci illərdə Uruqvay prezidentinin səlahiyyətlərini icra etmişdir. Onun ilk siyasi çıxışları 1825–1828-ci illərdə azadlıq hərəkatı dövründə olur. 1833–1838-ci illərdə isə o, hərbi komissar vəzifəsini icra edir. 1852-ci ildə Böyük müharibədən sonra deputat seçildikdən sonra 1861-ci ildə isə Senata seçilir. 1 mart 1864-cü il prezidentlik səlahiyyətlərinin bitməsi ilə əlaqədar Bernardo Prudensio Berronu əvəz edir. Onun bir illik hakimiyyəti dövründə ölkə vətəndaş müharibəsinin girdabına yuvarlanır.
Hakimiyyətdən uzaqlaşdırılması Uruqvay Kolorado Partiyasının rəhbəri Venansio Flores Braziliya İmperiyasının və Argentina prezidenti Bartolome Mitrenin dəstəyi ilə Agirreyə qarşı çıxır. Agirre 1864-cü ilin mayında Braziliyanın tələblərini rədd edir. 1864-cü ilin dekabrında Agirre 1851-ci ildə Braziliya ilə imzalanmış Dostluq və Yardımlaşma haqqındakı müqavilədən rəsmi qaydada imtina edir. Üstəlik III Napoleonun yanına səfir yollayır. Xarici ölkələrdə özünə arxa axtarır. Ancaq 16 fevral 1865-ci il Braziliya ordusu Montevideonu zəbt edir. Bundan sonra Agirre prezident səlahiyyətlərini senatın rəhbəri Tomas Vilyalbaya təhvil verir. Üç gündən sonra onu Braziliya ordusu devirir. Bu vəzifəni Venansio Flores icra edir. Bu hadisə Paraqvay müharibəsinin başlaması üçün bəhanələrdən biri olur.
İstinadlar
Kateqoriya:Uruqvay prezidentləri