250px|thumb|right|Albiçilərin səlibçilər tərəfindən qətl edilməsi.
Albiçilər və ya Albiqoylar — XII–XIII əsrlərdə Fransada, İtaliyada və Almaniyada yayılmış bürger bidətinin tərəfdarları.
Tarixi Albiqoylar katolik kilsəsinə, feodalizmə qarşı çıxır, bu dünyadakı həyatı "şeytan əməli" adlandırır, kilsənin əsaslı islahatını tələb edirdilər. Onlar başlıca olaraq şəhərlilərdən (sənətkarlardan), qismən kəndlilərdən ibarət idi. Yerli xırda feodalların bir qismi də onlara qoşulmuşdu. Kilsə albiqoyları lənətləyib onları kilsədən qovmuşdu.
1167-ci ildə albiqoylar San-Feliksdə məclis toplayıb məzhəblərini formalaşdıraraq öz kilsələrini təşkil edirdilər. Papa III İnnokenti albiqoylara qarşı səlib müharibəsi elan etdi. 1209, 1213, 1216 və 1229-cu illərdə albiqoylara qarşı müharibələrdə onlar məğlub oldular və XIII əsrin sonu–XIV əsrin əvvəllərində albiqoylar inkvizisiya tərəfindən məğlub edildilər.
Mənbə
İstinadlar
Ədəbiyyat Ziya Bünyadov. Dinlər, təriqətlər, məzhəblər. Bakı,2007. Н. Осокин. Первая инквизиция и завоевание Лангедока франками. Казань, 1872. Н.Осокин. История альбигойцев и их времени]. Казань, 1869–1872 Бренон А. Крестовый поход против альбигойцев: исторические последствия священной войны. "Дельфис" — № 71(3) — 2012
Xarici keçidlər Альбигойцы // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). — СПб., 1890–1907. Александр Валентинович Амфитеатров. "Альбигоец"
Kateqoriya:Katolisizm Kateqoriya:Xristianlıq Kateqoriya:Xristianlıq tarixi