Frank de Bur (; ) — Niderlandlı keçmiş futbolçu, Niderland millisinin baş məşqçisi.

Klub karyerası Frank de Bur "Ayaks" futbol məktəbinin yetirməsidir. O, "Ayaks"da on il çıxış edib. Bu klubun heyətində 5 dəfə ölkə çempionu 2 dəfə isə ölkə kubokunun qalibi olub. Frank de Bur "Ayaks"ın heyətində həmçinin mümkün ola biləcək beynəlxalq turnirlərin hamısının — Çempionlar Liqası, UEFA Kuboku, UEFA Superkuboku və Qitələrarası Kubokun qalibi olub.

1998-ci ildə Frank İspaniyanın "Barselona" klubuna transfer olunub, ancaq burada "Ayaks"da olduğu kimi yüksək nailiyyətlərə nail ola bilməyib. Frank de Bur "Barselona"dan 2003-cü ildə qalmaqalla ayrılıb, beləki ki onun dopinq qəbul etdiyi ifşa olunub. Daha sonralar Frank əkiz qardaşı Ronald de Bur ilə birlikdə Türkiyənin "Qalatasaray", Şotlandiyanın "Reyncers", Qətərin "Əl Rəyyan" və "Əl Şamal" klublarında çıxış edib. Frank de Bur karyerasını 2006-cı ildə Qətərdə başa vurub.

Milli komanda karyerası Fran de Bur milli komandada 1990-cı ildə debüt edib və onun heyətində 14 il çıxış edib. Millinin heyətində 1992, 2000 və 2004-cü illərdə UEFA Avropa Kubokunda, 1994 və 1998-ci illərdə isə FİFA Dünya Kuboku yarışlarında iştirak edib. Frank de Bur milli karyerasını bitirdiyini elan etdiyi ilədək Niderland millisinin kapitanı olub. Onu Niderland futbolu tarixində yetişmiş ən güclü müdafiəçilərdən biri hesab edirlər.

Frank de Bur milli karyerasını uğursuz başa vurub: Avro 2004-ün dörddəbir final mərhələsində İsveç millisi ilə oyun zamanı zədələnərək əvəzlənib, ancaq buna baxmayaraq zədəli olsa da, yarımfinal mərhələsində Portuqaliya millisi ilə görüşdə meydançaya çıxıb, bu görüşdə Niderland Portuqaliya millisinə 1:2 hesabı ilə məğlub olub.

Ümumilikdə Frank millinin heyətində 112 oyuna çıxıb və 13 qol vurub.

Məşqçilik karyerası Frank de Bur futboldan getdiyini 2006-cı ilin aprelində elan edib. 2007-ci ildə Frank "Ayaks"ın gənclərdən ibarət komandasının baş məşqçisi təyin olunub.

6 dekabr 2010-cu ildə "Ayaks"ın baş məşqçisi Martin Yolun istefasından sonra Frank de Bur klubda baş məşqçinin vəzifəsini icra edən təyin olunub.

3 yanvar 2011-ci ildə rəsmən "Ayaks"la müqavilə imzalayıb. Müqavilə 30 iyun 2014-cü ilə qədər nəzərdə tutulub. Frankın komanda ilə ardıcıl üç mövsüm Niderland çempionu olmasından sonra (2010–11, 2011–12, 2012–13), onunla olan müqavilə 30 iyun 2017-ci ilə qədər uzadılıb. Frank ardıcıl dört dəfə Niderland çempionu olmuş ilk baş məşqçidir.

Uğurları

Klub Ayaks Erediviziya (5): 1989–90, 1993–94, 1994–95, 1995–96, 1997–98 KNVB Kuboku (2): 1986–87, 1992–93 Çempionlar Liqası (1): 1994–95 UEFA Kuboku (1): 1991–92 UEFA Superkuboku (1): 1995 Qitələrarası Kubok (1): 1995

Barselona La Liqa (1): 1998–99

Milli komanda Niderland UEFA Avropa Kuboku Üçüncü (3): 1992, 2000, 2004

Baş məşqçi Ayaks Erediviziya (4): 2010–11, 2011–12, 2012–13, 2013–14 Niderland Superkuboku (1): 2013

Şəxsi AİM İlin komandası (1): 1995–1996 Dünya Kuboku Rəmzi yığma üzvü (1): 1998 Avropa Kuboku Rəmzi yığma üzvü (1): 2000

İstinadlar

Xarici keçidlər

UEFA-nın saytında səhifəsi FİFA-nın saytında səhifəsi Goal.com saytında səhifəsi

de_Bur de_Bur Kateqoriya:Qalatasaray PFK futbolçuları de_Bur de_Bur Kateqoriya:Legioner Niderland futbolçuları Kateqoriya:Erediviziya futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Niderlandın kişi futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:Qətər Ulduzlar Liqası futbolçuları Kateqoriya:UEFA Avropa Liqası qalib futbolçuları Kateqoriya:Futbolda dopinq halları Kateqoriya:UEFA Avro 1992 futbolçuları Kateqoriya:UEFA Avro 2004 futbolçuları Kateqoriya:1998 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1994 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Şotlandiya Premyer Liqası futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası məşqçiləri Kateqoriya:İnter Milan FK məşqçiləri Kateqoriya:İtaliya A Seriyası məşqçiləri Kateqoriya:Niderland milli futbol komandasının oyunçuları Kateqoriya:UEFA Avro 2000 futbolçuları Kateqoriya:Niderland futbol məşqçiləri Kateqoriya:Niderland milli futbol komandasının məşqçiləri Kateqoriya:Reyncers FK futbolçuları Kateqoriya:Erediviziya məşqçiləri Kateqoriya:Futbol mərkəz müdafiəçiləri Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular Kateqoriya:Niderlandlı legioner kişi futbolçular