Analogiya ( — "oxşarlıq", "uyğunluq") — 1)fikir, məfhum və hadisələr arasında oxşarlıq və uyğunluq, bənzəyiş; 2)müxtəlif əşya və hadisələr arasında qismən oxşarlıq və ya uyğunluq; 3)ümumilikdə müxtəlif olan əşyaların, hadisələrin və anlayışların müəyyən mənalarda oxşarlığı; 4)məntiqdə: iki əşya və ya hadisənin hər hansı cəhətdən bir-birinə bənzərliyinə əsaslanaraq, onların digər cəhətlərdən də bir-birlərinə bənzəmələri haqqında nəticə çıxarmaqdan ibarət mühakimə üsulu. Analogiya məfhumunu elmə Aristotel daxil etmişdir.

Bu terminlə ilk dəfə yunan riyaziyyatçıları ədədlər arasındaki əlaqənin oxşarlıqlarını ifadə etmişlər.

Misal Onluq kəsrlər üzərində əməllər bir çox cəhətdən natural ədədlər üzərində əməllərlə analogiya təşkil edir. Onluq kəsrlərin öyrənilməsində bu analogiya istifadə olunur; Ədədi və həndəsi silsilənin bir çox xassələri analogiya təşkil edir; Stereometriyanın bir çox məsələləri planimetriya məsələləri ilə analogiya öyrənilir: Sfera müstəvidə çevrənin fəza analogiya, Tusi piramidası müstəvidə Paskal üçbucağının fəza analogiya (Bax: Paskal üçbucağı, Tusi piramidası).

Həmçinin bax Hipotez Aksiom Arqument Paradoks Anlayış Nəticə Fakt

Ədəbiyyat Əliquliyev R. M., Şükürlü S. F., Kazımova S. İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s. "Məntiq" M. M. İsrafilov, Bakı-2005 M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. "Azərbaycan Sovet Ensklopediyası" I–X cild, Bakı 1976–1987.

Kateqoriya:Riyaziyyat Kateqoriya:Cəbr Kateqoriya:Riyazi terminlər Kateqoriya:Riyazi anlayışlar Kateqoriya:Elm Kateqoriya:Fəlsəfə Kateqoriya:Məntiq Kateqoriya:Fəlsəfi mübahisələr Kateqoriya:Fəlsəfi anlayışlar Kateqoriya:Hüquqi terminlər