Rumıniya Milli Həmkarlar İttifaqları Konfederasiyası () və ya qısaca "ALFA karteli" () — Rumıniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konfederasiyanın baş qərargahı Buxarestdə yerləşir.

Tarixi "ALFA karteli" 1990-cı ildə işçilərin əsl etibarlı təmsilçiliyinin qurulması məqsədilə yaradılmışdır.

Öhdəlikləri Təşkilatın əsas məqsədi ictimai ədaləti və işçilərin maraqlarını qorumaq, müdafiə etmək və Rumıniyada demokratiyanı gücləndirməkdir. Konfederasiya işçilərin maraqlarını müdafiə etməsi ilə Rumıniyada həmkarlar ittifaqı hərəkatının formalaşmasında əhəmiyyətli rol oynayır.

Fəaliyyəti Konfederasiya daimi iş yerlərinin yaradılması, öz üzvlərinin iş və həyat şəraitinin yaxşılaşdırılması, iqtisadi dirçəliş və stabillik, düzgün əməkhaqqı siyasəti üçün mübarizə aparır.

Konfederasiya yerli və milli səviyyədə kollektiv əmək müqavilələrinin bağlanması, sosial dialoqun və sosial tərəfdaşlığın inkişaf etdirilməsində də müxtəlif səviyyələrdə fəaliyyət göstərir.

Öz maraqlarını və mövqelərini müdafiə etmək üçün təşkilat piketlər, nümayişlər, yürüşlər keçirir.

Konfederasiya Rumıniya fəhlələrinin maraqlarına təsir göstərə biləcək hökumət tərəfindən verilmiş qərarlara öz mövqeyini ifadə edir, üzvlərini və ictimaiyyəti bu barədə daima məlumatlandırır.

Tərkibi Konfederasiya heç bir inzibati orqandan, siyasi partiyadan asılı olmayan müstəqil təşkilatdır. İstənilən şəxs onun üzvü ola bilər.

Hazırda konfederasiyaya sahə müxtəlifliyi baxımından özəl və dövlət sektoru daxil olmaqla 38 sahə birliyi daxildir.

Rəhbərləri Hazırda təşkilatın rəhbəri 2009-cu ilin dekabr ayından Boqdan Hossudur.Statul ar putea economisi 166 mil. euro daca va concedia 70.000 de bugetari in 2010 , 30.12.2009, zf.ro, accesat la 3 ianuarie 2010

Beynəlxalq əməkdaşlıq Təşkilat Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və Avropa Həmkarlar İttifaqları Konfederasiyası ilə sıx əməkdaşlıq edir.

Mənbə Arzu ŞAHBAZİ. Rumıniya Milli Azad Həmkarlar İttifaqları Konfederasiyası — CNSLR . "Ülfət" qəzeti, 31.08.2012.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Rumıniya həmkarlar ittifaqları Kateqoriya:1990-cı ildə yarananlar