Nina Sulaberidze (; d. 31 yanvar 1995, Moskva) və ya tanınmış adı ilə Nina Sublatti () — Gürcüstanı Avroviziya 2015 müsabiqəsində "Warrior" mahnısı ilə təmsil edən müğənni, xəttat və model.

Həyatı və karyerası

1995-2013

Sublatti gürcü ailənin qızı kimi 1995-ci ilin 31 yanvarında Rusiyanın paytaxtı Moskvada anadan olmuşdur. Doğumundan qısa müddət sonra ailəsi Gürcüstana köçmüşdür. İncəsənət məktəbində rəsm, heykəltəraşlıq dərsləri almışdır. 2008-ci ildə modellik dərsləri də öyrənmişdir. 2011-ci ildə Georgian Dream Studiosunda təhsil almağa başlamış, müğənni Bera İvanişvili ilə işlər görmüşdür.

2013-h.h.

2013-cü ildə "Saqartvelos Varskvlavi" müsabiqəsinin qalibi olmuşdur. Eyni il ilk albomu "Dare to Be Nina Sublatti"ni çıxartmışdır və bu albom Gürcüstanda ən yaxşılardan biri hesab olunmuşdur. 2014-cü ilin dekabrında Sublatti Gürcüstanı Avroviziya 2015 müsabiqəsində təmsil etmək üçün yarışacaq 5 iştirakçıdan biri olduğu açıqlanmışdır. Milli final 14 yanvar 2015-ci ildə baş tutmuşdur. Milli finalda "Warrior" mahnısı ilə çıxış edərək qalib olmuş və ölkəsini Vyanada təmsil etmək hüququ qazanmışdır. İsveçli bəstəkar Tomas Qison ilə işləmiş və səhnə isveçli kareoqraf Saça Cin-Baptiste tərəfindən dizayn edilmişdir. "Warrior" mahnısı ilə 19 mayda Avroviziyanın birinci finalında yarışan Sublatti finala yüksəlmişdir. 23 mayda baş tutan finalda 51 xal toplayaraq 11-ci olmuşdur.

Şəxsi həyatı

Musiqi karyerasında Cenis Coplin, Brayan Moklo və Byorkdan təsirlənmişdir. Bədənində bir neçə döymə vardır.

Sinqlları thumbnail İl Ad Ən yüksək göstəricisi FL NL UK 2014 "Down" — — — 2015 "Dark Desire" — — — 2015 "Sleep" — — — 2015 "I've Got An Idea" — — — 2015 "Warrior" — — 87

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Gürcüstan müğənniləri Kateqoriya:Gürcü müğənnilər Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:Gürcü xəttatlar Kateqoriya:Qadın pianoçular Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Gürcüstanın "Avroviziya" təmsilçiləri