Dəniz Gəzmiş (; ) — Türkiyəli marksist-leninist inqilabçı və siyasi aktivist.

1972-ci ildə 25 yaşında iki yoldaşı ilə birlikdə edam edilmişdir. Dəniz Gəzmiş həyatı, fəaliyyəti və ölümü ilə Türkiyə cəmiyyətinin üzərində dərin izlər buraxmışdır. Ölümündən sonra barəsində yazılmış mahnılar və çəkilmiş sənədli, bədii filmlər buna misal göstərilə bilər.

Uşaqlıq və gənclik illəri Dəniz Gəzmiş 1947-ci ilin 28 fevral tarixində Ankaranın Ayaş səmtində dünyaya gəlmişdir. Babası Rizə bölgəsinin Əkizdərə səmtinə bağlı Cimil kəndinin sakini olmuşdur. Gəzmişin nəsili Konyadan köçmək məcburiyyətində qalmış Oğuz türklərinə gedib çıxmaqdadır. Dəniz Gəzmişin atası Ərzurumda yerləşən orta məktəblərin birində müfəttiş kimi çalışan Cəmil Gəzmiş idi. Anası Müqəddər Gəzmiş də Ərzurum bölgəsinin Tortum səmtində orta məktəb müəlliməsi kimi çalışırdı. Ailənin üç oğlan uşağından ikincisi olan Dəniz Gəzmişin özündən böyük qardaşı Bora Gəzmiş hüquq faklütəsində olan ixtisasından ayrılıb bank sistemində çalışmağa başlamışdı. Evin kiçik övladı Hamdi Gəzmiş maliyyə müşaviri vəzifəsində çalışmaqda idi.

Gəzmiş ilk təhsilini Sivas şəhərindəDəniz Gəzmiş ağını kim yazıb? , Metexan Aqbulud, İstifadə tarixi: 07 mart 2022. (Türkcə), lise təhsilini isə İstanbulun Heydərpaşa Lisesində tamamlamışdır. Təhsil aldığı müddət ərzində tanış olduğu sol qrupların fikirləri Gəzmişdə böyük maraq oyatmışdı. Zamanla həmin sol qrupların tədbirlərində iştirak etməyə başlamışdır.

Siyasi fəaliyyəti

Saxlanılması və edamı 12 Mart Çevrilişinin ilk günlərindən sonra Yusuf Aslan ilə birlikdə Sivasa getməkdə ikən motosikletləri xarab oldu. Bir şikayətin nəticəsində polislərin gəlməsindən sonra baş verən silahlı qarşıdurmada Aslan ilə bir-birlərini itirdilər. Aslan o anlarda Sarq%C4%B1%C5%9Flada yaralı ikənSarqışlaya düşürmesin Allah sevdiyi qulunu , Metexan Aqbulud, İstifadə tarixi: 07 mart 2022. (Türkcə), Gəzmiş isə 16 mart 1971 günü Sivasın Gəmərək rayonunda mühasirəyə alınaraq saxlanıldı və Kayseriyə gətirildi. Buradan Ankaraya, dövrün Daxili İşlər Naziri Haldun Məntəşəoğlunun yanına aparıldı.

Məhkəməsi 16 iyul 1971 günü Altındağ Veterinar Məktəbi binasının yanında briqada generalı Ali Əlverdinin başçılığında Baki Tuğ məhkəməsində Ankara Sıxıyönətim Komandanlığı 1 nömrəli məhkəməsində başladı və 9 oktyabr 1971 günü bitdi. Dəniz və dostları 16 iyul 1971 tarixində başlayan THKO-1 məhkəməsində Türk Cəza Qanununun 146-cı maddəsini ixlal etdiynə görə, 9 oktyabr 1971 tarixində 146/1 maddəsi gərəkçəsi ilə edam cəzasına məhkum edildi. 1972-ci il mayın 6-da edam edilib."1971–1972: Last Days of Young Revolutionaries before Execution" . Semra Çelebi, (6 may 2009). Bianet. (İngilis dili)

Son məktub

Cəmiyyətə təsiri

Xarici keçidlər Parkalı Deniz’in fotoğrafçısı kitap yazdı — Hürriyet (Kelebek), Ali Dağlar, Yayın Tarihi: 25 Mayıs 2013 (Türkcə)

Mənbə

Biblioqrafiya Gülünün Solduğu Akşam, Erdal Öz, Can Yayınları, 1986 (Türkcə) Deniz Gezmiş’in Günlüğü, Ali Yıldırım, İtalik Yayınevi, 2012 (Türkcə)

İstinadlar Kateqoriya:Ankarada vəfat edənlər Kateqoriya:Aktivistlər Kateqoriya:İstanbul Universitetinin Hüquq fakültəsinin məzunları Kateqoriya:Türkiyə kommunistləri Kateqoriya:Edam olunmuş inqilabçılar Kateqoriya:Marksistlər Kateqoriya:Türkiyəli keçmiş müsəlmanlar