Qiyasəddin Cahangir mirzə () — Əmir Teymurun böyük oğlu.
Həyatı Cahangir mirzə Əmir Teymur oğlu 1356-cı ildə Cığatay ulusunun Keş (Şəhrisəbz) şəhərində anadan olmuşdu.
Özbək xanın soyundan olan və Xanzadə ləqəbi ilə tanınan Süyün Bek xanımla Əmir Teymurun böyük oğlu Cahangir mirzənin evləndirilməsi qərarlaşdırıldı.Castin Marozzi. "Tamerlan". Bakı, Qanun nəşriyyatı, səh. 82. Əmir Teymur 1373-cü ildə yenidən Xarəzmə hücum etdi. Bu yürüşün səbəbi Yusif Sufinin sözünü yerinə yetirməməsi və Qat vilayətinə əsgər göndərərək oranı dağıdıb əhalisini pis vəziyyətdə qoyması idi. Əmir Teymurun Xarəzm istiqamətində irəlilədiyini öyrənən Yusif Sufi narahat olmuş və sülh üçün Xanzadənin tezliklə göndərilməsini qəbul edərək toy hazırlıqlarına başlamışdı. Bu evlilik nəticəsində Əmir Teymurun böyük oğlu Cahangir mirzə də xan nəslinə kürəkən olmuşdu. Cahangir mirzə və Xanzadədən daha sonra Əmir Teymur tərəfindən Teymurlu taxtına varis təyin olunacaq Pir Məhəmməd anadan olmuşdur.Peter Jackson, Lawrence Lockhart (1986). The Cambridge History of Iran, Volume 6. Cambridge University Press. p. 1120. ISBN 9780521246996. Retrieved 2013-01-02.
Ailəsi
Xanımları
Xanzadə Sevinbəy ağa Ruqiyə Hanikə ağa Bəxt Mələk ağa
Oğulları
Məhəmməd mirzə Pir Məhəmməd mirzə
Qızları
Yadigar Sultan Cahan Sultan Fatma Sultan Payəndə Sultan
İstinadlar
Kateqoriya:Özbəkistan tarixi Kateqoriya:Teymurilər Kateqoriya:İslam hökmdarları