Novruz Novruzlu () — müğənni, aktyor, Savalan qrupunun bədii rəhbəri və Akademik Opera və Balet Teatrının solisti.

Həyatı və fəaliyyəti Novruz Novruzlu 12 may 1960-cı ildə Ordubad şəhərində anadan olub. 5 yaşında ikən atasını itirib. Orta məktəbdə oxuduğu müddətdə musiqi ilə bağlı bütün tədbirlərdə çıxış edib. Orta məktəbi bitirdikdən sonra İncəsənət Universitetinin musiqili-komediya aktyorluğu fakültəsinə daxil olub. Universitetdə oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub. Oxuduğu müddətdə "Ulduz" tamaşasında Zəfər, "Arşın mal alan"da Əsgər, "O olmasın, bu olsun" tamaşasında Sərvər rollarını ifa edib. Bir müddət "Şərq ansamblı"nda solist kimi fəaliyyət göstərib. Universiteti bitirdikdən sonra Firudun Mehdiyevin səhnələşdirdiyi "O olmasın, bu olsun" tamaşasında Əsgər rolunu ifa edib. Ömrünün sonunadək Akademik Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. 20 yanvar faciəsi baş verdikdən sonra dostları ilə birgə Savalan qrupunu yaradıb. Qrup olaraq daha çox dini mistik vətənpərvər musiqilər ifa ediblər.

Qrupla bağlı fikirləri

Ölümü 20 noyabr 2018-ci ildə ürək tutmasından vəfat edib. Xırdalan qəbiristanlığında dəfn olunub.

Filmoqrafiya Qüdsi (film, 2007) — Aktyor

İstinadlar

Xarici keçidlər Novruz Novruzlu ilə müsahibə Novruz Novruzlu haqqında sənədli film

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Ordubadda doğulanlar Kateqoriya:Xırdalanda dəfn olunanlar Kateqoriya:Bakıda vəfat edənlər