Esmorqa () — İkinci dünya müharibəsindən sonra Qalisiya ədəbiyyatında ən əhəmiyyətli roman. 1959-cu ildə Buenos-Ayresdə, 1970-ci ildə Qalisiyada nəşr olunan bur roman yazıçı Eduardo Blanko Amor tərəfindən yazılmışdır. Ədəbi təsiri gələcək nəsil üzərində böyük əhəmiyyəti olmuşdur. Roman haqqında film də çəkilmişdir.
Mövzu
Esmorqa romanı 3 personajdan bəhs edir. Aladi Milomen və Xansino Bokasın ölümü, Sibran Kastisonun hadisələri təsvir etməsi ilə başa çatır. Əslində hekayəyə hakim olan, onu danışan Sibrandır, oxuyucu hekayəni ondan öyrənir. Roman qısa giriş və 5 bölmədən ibarətdir. Son iki bölmədə yazıçının fikirləri ilə rastlaşmaq olar.
Hadisələr adı Auriya olan Orense şəhərində baş verir. Romanda buzlu, yağışlı, qarlı 24 saat təsvir olunur.
Əsərin mövzusuna mənbə olan əfsanə və rəvayətlər 90 illik müddətdə toplanmış sənədlərdir.
Digər sahələrdə
Film
1977-ci ildə roman əsasında Qonzalo Suarez tərəfindən "Ağ məhəbbət" filmi çəkilmişdir. 15 noyabr 2014-cü ildə İqnasiyo Viların rejissoru olduğu "Esmorqa" filmi nümayiş olunmuşdur.«A Esmorga» se estrenará el 21 de noviembre en toda Galicia con 50 copias Diario La Voz de Galicia, 15-09-2014.«A Esmorga», del papel a los cines de toda Galicia Diario ABC, 21/11/2014.«A esmorga», a corredoira movie . Diario La Voz de Galicia, 21/11/2014. Bu film 21 noyabrda Orensedə baş tutan Beynəlxalq Qalisiya Film Festivalında iştirak etmişdir.
Tərcümə
İspan dili, 1960 (La Parranda tərəfindən) Asturiya dili. İtalyan dili, 2006 Fransız dili, 2007 (Vinsent Ozanam tərəfindən) İngilis dili, 2012 (Krayq Patterson tərəfindən) Katalon dili. (Ceyms Silvester tərəfindən)
İstinadlar
Xarici keçidlər
A esmorga Pressbooks'da.
Kateqoriya:XX əsr ədəbiyyatı Kateqoriya:1959-cu ilin romanları Kateqoriya:Qalisiya romanları Kateqoriya:Qalisiya dilində romanlar