250px|thumb|right|UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi münasibətilə buraxılmış poçt markası (2019-cu il). Şəkildə Azərbaycan xalçası və tarı, şəbəkə sənəti, daş qoyun heykəli və Lahıc misgərlik nümunəsi təsvir edilmişdir. Azərbaycandan UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına 24 nümunə daxildir. Bunlardan 22-i "Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı"na, 2 irs isə (Qarabağ atı ilə oynanılan Çövkən atüstü oyunu və Naxçıvanın ənənəvi qrup rəqsləri – yallı, köçəri, tənzərə) "Təcili Qorunmağa Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısı"na daxil edilmişdir. "Ən Yaxşı Mühafizə Praktikalarının Reyestri"nə Azərbaycandan heç bir nümunə daxil edilməyib. Azərbaycandan UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına əlavə edilən ilk nümunə olan Azərbaycan muğamı 2008-ci ildə siyahıya daxil edilib. Bəzi irs nümunələri (Naxçıvan yallısı, Lahıc misgərliyi, Göyçayda Nar bayramı) Azərbaycanın bölgələrinə aid edilərək qeydiyyatdan keçmişdir.

Qeyri-maddi mədəni irs konsepsiyası UNESCO-nun 2003-cü ildə Parisdə keçirilən 32-ci sessiyasında qəbul edilmiş və 2006-cı ildə qüvvəyə minən "Qeyri-maddi mədəni irsin qorunması haqqında" konvensiya ilə tənzimlənir. Yeni irs elementlərinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahılarına daxil edilməsi konvensiya ilə yaradılmış Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitə tərəfindən müəyyən edilir. UNESCO qeyri-maddi mədəni irs nümunələrinə bayramlar, festivallar, tamaşalar, şifahi ənənələr, musiqi və əl işlərinin hazırlanmasını aid edir.

Azərbaycandan seçilmiş UNESCO-nun qeyri-maddi mədəni irs nümunələri "Avropa və Şimali Amerika" kateqoriyasında götürülür. Azərbaycanın irs nümunələrindən 12-i sırf özünə məxsus, 12 irs isə çoxmillətlidir. Azərbaycanla çoxmillətli irs nümunələrini paylaşan 12 ölkə Cənub-Şərqi Avropadan və Asiyanın Qərb, Mərkəzi, Cənub və Şərq regionlarındandır. Azərbaycanla ən çox ortaq irs paylaşan ölkələr Türkiyə, İran və Özbəkistandır.

Ümumi baxış DövrBəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısında olanlarTəhlükə altında olanlarÜmumi qeyri-maddi mədəni irs sayı2000-ci illər3032010-cu illər82102020-ci illər11011Ümumi say22224

Siyahılar Ad (il): UNESCO qeydiyyatında rəsmi adı (qeydiyyatdan keçdiyi il) Növ: UNESCO tərəfindən irsin aid edildiyi növlər Haqqında: irsin Azərbaycan mədəniyyətində rolunun izahı, coğrafi göstərici kimi qeydiyyatı, UNESCO saytında verilən əlavə məlumatlar UNESCO: irsin UNESCO qeydiyyat nömrəsi ICESCO: irsin ICESCO qeyri-maddi mədəni irs siyahısında olub-olmaması Milli: irsin Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri qeydiyyat nömrəsi

Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı

2000-ci illər №Ad (il) İllüstrasiyaNövHaqqındaQeydiyyatUNESCOICESCOMilli 1Azərbaycan muğamı (2008)150px ifaçılıq sənətləriMuğam azərbaycanlıların klassik musiqi və poetika incəsənətidir.Гуревич П. С. Музыка народов нашей страны. — М.: Знание, 1975. — С. 27. — 143 с. XIX əsrə qədər muğam sənəti feodalların saraylarında, daha sonra isə ədəbi və musiqi məclislərində inkişaf etmişdir.Карагичева Л. В. Азербайджанская ССР. — М.: Государственное музыкальное издательство, 1956. — С. 37. — 100 с.Всемирное наследие Содружества Независимых Государств. — М.: Новая Элита, 2013. — С. 480. Hal-hazırda Azərbaycan muğamına 7 əsas muğam (Rast, Şur, Segah, Çahargah, Bayatı-Şiraz, Şüştər, Hümayun, Kürd-Ovşarı), zərbi muğamlar (Heyratı, Arazbarı, Səmayi–Şəms, Mənsuriyyə, Mani, Ovşarı, Heydəri, Qarabağ şikəstəsi, Kəsmə şikəstə) və rast muğamları (Mahur–Hindi, Orta Mahur, Bayatı-Qacar, Dügah) daxildir. Azərbaycanda muğam əsasən tar, kamança və qaval ifaçılarından ibarət muğam üçlüyü müşayiətində ifa edilir.

Təsnif muğamdan əvvəl və ya sonra ifa edilir. Təsniflərin mətnlərini, əsasən qəzəllər təşkil edir, bəzi hallarda heca vəznli şeirlərdən — bayatı, gəraylı, qoşma və s. istifadə olunur. Təsniflərin məzmununda sevgi lirikası, ictimai motivlər, Azərbaycan təbiətinə rast gəlinir.Azərbaycan xalq mahnı və təsnifləri. Qafar Namazəliyev, 1985.

Əlaqəli mövzular: sufizm, dini təcrübə və s.

Biomlar: dağlar, şəhər əraziləri

Təhlükə təşkil edən faktorlar: sürətli sosial-mədəni dəyişiklik 00039 FM0300000001 2Azərbaycan aşıq sənəti (2009) 150px1) ənənəvi sənətkarlıq 2) ifaçılıq sənətləri3) şifahi ənənələr və ifadə formalarıAzərbaycan mədəniyyətində aşıq ənənəsi Aşıq Qurbaninin dövründə, XV–XVI əsrlərdə inkişaf etməyə başladı.Anthology of Ashiq Bu sənətin tarixi ümumilikdə daha qədimdir. XVII–XVIII əsrlərdə İran Azərbaycanında aşıq sənəti böyük irəliləyişlər etdi və klassik ədəbi dil ilə yerli dialektlər arasında körpü oldu."ʿās̲h̲ik̲h̲", in: Encyclopaedia of Islam, Second Edition, Glossary and Index of Terms, Edited by: P. J. Bearman, Th. Banquis, C. E. Bowworth, E. van Donzel, W. P. Heinrichs Bowworth. Consulted online on 10 December 2023. First published online: 2012. First print edition: ISBN: 97890041444484, PAGES 137–592, 20090501

Aşıq sənəti poetika, hekayə danışma, rəqs və vokal instrumental musiqinin vəhdətidir, ozan ənənəsinin davamıdır.C. F. Albright. ʿĀŠEQ (англ.) // Encyclopædia Iranica. — 2011. — Vol. II. — P. 741–742 Keçmişdə çayxana, karvansara və bazar meydanlarında çıxış edən aşıqlar dastan, nağıl, sevgi mövzusunda lirik və satirik mahnılar, gözəlləmələr, ustadnamələr bilir, müxəmməs, dübeyt və dodaqdəyməz kimi şeir formalarında əsərlərini yaradırdılar.К. А. Касимов. Народы Азербайджанской Советской Социалистической Республики. Азербайджанцы. Народное творчество / Под редакцией Б. А. Гарданова, А. Н. Гулиева, С. Т. Еремяна, Л. И. Лаврова, Г. А. Нерсесова, Г. С. Читая. — Народы Кавказа: Этнографические очерки: Издательство Академии наук СССР, 1962. — Т. 2. — С. 160. — 684 с. Aşıq musiqisi Azərbaycan Respublikasının Gəncə (şimal-qərb, Tovuz, Qazax), Qarabağ və Naxçıvan regionlarında, həmçinin Salyanda, Cənubi Azərbaycanın Təbriz, Qaradağ, Marağa, Xoy və Urmiya ərazilərində yayılıb.Jean During. Azerbaijan 2. Musical categories. // New Grove Ditictionary of Music and Musicians / Stanley Sadie, John Tyrrell. — 2. — Oxford University Press, 2001. — 2500 с. — ISBN 0-19-517067-9, 9780195170672. Tariyel Məmmədov isə 11 aşıq məktəbinin adını çəkirː Göyçə, Tovuz, Borçalı, Gəncə-Şəmkir, Şirvan, Qarabağ, Qaradağ, Təbriz, Urmiya, Çıldır və Dərbənd.

Əlaqəli mövzular: köçərilik, hekayə danışma və s.

Təhlükə təşkil edən faktorlar: kənddən şəhərə miqrasiya 00253 FM0100000001 3Novruz (2009, çoxmillətli) (Həmçinin bax: Azərbaycanda Novruz bayramı) 150px 1) ənənəvi sənətkarlıq2) ifaçılıq sənətləri3) sosial təcrübələr, ayin və bayramlar4) şifahi ənənələr və ifadə formaları5) təbiət və kainata dair bilik və təcrübələrNovruz bayramında yeni ilin gəlməsi və təbiətin təzələnməsi qeyd edilir. Bayramın ən məşhur qəhrəmanları Kosa və keçəldir. Bayram günlərində keçirilən şənliklərdə kəndirbazlar öz hünərlərini göstərir, müxtəlif tamaşalar göstərilir. Axşamlar isə insanlar küçələrdə od qalayır və üzərindən tullanıb deyirlər: "Ağırlığım, uğurluğum tökülsün oda, odda yansın." Bayram günləri evlərdə plov, şəkərbura, paxlava, qoğal hazırlayırlar. Bayramda həmçinin yumurta döyüşdürür və səməni cücərdirlər. Süfrəyə isə şamlarla bəzədilmiş bayram xonçası qoyulur. Hər kəs bayramı mütləq öz evində, ailəsi ilə birlikdə keçirməlidir.Рафаэль Гусейнов. Азербайджанский Новруз. — журнал "İRS", 2004. — № 3. — С. 16. Bayramdan əvvəl isə 4 ünsür ilə adlandırılan çərşənbələr keçirilir.

Əlaqəli mövzular: Yeni ilin qeyd edilməsi, məhsuldarlıq ritualı və s. 01161 DB0102000001

2010-cu illər №Ad (il) İllüstrasiyaNövHaqqındaQeydiyyatUNESCOICESCOMilli 4Azərbaycan xalça toxuculuğu ənənəvi sənəti (2010) 150px|frameless 1) ənənəvi sənətkarlıq2) sosial təcrübələr, ayin və bayramlar3) şifahi ənənələr və ifadə formaları Azərbaycan xalçaları Abşeron, Gəncə, Qazax, Şirvan, Qarabağ, Quba, Təbriz qruplarına bölünür.Лятиф Керимов. Азербайджанский ковёр. Том III. VI. Тебризский тип. А) Тебризская группа. Б.: "Гянджлик", 1983. XVI əsrdə Səfəvilərin hakimiyyətə gəlməsindən başlayaraq Azərbaycan xalçaçılıq sənəti misli görünməmiş mükəmməlliyə çatıb və sənaye əhəmiyyəti qazanıb.Siawosh AZADI; Latif KERIMOV; Werner ZOLLINGER. Azerbaijani-Caucasian Rugs. — Switzerland Ulmke Collection, 2001. — p. 135. — ISBN 3-925813-10-1 / 9783925813108 Britannica Encyclopedia. Iran. Shah Abbas. Azərbaycan Qafqaz xalçalarının əsas yaradılma mərkəzi idi və Azərbaycan toxucularının bacarıq və ideyaları bütün Qafqazda hiss edilirdi.Carpets are still made today in Daghestan, Georgia and Armenia, but the real home of Russian Caucasian carpets remains Azerbaijan and the skills and ideas of Azerbaijanian weavers are felt throughout the Caucasus. P. R. J. Ford. The oriental carpet: a history and guide to traditional motifs, patterns, and symbols. Abrams, 1981. ISBN 0-8109-1405-0, 9780810914056, стр. 225.

Quba, Şirvan, Qazax xalçaları mürəkkəb həndəsi naxışlarla xarakterizə olunur, buna çoxbucaqlı və ya ulduzşəkilli medalyonların mərkəzi sahəsindəki eyni ox üzərində yerləşən heyvan və insan sxematik fiqurları daxildir. Çiçək motivlərinin bol olduğu müxtəlif bitki ornamentləri isə Qarabağ xalçalarına xasdır.Joyce C. Ware. The Official Identification and Price Guide to Oriental Rugs. — House of Collectibles: 1992, p. 221. — ISBN 0-87637-882-3, 9780876378823. Azərbaycan xalçalarında görünən həndəsi formalara tarixi politeizm inanclarına gedib çıxan svastikanı və romb və kvadratlarla əhatə edilən səkkizbucaqlı ulduzu göstərmək olar. Daha sonra Təbriz mədəniyyətinin təsiri ilə digər məktəblərdə bitki aləmi elementləri ortaya çıxır.Мехди Зариф. Ковры. Перевод с итал. И. Замойской. — М:АСТ, 2006 — стр. 19 — ISBN 5-17-033764-7

Coğrafi göstəricilər: Qarabağ xalçası, Zəngəzur xalçası, Bəhmənli xalçası və s.

Əlaqəli mövzular: mifologiya, təbii boyalar və s.

Biomlar: aqroekosistem 00389 SD0100000001 5Tar ifaçılıq sənəti və onun hazırlanma ustalığı (2012) (Həmçinin bax: Azərbaycan tar ifaçılıq sənəti) 150px 1) ənənəvi sənətkarlıq2) ifaçılıq sənətləri Tar muğam üçlüyü, Azərbaycan folklor orkestr və ansambllarında əsas musiqi alətidir, azərbaycanlıların mədəni kimliyinin formalaşmasında önəmli yer oynamışdır. Tar Azərbaycanda XVIII əsrdən məşhur olub.Саадет Абдуллаева (доктор искусствоведения, профессор). Музыкальный инструмент мирового звучания // İRS : журнал. — 2011. — № 1 (49). XIX əsrdə Mirzə Sadıq tərəfindən təkmilləşdirilən Azərbaycan tarı çox sürətli şəkildə İran Azərbaycanında, Ermənistanda, Gürcüstanda, bir müddət sonra isə Dağıstanda, Türkmənistanda, Özbəkistanda, Tacikistanda və Türkiyədə populyar olmuşdur.Ф. И. Челебиев Морфология дастгяха . — С.-Петербург, 2009.

Tarın çanaq hissəsi tut ağacı, qolu qoz ağacı, kəllə hissəsi isə armud ağacından hazırlanır. Tar hazırlayan ustalar bu sənəti çox vaxt ailə üzvlərindən olan şagirdlərinə keçirirlər. Hal-hazırda Bakıda və ölkənin ətraf regionlarında onlarla belə usta var.Меджнун Керимов. Тар // Атлас традиционной азербайджанской музыки : сайт.

Əlaqəli mövzular: ailə, qonaqlıqlar və s.

Biomlar: otlaqlar, dağlar 00671ST0803000001 6 Kəlağayının düzəldilməsi və geyinməsi ənənəvi incəsənəti və onun simvolizmi (2014) 150px 1) ənənəvi sənətkarlıq 2) sosial təcrübələr, ayin və bayramlar