Albert Səlimov () — Rusiyanı və Azərbaycanı təmsil edən boksçu, Dünya və Avropa Çempionatlarının, həmçinin Avropa Oyunlarının qalibi. Milliyətcə ləzgidir.

Karyerası Albert Səlimov 2006-cı ilin iyulunda Bolqarıstanın Plovdiv şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Finala gedən yolda bütün rəqibləri üzərində qələbə qazanan Albert Səlimovun final görüşündə rəqibi Azərbaycan nümayəndəsi Şahin İmranov oldu. Həmin görüşdə Albert Səlimov rəqibinə 28:10 hesabı ilə qalib gəldi və Avropa Çempionatının qalibi oldu. Bir il sonra, 2007-ci ildə Birləşmiş Ştatlarda baş tutan Dünya Çempionatında da Albert Səlimov bütün rəqibləri üzərində qələbə qazanaraq Dünya Çempionatının qızıl medalına sahib oldu.

Son Dünya və Avropa Çempionatının qalibi olan Albert Səlimov 2008-ci ilin avqustunda Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Turnirin təsnifat mərhələsində Albert Səlimov Ukrayna nümayəndəsi Vasili Lomaçenhoya məğlub oldu (8:14) və mübarizəsini uğursuz başa vurdu.

Olimpiadadan sonra Albert Səlimovun birinci turniri 2009-cu ilin sentyabrında İtaliyanın Milan şəhərində baş tutan Dünya Çempionatı oldu. Həmin turnirdə Albert Səlimov yarım-final mərhələsinə məğlub olaraq Dünya Çempionatının bürünc medalına sahib oldu. 2010-cu ildə Albert Səlimov Rusiyada baş tutan Avropa Çempionatının qalibi oldu.

2011-ci il isə Albert Səlimov üçün bir mövsüm oldu. İyunda Avropa Çempionatında mübarizə aparmayan Albert Səlimov sentyabrda Azərbaycanda baş tutan Dünya Çempionatında birinci görüşündəcə turnirdən uzaqlaşdırıldı. Bundan sonra Albert Səlimov tədricən Rusiya yığmasının heyətində "bir nömrə" adını itirdi. 2015-ci ildə Albert Səlimov Azərbaycan yığmasının heyətinə cəlb edildi. Albert Səlimov həm də bir müddət WSB-də çıxış edən "BAKU Fires"da mübarizə apardı.

2015-ci ilin iyununda Albert Səlimov Azərbaycan bayrağı altında Birinci Avropa Oyunlarında mübarizə apardı. Kişilərin 60 Kq. turnirində çıxış edən Albert Səlimov turnirin 1/8 final mərhələsində Gürcüstan nümayəndəsi Otar Eranosyan ilə üz-üzə gəldi. İyunun 20-də baş tutan həmin görüşdə Albert Səlimov rəqibi üzərində qələbə qazandı (3:0) və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Bolqarıstan nümayəndəsi Elian Dimitrov oldu. Bu görüşdə də Albert Səlimov rəqibinə qalib gəldi (3:0) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi İrlandiya nümayəndəsi Sean Komb oldu. İyunun 26-da baş tutan həmin görüşdə Albert Səlimov rəqibi üzərində qələbə qazandı (3:0) və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi Fransa nümayəndəsi Sofian Oumiha oldu. İyunun 27-də baş tutan final görüşündə Albert Səlimov rəqibinə qalib gəldi (3:0) və Birinci Avropa Oyunlarının qalibi oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Albert Şöhrətoviç Səlimov "Şöhrət" ordeni ilə təltif edildi.

2015-ci ilin əsas turniri Qətərin Doha şəhərində baş tutan Dünya Çempionatı oldu. Dörd ildən sonra Dünya Çempionatında çıxış edən Albert Səlimov turnirin final görüşündə Kuba nümayəndəsi Lazaro Alvareza məğlub oldu və Dünya Çempionatını gümüş medalla başa vurdu.

Albert Səlimov 2016-cı ilin avqustunda Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunarında təmsil etdi. Təsnifat mərhələsindən azad olan Albert Səlimov olimpiadanın 1/8 final mərhələsində İrlandiya nümayəndəsi Devid Coyze ilə üz-üzə gəldi. Avqustun 9-da baş tutan görüşdə Albert Səlimov rəqibi üzərində 3:0 hesabı ilə inamlı qələbə qazandı və turnirin 1/4 final mərhələsinə vəsiqə qazandı. Yarım-finala gedən yolda onun rəqibi Fransa nümayəndəsi Sofian Umiha oldu. Albert Səlimov həmin rəqibinə 2015-ci il ərzində həm Avropa Oyunlarında, həm də Dünya Çempionatında qalib gəlmişdi. Bu səfər də görüşün favoriti Albert Səlimov hesab olunurdu. Avqustun 12-də baş tutan görüşdə Albert Səlimov gözlənilmədən rəqibinə 0:3 hesabı ilə məğlub oldu. Medalın bir addımlığında mübarizəsini dayandıran Albert Səlimov nəticədə Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.

Albert Səlimov 2016-cı ildə idmanla vidalaşdı.

Nəticələri thumb|322x322px|alt=|Albert Səlimov Rio-de-Janeyro Olimpiadası zamanı İrlandiya nümayəndəsi Devid Coyzeyə qalib gəlir SıraİlYarışEv sahibiNəticə Rusiya12006Avropa Çempionatı Bolqarıstan1.22007Dünya Çempionatı ABŞ1.32008Olimpiya Oyunları ÇinPAT42009Dünya Çempionatı İtaliya3.52010Avropa Çempionatı Rusiya1.62011Dünya Çempionatı AzərbaycanDQ Azərbaycan72015Avropa Oyunları Azərbaycan1.8Dünya Çempionatı Qətər2.92016Olimpiya Oyunları Braziliya5.

İstinadlar

Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında boksçular Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında boksçular Kateqoriya:2015 Avropa Oyunlarında boksçular Kateqoriya:2015 Avropa Oyunlarında medal qazananlar Kateqoriya:Boks üzrə dünya çempionları Kateqoriya:Boks üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Boks üzrə Avropa çempionları Kateqoriya:Azərbaycanın Rusiyadan milliləşdirilən idmançıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Azərbaycan ləzgiləri Kateqoriya:Rusiyanın əməkdar idman ustaları Kateqoriya:Avropa Oyunlarının qızıl medalına sahib Azərbaycan idmançıları Kateqoriya:Boks üzrə Avropa Oyunları medalçıları Kateqoriya:Boks üzrə Avropa Oyunları çempionları Kateqoriya:2015 Avropa Oyunlarında qızıl medal qazananlar Kateqoriya:Azərbaycan vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:Azərbaycanın kişi boksçuları