Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında — 2016-cı ilin 6–21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası Rio-de-Janeyro Olimpiadasında 56 idmançı ilə 17 idman növündə təmsil olundu.

Azərbaycan Milli Olimpiya Komandası Rio-de-Janeyro Olimpiadasını 18 medalla (1 qızıl, 7 gümüş və 10 bürünc) başa vurdu. Komandanın heyətində taekvondoçu Radik İsayev final görüşündə qələbə qazanaraq Rio-de-Janeyro Olimpiadasının qalibi oldu. Cüdoçular Rüstəm Orucov və Elmar Qasımov, qadın güləşçi Mariya Stadnik, sərbəst güləşçilər Toğrul Əsgərov və Xetaq Qazyumov, boksçu Lorenso Sotomayor final görüşlərində məğlub oldular, həmçinin kanoeçi Valentin Demyanenko final mərhələsində rəqibindən 0.214 saniyə geri qalaraq olimpiadanı gümüş medalla başa vurdular. Yunan-roma güləşçiləri Sabah Şəriəti və Rəsul Çunayev, kanoeçi İnna Osipenko-Radomska, taekvondoçular Patimat Abakarova və Milad Beygi, boksçu Kamran Şahsuvarlı, qadın güləşçi Nataliya Sinişin, sərbəst güləşçilər Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov isə Rio-de-Janeyro Olimpiadasının bürünc medallarına sahib oldular.

Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyul 2016-cı il tarixli Sərəncamına əsasən XXXI Yay Olimpiya Oyunlarında medal qazanan Azərbaycan idmançıları və onların məşqçiləri üçün pul mükafatının müəyyən edildi. Sərəncama əsasən Olimpiya Oyunlarında qızıl medal qazanan idmançıya 400 min ₼ (onun məşqçisinə 200 min ₼), gümüş medal qazanan idmançıya 200 min ₼ (onun məşqçisinə 100 min ₼), bürünc medal qazanan idmançıya 100 min ₼ (onun məşqçisinə isə 50 min ₼) məbləğində pul mükafatı müəyyən edildi. Həmçinin olimpiadadan sonra 2 nəfər "Şöhrət" ordeni, 8 nəfət "Vətənə xidmətə görə" ordeni, 18 nəfər "Tərəqqi" medalı, 16 nəfər isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildi.

Medalçıların siyahısı Azərbaycan Milli Olimpiya Komandası XXXI Yay Olimpiya Oyunlarını 18 medalla (1 qızıl, 7 gümüş və 10 bürünc) başa vurdu. Qızıl medala sahib olan Radik İsayev həm mübarizə apardığı idman növü üzrə olimpiya çempionu olan birinci Azərbaycan idmançısı olaraq, həm də stend atıcısı Zemfira Meftahətdinovadan sonra Olimpiya, Dünya və Avropa çempionu olmağı bacaran növbəti Azərbaycan idmançısı olaraq tarixə düşdü. Gümüş medala sahib olan qadın güləşçi Mariya Stadnik və sərbəst güləşçi Xetaq Qazyumov isə Azərbaycanın Olimpiya Oyunları tarixində üç olimpiya medalına sahib olmağı bacaran birinci idmançılar oldular. İnna Osipenko-Radomska və Patimat Abakarova mübarizə apardığları idman növləri üzrə olimpiya medalına sahib olan birinci Azərbaycan idmançıları oldular. Lorenso Sotomayor isə çıxış etdiyi idman növü üzrə olimpiada finalında mübarizə aparan birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü.

MedalMedalçıİdman növüYarışTarix25x25pxRadik İsayevTaekvondoKişilər, +80 Kq.20 avqust25x25pxRüstəm OrucovCüdoKişilər, −73 Kq.8 avqust25x25pxElmar QasımovCüdoKişilər, −100 Kq.11 avqust25x25pxMariya StadnikGüləşQadınlar, sərbəst, −48 Kq.17 avqust25x25pxValentin DemyanenkoKanoe sprintKişilər, C-1, 200 m.18 avqust25x25pxToğrul ƏsgərovGüləşKişilər, sərbəst, −65 Kq.21 avqust25x25pxLorenso SotomayorBoksKişilər, −64 Kq.21 avqust25x25pxXetaq QazyumovGüləşKişilər, sərbəst, −97 Kq.21 avqust25x25pxSabah ŞəriətiGüləşKişilər, yunan-roma, −130 Kq.15 avqust25x25pxİnna Osipenko-RadomskaKanoe sprintQadınlar, C-1, 200 m.16 avqust25x25pxRəsul ÇunayevGüləşKişilər, yunan-roma, −66 Kq.16 avqust25x25pxPatimat AbakarovaTaekvondoQadınlar, −49 Kq.17 avqust25x25pxKamran ŞahsuvarlıBoksKişilər, −75 Kq.18 avqust25x25pxNataliya SinişinGüləşKişilər, sərbəst, −53 Kq.18 avqust25x25pxHacı ƏliyevGüləşKişilər, sərbəst, −130 Kq.19 avqust25x25pxCəbrayıl HəsənovGüləşKişilər, sərbəst, −130 Kq.19 avqust25x25pxMilad BeygiTaekvondoKişilər, −80 Kq.19 avqust25x25pxŞərif ŞərifovGüləşKişilər, sərbəst, −130 Kq.20 avqust

İdman növləri üzrə medal sıralanması #İdman növü18x18px18x18px18x18px1.Taekvondo1022.Güləş0363.Cüdo0204.Boks0115.Kanoe sprint011

Təbliğat işləri Olimpiadadan əvvəl CBC Sport-da Salam, Rio! adlı verilişində, həmçinin İdman Azərbaycan TV-nin idman xəbərləri buraxılışlarında Bizim Olimpiyaçılarımız adlı süjetlərdə mütamadi olaraq olimpiadada mübarizə aparacaq Azərbaycan idmançıları barədə məlumatlar verilirdi.

Olimpiada günləri ərzində İctimai TV və İdman Azərbaycan TV-də olimpiadanın nəticələri və Azərbaycan idmançılarının çıxışları barədə icmal proqramlar verilirdi.

Olimpiadadan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyul 2016-cı il tarixli Sərəncamına əsasən XXXI Yay Olimpiya Oyunlarında medal qazanan Azərbaycan idmançıları və onların məşqçiləri üçün pul mükafatının müəyyən edildi. Sərəncama əsasən Olimpiya Oyunlarında qızıl medal qazanan idmançıya 400 min ₼ (onun məşqçisinə 200 min ₼), gümüş medal qazanan idmançıya 200 min ₼ (onun məşqçisinə 100 min ₼), bürünc medal qazanan idmançıya 100 min ₼ (onun məşqçisinə isə 50 min ₼) məbləğində pul mükafatı müəyyən edildi.

Olimpiadadan sonra Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən isə XXXI Yay Olimpiya Oyunlarında medal qazanan Azərbaycan idmançıları və onların məşqçiləri üçün pul mükafatının müəyyən edildi. Sərəncama əsasən Olimpiya Oyunlarında qızıl medal qazanan idmançıya 200 min ₼ (onun məşqçisinə 100 min ₼), gümüş medal qazanan idmançıya 100 min ₼ (onun məşqçisinə 50 min ₼), bürünc medal qazanan idmançıya 50 min ₼ (onun məşqçisinə isə 25 min ₼) məbləğində pul mükafatı müəyyən edildi.

Azərbaycan bu göstəricidə bir sıra dövlətləri geridə qoydu. Qızıl medala görə idmançılara Belarus (150 000 $), Rusiya (~60 000 $), Çin və Fransa (50 000 $), Polşa (38 000 $), Birləşmiş Ştatlar isə (25 000 $) pul mükafatı müəyyən etdi.

Komandanın yolasalma mərasimi thumb|408x408px|alt=|Azərbaycan Prezidenti İlham Əliyev XXXI Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycan Milli Olimpiya Komandasının üzvlərinin yolasalma mərasimi zamanı 2016-cı il iyulun 18-də XXXI Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycan Milli Olimpiya Komandasının rəsmi yolasalma mərasimi baş tutdu. Heydər Əliyev Mərkəzində baş tutan mərasimə Azərbaycan Prezidenti İlham Əliyev, gənclər və idman naziri Azad Rəhimov qatıldı.

Mərasimin əvvəlində Azərbaycanın Dövlət himni səsləndirildi. Sonra dövlət başçısı İlham Əliyev nitqlə çıxış etdi. İlham Əliyev idmançılara qələbələr və uğurlar arzuladı.

Daha sonra gənclər və idman naziri Azad Rəhimov nitqlə çıxış etdi və Azərbaycanın son beş Olimpiya Oyunlarında qazandığı nəticələr barədə qısa məlumat verdi.

Ardınca isə yunan-roma güləşi üzrə Azərbaycan yığmasının məşqçisi Akif Əliyev çıxış etdi və idmançılara yaradılan şəraitə görə Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentinə minnətdarlığını bildirdi.

Daha sonra Azərbaycan Milli Paralimpiya Komandasının üzvü İlham Zəkiyev çıxış etdi və son illərdə Azərbaycanın Paralimpiya Oyunlarında ciddi uğurlar qazandığını bildirdi və Rio-de-Janeyro Olimpiadasında da uğur qazanacaqlarına söz verdi.

Tədbirin sonunda isə Azərbaycan Milli Olimpiya Komandasının üzvü, yunan-roma güləşi üzrə Dünya Çempionatının qalibi Rəsul Çunayev idmançılar adından olimpiya andının mətnini oxudu. Rəsul Çunayev Azərbaycanın bayrağının qaldırılması, dövlət himnimizin səsləndirilməsi naminə sona qədər əzmlə mübarizə aparacağımıza and içdi. Sonda idmançılar Azərbaycanın dövlət bayrağını öpdülər.

Komandanın heyəti Azərbaycan XXXI Yay Olimpiya Oyunlarında 17 idman növü üzrə 56 idmançı ilə təmsil olundu. Bu Azərbaycanın Olimpiya Oyunlarında idmançı sayının artım tempinin davamı idi — Azərbaycanı 1996-cı il Atlanta Olimpiadasında 23 idmançı, 2000-ci il Sidney Olimpiadasında 31 idmançı, 2004-cü il Afina Olimpiadasında 37 idmançı, 2008-ci il Pekin Olimpiadasında 44 idmançı, 2012-ci il London Olimpiadasında isə 53 idmançı təmsil eləmişdi.

Komandanın heyətində 53 idmançıdan 14 nəfəri qadın idi. Dörd il əvvəl baş tutan olimpiada da Azərbaycanı 14 qadın idmançı təmsil eləmişdi.

Azərbaycan Olimpiya Oyunlarında birinci dəfə oxatma, kanoe slalom, trek velosipedi və triatlon turnirlərində təmsil olundu.

Komandanın heyətində 56 idmançıdan 32 nəfəri Olimpiya Oyunlarının debütantı idi. Olimpiada təcrübəsi olan 34 idmançıdan doqquz nəfəri isə bundan əvvəl turnirdə medallara da sahib olmuşdu — son olimpiadanın qalibləri Toğrul Əsgərov və Şərif Şərifov (hamısı sərbəst güləş), gümüş medalçıları Rövşən Bayramov (yunan-roma güləşi) və Mariya Stadnik (qadın güləşi), bürünc medalçıları Yuliya Ratkeviç (qadın güləşi), Xetaq Qazyumov (sərbəst güləş), Teymur Məmmədov (boks) və Məhəmmədrəsul Məcidov (boks), həmçinin 2008-ci il olimpiadasında Ukrayna bayrağı altında qızıl medala sahib olan İnna Osipenko-Radomska (kanoe sprint).

Komandanın ən yaşı üzvü 33 yaşlı kanoeçi İnna Osipenko-Radomska, ən gənc üzvü isə 14 yaşlı üzgüçü Fatimə Alkərəmova idi.

XXXI Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan Milli Olimpiya Komandasının bayrağdarı 2012-ci London Olimpiadasının bürünc medalçısı Teymur Məmmədov oldu. Bağlanış mərasimində isə Azərbaycan bayrağını olimpiadanı bürünc medalla başa vuran sərbəst güləşi Hacı Əliyev apardı.

Azərbaycan Milli Olimpiya Komandasının heyəti

Nəticələri Akademik avarçəkmə

Q — növbəti mərhələyə adladı

Rio-de-Janeyro Olimpiadasında bu idman növü üzrə turnirlər 6–12 avqustda baş tutdu. Azərbaycanı bu idman növü üzrə Aleksandr Aleksandrov və Boris Yotov dueti təmsil etdi.

Kişilərin turnirində çıxış edən Aleksandr Aleksandrov və Boris Yotov dueti avqustun 6-da mübarizə apardı. Təsnifat mərhələsinin A qrupunda çıxış edən Aleksandr Aleksandrov və Boris Yotov dueti 6:40.52 dəqiqə nəticə göstərdi. Bu nəticələrə əsasən Aleksandr Aleksandrov və Boris Yotov dueti beş idmançı sırasında sadəcə Yeni Zelandiya nümayəndələrindən geri qaldı olimpiadanın yarım-final mərhələsinə adladı. Bu mərhələ avqustun 9-də baş tutdu. Yarım-final mərhələsinin B qrupunda çıxış edən Aleksandr Aleksandrov və Boris Yotov dueti uğursuz çıxış etdi və 6:36.48 dəqiqə nəticə göstərdi. Bu nəticələrə əsasən Aleksandr Aleksandrov və Boris Yotov dueti altı idmançı sırasında sonuncu — altıncı pillənin sahibi oldu və olimpiadanın final mərhələsinə vəsiqə qazana bilmədi. Avqustun 11-də baş tutan təsəlliverici B finalında isə 7:24.02 dəqiqə nəticə göstərən Aleksandr Aleksandrov və Boris Yotov dueti Rio-de-Janeyro Olimpiadasını 12-ci pillədə başa vurdu.

İdmançıYarışTəsnifat mərhələsiYarım-finalFinalYerNəticəYerNəticəYerKişilərAleksandr Aleksandrov Boris YotovDuet6:40.522 Q6:36.486B7:24.026

Atıcılıq

Q — növbəti mərhələyə adladı

thumb|298x298px|Ruslan Lunyov Rio-de-Janeyro Olimpiadasında atıcılıq idman növü üzrə turnirlər 6–14 avqustda baş tutdu. Azərbaycanı bu idman növü üzrə Ruslan Lunyov təmsil etdi. Ruslan Lunyov Beynəlxalq Güllə Atıcılığı Federasiyası (ISSF) tərəfindən verilən lisenziyalara əsasən olimpiada da mübarizə apardı.

Avqustun 6-da Ruslan Lunyov əvvəl 10 metr məsafəyə hava tapançasından ilə atəşaçma turnirinin təsnifat mərhələsində mübarizə apardı. 48 idmançının mübarizə apardığı təsnifat mərhələsində Ruslan Lunyov 600 xaldan 577-ini toplamağı bacardı və nəticədə mərhələni 15-ci pillədə başa vuraraq Rio-de-Janeyro Olimpiadasında mübarizəsini dayandırdı.

Daha sonra isə Ruslan Lunyov 25 metr məsafəyə tapançadan atəşaçma turnirində çıxış etdi. 26 idmançının mübarizə apardığı təsnifat mərhələsində 600 xaldan 575-ini toplamağı bacaran Ruslan Lunyov nəticədə mərhələni 15-ci pillədə başa vurdu. Bu turnirdə də Ruslan Lunyov final mərhələsinə vəsiqə qazana bilmədi və Rio-de-Janeyro Olimpiadasında uğursuz çıxış etdi.

İdmançıYarışTəsnifat mərhələsiFinalYerNəticəYerKişilərRuslan Lunyov10 m., hava tapançası57715N/A25 m., tapança57515N/A

Bədii gimnastika

Q — növbəti mərhələyə adladı

thumb|302x302px|Marina Durundanın 17.733 balla qiymətləndirilən lentlə çıxışı