Qulamhüseyn Fətulla xan oğlu Beqdeli () — ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, filologiya elmləri doktoru, professor.

Həyatı Qulamhüseyn Beqdeli 1919-cu ildə Duraqlı kəndində anadan olub. Burada orta və ali hərbi məktəbləri bitirmiş, İran şah ordusunun zabiti olmuşdur. İran xalq partiyasına daxil olmuşdur. Siyasi fəaliyyətinə görə həbs edilib, Kirmana göndərilmişdir. 6 aydan sonra sürgündən qayıdıb Güney Azərbaycanda demokratik hərəkata qoşulmuş, azadlıq ordusu tərkibində kapitan rütbəsinədək yüksəlmişdir.

Pişəvəri hökumətinin süqutundan sonra fəaliyyəti Milli Hökumət dağıldıqdan sonra 1946-cı ildə siyasi mühacir kimi Şimali Azərbaycana gəlib. 1947-ci ildə Bakı Ali Partiya məktəbinə daxil olub. Sonradan isə sovet təhlükəsizlik orqanlarının uydurduğu saxta ittihamla həbsə olunmuş, 10 il azadlıqdan məhrum edilib Uzaq Şərqə, Kolımaya sürgün edilmişdir. Lakin 7 ildən sonra bəraət alaraq təhsilini davam etdirmiş, 1958-ci ildə Bakı Ali Partiya məktəbini bitirmişdir. 1958-ci ildən etibarən Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda böyük elmi işçi işləmişdir. 1960-cı ildə "Marağalı Əvhədinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1968-ci ildə isə "Nizaminin "Xosrov və Şirin" poeması və bu mövzunun Yaxın və Orta Şərq ədəbiyyatında işlənməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. "Q.Azad" təxəllüsündən istifadə edib.

1979-cu il inqilabından sonra fəaliyyəti

1979-cu il İran İslam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Kərim Məşrutəçi (Sönməz), Əbdülkərim Mənzuri Xamnə, Səməd Sərdarniya, Həsən Məcidzadə Savalan, Cavad Heyət ilə birlikdə "Varlıq" jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur.

Klassik Azərbaycan ədəbiyyatının tədqiqatçısı kimi tanınmışdır. Nizami, Qətran Təbrizi, Əvhədi, Nəvai əsərlərindən tərcümələri olmuşdur. Məhəmmədhüseyn Şəhriyar poeziyasının ilk tədqiqatçısı və təbliğatçılarından biridir. Klassik şairlərin həyatı və yaradıcılığı barədə külli miqdarda elmi məqalələri dərc olunmuşdur.

Ölümü 1998-ci ilin avqust ayının 16-da Kərəc şəhərində vəfat etmişdir.

Mənbə

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Prof. Dr. Gholamhossein Bigdeli

Həmçinin bax

Kateqoriya:Şamlılar Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:İran alimləri Kateqoriya:Azərbaycanlı ədəbiyyatşünaslar Kateqoriya:Azərbaycan ədəbiyyatşünasları Kateqoriya:İran ədəbiyyatşünasları Kateqoriya:İran tənqidçiləri Kateqoriya:İran ədəbi tənqidçiləri Kateqoriya:Azərbaycan ədəbi tənqidçiləri Kateqoriya:İran tərcüməçiləri Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Azərbaycan tənqidçiləri Kateqoriya:Azərbaycanlı tənqidçilər Kateqoriya:Varlıq jurnalının əməkdaşları Kateqoriya:Azərbaycan Demokrat Firqəsinin üzvləri Kateqoriya:Tudə hərbi təşkilatının üzvləri Kateqoriya:Azərbaycan dilində yazan yazıçılar Kateqoriya:İran azərbaycanlısı yazıçılar