Qul Əli, Qulalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 3 km cənub-şərqdə, Quləli dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.147 qeyd edilmişdir.
Toponim qıpçaq türk tayfasından olan qul etnonimininБаскаков Н.А. Введения и изучения тюркских языков, Изд.2е, М., «Высш.школа», 1969. s.235 Əli şəxs adına birləşməsindən əmələ gəlmişdir və «qul tayfasından olan Əliyə məxsus kənd» anlamını ifadə edir.
Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 1.VI.1940-cı il fərmanı ilə adı dəyişdirilib Karmirgyuğ (Qırmızı kənd) qoyulmuşdur.
Əhalisi Kəndə 1828-30 - cu illərdə Türkiyənin Bayazid bölgəsindən köçürülən ermənilər yerləşdirilmişdir Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852. s.595-598.
Burada 1897-ci ildə 27 nəfər azərbaycanlı yaşamışdır Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.70-71.
1905-1906-cı illərdə kənddə yaşayan azərbaycanlılar tamamilə qovulmuşdur. İndi burada yalnız ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Göyçə kəndləri