Antiklerikalizm (qəd. yun. άντι — əksinə, əleyhinə və  — din) — dini təşkilatların, ruhaniliyin, həmçinin siyasi, iqtisadi, mədəni, elm və təhsil sahəsində dini hakimiyyətin əleyhinə istiqamətlənmiş sosial hərəkatdır. XVIII əsrdə maarifçiliyin çiçəklənməsi dövründə Avropanı ateizmin birinci dalğası bürüdüyü zaman, kilsə əleyhinə yönələn istənilən hərəkat antiklerikalizm adlandırılırdı.

Ateizmdən fərqi Antiklerikalizm ateizmə bənzəsə də özünün xarakterik xüsusiyyətləri mövcuddur: Antiklerikalizm müxtəlif  dinlər tərəfindən təklif edilən allahın və ya digər fövqəlgücün mövcudluğunu inkar etmir Antiklerikalizm dinin həqiqiliyini inkar etmir, yalnız kilsənin ictimai həyatdakı rolunun artırılması qarşı çıxır.

Antiklerikalizmin tarixi Müxtəlif növ Antiklerikal fikirlər hələ qədim filosoflar tərəfindən söylənilmişdir. Antiklerikalizm orta əsrlərdə Avropada dini həyatın dünyəvi həyatdan üstün olmasıilə bağlı kilsə ideyaların qarşı mübarizə üsulu olmuşdur. Orta əsrlərdə antiklerikalizmin əsas istiqaməti feodal kilsələrin,bəzən də bütövlükdə cəmiyyətin tənqid olunmasından ibarət idi. Kəndli Antiklerikal hərəkatların əsası iqtisadi məqsədlər təşkil etsə də, həmin hərəkarlar dini baxımdan əsaslandırılır. 

Kilsə tərəfindən müəyyən edilmiş qaydaların dəyişilməz saxlanılması, bu qaydaları əsaslandıran ideologiyaya şübhələri artırdı. Burjua inqilablarının idealogiyasında antiklerikalizm əvəzedilməz yer tuturdu. Belə ki, gənc burjuaziya kilsənin siyasətini tənqid edir, kilsələrə məxsus torpaq sahələrinin müsaridə edilməsi ilə bağlı qərarların qəbul edir və kilsənin dövlətdən ayrılmasını təklif edirdilər. 

Antiklerikalizm Renessans dövründə ilkin burjuaziyanın ideoloqları, humanistlər ədiblər və filosofların əsərlərində dünyəvi əsaslar qazandı. Bu isə öz növbəsində dini dözümlülük,həmçinin antik dövrdən sonra katolik kilsəsinin itirdiyi insana münasibət konsepsiyasının bərpa edilməsi üzrə mübarizəyə təkan verdi.  thumb|250x250px|Danimarkada Antiklerikal abidə

Məşhur antiklerikallar Leonardo Bruno Poco Braççolini Cordano Bruno Anton Tomaj Linxart Con Toland Volter Ceremi Bentaç Abbat Vitali Ginzburq Jores Alfyorov Riçard Dokinz Otto fon Bismark

Xarici keçidlər

Критическое отношение к религии — антиклерикализм. Передача «С христианской точки зрения», тема: «Антиклерикализм», ведущий Я. Кротов, собеседники — Е. В. Ихлов, С. М. Соловьев, 21 июля 2005 г. А. Н. Ракоши-Шулецкий. Эссе-компендиум «Против христианствa» Передача «С христианской точки зрения», ведущий Я. Кротов, собеседники — президент фонда «Здравомыслие» А. Е. Сафрончук и социолог Н. Зоркая, радио «Свобода», 25 июня 2011 г. Həmçinin bax

İstinadlar

Kateqoriya:Din və cəmiyyət Kateqoriya:Siyasi tarix Kateqoriya:Siyasi ideologiyalar Kateqoriya:Fəlsəfə tarixi Kateqoriya:XVIII əsr fəlsəfəsi Kateqoriya:Din və dövlətin ayrılması