Biri var idi, biri yox idi — ABC telekanalında yayımlanan ABŞ nağıl-dram serialıdır. Serialın dördüncü mövsümünün çəkiləcəyi ABC tərəfindən 8 may 2014-cü ildə elan edilmişdi. 13 may 2014-cü ildə açıqlanmışdı ki, dördüncü mövsüm iki hissəyə bölünərək birinci hissə 2014-c ilin payızında, ikinci hissə isə 2015-ci ilin yazında efirə veriləcək. 28 sentyabr 2014-cü ildə premyerası baş tutan dördüncü mövsümün yayımı 10 may 2015-ci ildə tamamlanmışdır.

20 aprel 2014-cü ildə Maykl Soçanın Uill Skarlet/Ürəklər Cəngavəri obrazı ilə baş rol canlandırdığı serialın spin-offu kimi "Bir dəfə Möcüzələr ölkəsində" serialının çəkiləcəyi elan edildi.

Dördüncü mövsümdə seriala əsas antoqonistlər Qar Kraliçası, Qaranlıq Kraliçaları (qəddarlar triadası: Malefisenta, yeni obrazlar Kruella və Ursula) da daxil olmaqla Elza, Anna, Kristof, Sehrbazın köməkçisi, Balaca Bo Pip və Poseydon kimi yeni personajlar əlavə edilmişdir.

Məzmunu 200px|thumbnail|left|IV mövsümün Qəddar Kraliçaya həsr olunmuş təbliğat posteri: "Əsl sevgi donmuş ürəyin buzunu aça biləcəkmi?"

Mövsümün birinci hissəsində Storibruka gələn Elza bacısı Annanı axtarır, lakin yerli mühitdən xəbərsiz olduğundan əvvəlcə problemlər yaşayır, lakin sonradan o, Emma ilə dostlaşır və qəhrəmanlar ona kömək etməyə çalışırlar. Storibrukda dondurma satıcısı kimi tanınan İnqridin əslində Qar Kraliçası olması məlum olur. Vaxtilə bacılarını itirmiş İnqrid Sehrbazın köməkliyi ilə özü kimi sehrli gücə malik iki qızdan ideal ailə yaratmaq qərarına gəlir. Həmin qızlar isə onun bacısı qızı Elza və Emma olmalı idi. Emmanı tapmaq məqsədi ilə bizim dünyaya gəlib çıxan İnqrid bir müddət Emmanın yaşadığı kimsəsizlər evində çalışır.

Storibruk əhlinə qarşı güzgü lənəti göndərməyi planlaşdıran Qar kraliçası nağıl qəhrəmanlarının bir-birini məhv etmələrini istəyir, lakin gözlənilmədən Hansın əlindən qaçan Annanın Kristofla birlikdə Storibruka gəlib çıxması hadisələrin gedişini dəyişdirir. Anna vaxtilə anası tərəfindən yazılmış və İnqridə qarşı edilmiş hər şeyə görə peşman olduğunun açıqlandığı məktubu xalasına verir. Bundan sonra İnqrid özünü qurban verərək lənəti dayandırır və şəhəri xilas edir.

Mövsümün ikinci hissəsinə Rumpelştilskinin üç Qaranlıq kraliçası Malefisenta, Ursula və Kruella ilə əlaqələrindən bəhs edilir. Storibrukdan Bell tərəfindən qovulan Rumpelştilskin əvvəlcə Ursulanı, daha sonra isə Kruellanı tapır. Onlar birlikdə Storibruka qayıdırlar. Storibrukda Malefisentanı dirildib özləri üçün xoşbəxt tale yazdırmaq üçün Nağılçını axtarmağa başlayırlar.

Arielin və Kapitan Qarmağın köməkliyi ilə Ursula vaxtilə atası Poseydonun səhvi üzündən itirdiyi məlahətli səsinə yenidən qovuşaraq Qaranlıq Kraliçaların sırasını tərk edir və atası ilə birlikdə su altı krallığa qayıdır. Kruella Qoldun planlarının qurbanı olaraq ölür. Malefisenta itirdiyi övladı Lili ilə qovuşur və vaxtilə ona edilmiş pisliklərə görə Ağbəniz və Cazibədar şahzadəni bağışlayır. Qara Cadugəri məhv etmək istəyən Emma özü Qara cadugərə çevrilir.

Rollarda

Əsas Cinnifer Qudvin — Ağbəniz/Meri Marqaret Blnaşer (23 seriya) Cennifer Morrison — Emma Svon (23 seriya) Lana Parrilla — Qəddar Kraliça/Recina Mills (23 seriya) Coş Dallas — Cazibədar Şahzdə/Devid Nolan (23 seriya) Emili de Revin — Bell/Leysi (19 seriya) Cared Gilmor — Henri Mills (22 seriya) Kolin O'Donok — Kapitan Qarmaq (23 seriya) Maykl Soça — Uill Skarlett/Ürəklər Valeti (15 seriya) Robert Karlayl — Rumpelştilskin/Cənab Qold (22 seriya)

Köməkçi Şon Makuayr — Robin Hud (13 seriya) Corcina Heyq — Elza (12 seriya) Elizabet Layl — Anna (10 seriya) Elizabet Mitçell — İnqrid / Qar kraliçası / Sara Fişer (10 seriya) Skot Maykl Foster — Kristof (9 seriya) Kristin Bauer van Straten — Malefisenta (9 seriya) Li Arenberq — Deyingən cırtdan / Leroy (7 seriya) Beverli Elliot — Dul Lukas / Nənə (7 seriya) Patrik Fişler — Ayzek Heller / Müəllif (7 seriya) Timoti Uebber — Cadugərin köməkçisi (7 seriya) Viktoriya Smurfit — Kruella De Vil / Kruella Feinberq (7 seriya) Merrin Dangey — Ursula (6 seriya) Faustino Di Bauda — yuxulu cırtdan / Uolter (5 seriya) Kristi Leynq — Merian (5 seriya) Rebekka Meyder — Zelena / Qərbin Qəddar cadugəri (5 seriya) Rafael Alexandro — Roland (5 seriya) Eyon Beyli — Pinokkio / Avqust Bus (4 seriya) Ebbi Ross — Gənc Emma Svon (4 seriya) Kiqan Konnor Treysi — Mavi pəri / Başçı ana (3 seriya) Con Ris-Davis — Pabbi baba (3 seriya) Aqnes Brukner — Lili Peyc (3 seriya) Ceyson Burkart — Balaca Con (3 seriya) Maykl Koleman — Xoşbəxt cırtdan (3 seriya) Devid Pol Qruv — Dok (3 seriya) Qeyb Kot — Maraqlı cırtdan / Tom Klark (3 seriya) Ceffri Kayzer — Dupi (3 seriya) Miq Makario — Utancaq cırtdan (3 seriya) Toni Amendola — Ceppetto / Marko (2 seriya)

Sarah Bolger — Avrora (2 seriya) Ceykob Devis — gənc Pinokkio (2 seriya) Jankarlo Espozito — Sehrli güzgü / Sidni Qlass (2 seriya) Coanna Qrasiya — Ariel (1 seriya) Kristofer Qotye — Uilyam Smi (1 seriya) Barbara Herşi — Kora Mills / Qırmızıtoxmaq Kraliça (1 seriya) Toni Perez — Şahzadə Henri (1 seriya) Rafael Sbarj — Danışan cırcırama / Dr. Arçi Huper (1 seriya)

Qonaq Paskali Hatton — Gerda, Arendel kraliçası (2 seriya) Tayler Ceykob Mur — Şahzadə Hans (2 seriya) Nils Hoqnestad — Frans (2 seriya) Markus Rosner — Jurgen (2 seriya) Salli Pressman — Helqa (2 seriya) Nikol Munoz — Gənc Lili (2 seriya) Çarlz Mesur — Qarasaqqal (2 seriya) Vil Traval — Nottingem şerifi / Keyt (2 seriya) Oliver Rays — Arendel kralı (1 seriya) Robin Veyrt — Bo Peep (1 seriya) Qabriel Rouz — Rut (1 seriya) Bred Dourif — Zoso (1 seriya) Erik Kinliysayd — Mauris / Moe Frenş (1 seriya) Frensis O'Konnor — Kolet (1 seriya) Cessi Şram — Zoluşka / Eşli Boyd (1 seriya) Darsi Conson — Oken (1 seriya) Brayton Şarbino — Gənc İnqrid (1 seriya) Ava Mari Telek — Gənc Gerda (1 seriya) Beyli Herbert — Cənc Helqa (1 seriya) Conatan Ranyon — gənc Qraf Uizilton (1 seriya) Rebekka Visoki — Madam Faustina (1 seriya) Sebastian Roşe — Kral Stefan (1 seriya) Erni Hadson — Poseydon (1 seriya) Tiffani Buni — gənc Ursula (1 seriya) Conatan Adams — Sehrbaz / Merlin (1 seriya, yalnız səs)

Seriyalar {|class="wikitable plainrowheaders" style="width:100%" |- style="color:white" ! style="background:#00AAE4; width:5%"|SerialdaNo. ! style="background:#00AAE4; width:5%"|MövsümdəNo. ! style="background:#00AAE4; width:20%"|Ad ! style="background:#00AAE4; width:17%"|Rejissor ! style="background:#00AAE4; width:24%"|Ssenari ! style="background:#00AAE4; width:13%"|Orijinal efir vaxtı ! style="background:#00AAE4; width:7%"|İstehsal kodu ! style="background:#00AAE4; width:9%"|ABŞ izləyiciləri(milyon)

İstehsal

İnkişaf Dördüncü mövsümün çəkiləcəyi ABC tərəfindən 8 may 2014-cü ildə elan edilmişdi., 13 may 2014-cü ildə açıqlanmışdı ki, dördüncü mövsüm iki hissəyə bölünərək birinci hissə 2014-c ilin payızında, ikinci hissə isə 2015-ci ilin yazında efirə veriləcək. 2014-cü ilin avqustunda Malefisentanın dördncü mövsümün ikinci hissəsinin əsas antoqonistlərindən biri olacağı elan edildi. Mövsüm premyerası qabağı əvvəlki üç mövsümün süjetini yada salan və sonda Elza və Annanın süjet xəttini xatırladan xüsusi buraxılış efirə verildi. Dördüncü mövsümün şüarı "Sevdiyin insanlardan heç vaxt vaz keçmə" kimi müəyyənləşdirilmişdi.

Əvvəlcə Adam Horovitz iki hissəli "Güzgünün sınması" seriyasının adətən serialın efirə getdiyi vaxtdan əvvəl 7/6c-da yayımlanaraq iki saatlıq xüsusi efir olacağını açıqlasa da, sonrada ABC-nin yaydığı mətbuat açıqlamasında əsas efir cədvəlinə uyğun olaraq serialın öz vaxtında, yəni8/7c-də yayımlanacağı və bu yayım vaxtının Futron Critic tərəfindən də dəstəkləndiyi bildirildi. Sonradan məsələtə şəxsi Twitter hesabından aydınlıq gətirən Horovitz əlavə bir satin əvvəlcədən nəzərdə tutulmuş 22 seriyaya əlavə edildiyini bildirmişdi. O, daha sonra bildirmişdi ki, mövsümün qış finalı 14 dekabr 2014-cü ildə baş tutacaq, serial qış tətilindən 1 mart 2015-ci ildə qayıdacaq. 15 mart 2015-ci ildə Horovitz ikinci hissənin son iki seriyasının iki saatlıq seriya formasında yayımlanacağını təsdiq etdi.

Birinci hissədən fərqli olaraq, ikinci hissədə əsas mənfi qəhrəmanların "Biri var idi, biri yox idi mifologiyası" içindən gələcəyi bildirilmiş, həmçinin, onların insanların xatırladıqları keçmişə malik olacaqları vurğulanmışdı. Serialın yaradıcılarından biri olan Adam Horovitz bildirir ki, "Yalnız Kruella insanların əvvəlki filmlərdən xatırladığından bir qədər fərqli keçmişə malik ola bilər" və əlavə edir ki, Malefisenta obrazı serialın əvvəlki mövsümlərində xatırlandığı xətt üzrə inkişaf etdiriləcək.

Mövsümün ikinci hissəsinin yayımına başlamamışdan əvvəl, 1 mart 2015-ci ildə, dördüncü mövsümün yayıma başlamasından əvvəl olduğu kimi xüsusi buraxılış efirə verilmişdi. "Storibrukun sirləri" adlı bu xüsusi buraxılış serialda Ağbəniz rolunu canlandıran Cinnifer Morrison tərəfindən nəql edilmişdi. Xüsusi buraxılışda diqqət mənşələrinə əks olaraq formalaşdırılmış personajlara çəkilmişdir.

Aktyor seçimi 250px|thumbnail|right|Viktoriya Smurfit Kruella de Vil obrazında "Bir dəfə Möcüzələr ölkəsində" serialının bağlanmasından sonra, həmin serialda əsas rollardan birini canlandırmış aktyor Maykl Soşanın "Biri var idi, biri yox idi" layihəsinə qoşularaq Uill Skarlet/Ürəklər Valeti obrazını canlandıracağı bildirildi , 20 aprel 2014-cü ildə bu məlumat təsdiqləndi, 8 may 2014-cü ildə isə dördüncü mövsüm üçün Soşa ilə müqavilə bağlanıldı. Canlandırdığı Nil Kassidi obrazının öldürülməsindən sonra Maykl Reymond-Ceyms dördüncü mövsümdə serialın əsas aktyor heyəti sırasından ayrıldı. 2014 "Comic Con" festivalı zamanı yenidən Cinnifer Qudvinin Ağbəniz, Cennifer Morrisonun Emma Svon, Coş Dallasın Cazibədar Şahzadə, Kolin O'Donokun Kapitan Qarmaq, Cared Gilmorun Henri Mills, Lana Parillanın Qəddar Kraliça/Recina Mills, Emili de Revinin Bell obrazları ilə serialda rol alacağı təsdiqləndi. De Revin şəxsi Instagramında paylaşdığı foto ilə Robert Karlaylın dördüncü mövsümdə də Rumpelştilskin/Cənab Qold rolunu canlandıracağını təsdiqlədi.

1 iyul 2014-cü ildə Skott Maykl Fosterin "Soyuq ürək" personajlarından Kristofu, Elizabet Leylin isə Annanı canlandıracağı elan edildi. Növbəti gün aktrisa Corcina Heyqə Elza rolunun həvalə edilməsi haqqında məlumat yayıldı. 8 iyul 2014-cü ildə Elizabet Mitçellin hansısa rol üçün sınaqdan keçirilməsi məlum oldu. Sonradan onun Hans Xristian Andersenin nağılındakı qəddar Qar Kraliçası rolunu canlandıracağı müəyyənləşdi. Serialda personaj Anna və Elzanın xalası kimi İnqrid adlandırıldı. Edvard Kitsis və Adam Horovitz Sven obrazının canlandırılması üçün həqiqi maral da seçmişdilər. 28 iyul 2014-cü ildə Tayler Ceykob Mur və Con Riz-Devisin müvafiq olaraq Şahzadə Hans və Qrand Pebbi rollarını canlandıracaqları elan edildi. "Daşlı yol" adlı üçüncü seriyada Hansın qardaşları Frans və Yurgenin Nils Hoqnestad və Markus Rosner tərəfindən canlandırılacağı bildirildi.

Əvvəlki mövsümlərdə olduğu kimi bu mövsümdə də Şon Makuayr Robin Hud, Kristi Leyinq Ledi Merian, Jankarlo Esposito Sehrli güzgü/Sidni Qlass, Beverli Elliotun Qırmızı papağın nənəsi, Li Arenberqin Deyingən cırtdan/Leroy, Rafael Sabarajın Danışan cırcırama/Həkim Arçi Huper, Kiqan Konnor Treysinin Mavi pəri/Böyük ana, Faustino Di Bauda Yuxulu cırtdan/Uolter və Kristin Bauer van Stratenin Malefisenta rollarını canlandırmışlar.

4 sentyabrda Frensis O’Konnorun Bellin anası Kolett rolunu canlandıracağı bildirildi. Serialın yeni personajlarından biri olan Lili obrazı üçün Nikol Munozun seçilməsi , Helqa rolunun isə Salli Pressmana etibar edilməsi məlum oldu. 5 noyabr 2014-cü ildə Viktoriya Smurfitin Kruella de Vil obrazını canlandıracağı haqqında xəbər yayıldı. "Balaca su pərisi" cizgi filmindən başqa bir Disney qəhrəmanı Ursulanı serialda Merrin Dangey canlandırmış, bu personaj "Ariel" adlı üçüncü seriyada İvet Nikol Braunun canlandırdığı dəniz ilahəsi Ursulanın şərəfinə adlandırılmışdı. Starten, Smurfit və Dangey ilk dəfə qış finalında görünür və birlikdə "Qaranlıq Kraliçaları" adlandırılırlar.