Gürcüstan azərbaycanlıları siyahısı — Gürcüstan hüdudlarında tarixən yaşayan və ya sadəcə doğulan azərbaycanlılar.

Gürcüstanda yaşayan azərbaycanlıların etnik tərkibini qarapapaqlar, qıpçaqlar, saklar, gögərlər və digər türkdilli tayfalar təşkil edir. Hazırda azərbaycanlılar əsasən Gürcüstanın Borçalı (Aşağı Kartli diyarı), Kaxeti və Msxeta-Mtianeti bölgələrində, Acarıstan Muxtar Respublikasında, həmçinin Tbilisi, Rustavi şəhərlərində tarixən kompakt şəkildə yaşayırlar. 2007-ci ilə olan təxminə əsasən sayları 360,000 nəfərdir.

Hələ eramızdan əvvəl Gürcüstanın cənub və cənub-şərq ərazisində türkdilli tayfaların yaşaması haqqında çoxsaylı mənbələr, o cümlədən gürcü mənşəli tarixçilərin və etnoqrafların da etirafları mövcuddur. XV–XVI əsrlərdə Qafqazda türkdilli faktorunun güclənməsi ilə əlaqədar olaraq Gürcüstana da etnik azərbaycanlıların kütləvi köç etməsi müşahidə olunmuşdur. Borçalının dağətəyi və dağlıq bölgələrində hazırda mövcud olan kəndlərin bir çoxu məhz bu dövrdə meydana gəlmiş və ya böyümüşdür. XVII əsrin ilk yarısında İran şahları, xüsusilə I Şah Abbas tərəfindən Kartli və Kaxeti çarlığı ərazisinə azərbaycanlıların, İranın Fereydan əyalətinə isə gürcülərin köçürülməsi və ya köçünün stimullaşdırılması bəzi tarixçilər tərəfindən dini-etnik ayrı-seçkilik kimi xarakterizə edilsə də, şahlığın ərazisində yaşayan xalqların coğrafi diversifikasiyası yolu ilə idarə edilməsinin asanlaşdırılması kimi tarixi mühakimələr daha inandırıcı görünür.

Gürcüstan azərbaycanlılarının siyahısı İctimai-siyasi və dövlət xadimləri Əlimərdan bəy Topçubaşov(1862–1934)90pxGörkəmli siyasi xadim. Diplomat, hüquqşünas. Çar Rusiyasında Birinci Dövlət Dumasının üzvü (1905), Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü (1917), Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Sədri (1918–1920).Emin ağa Acalov(1868–1937)90pxBorçalı Qarapapaq Türk Cümhuriyyətinin sədri (1917–1918), Cənub-Qərbi Qafqaz Türk Respublikasının Dövlət başçısı (1918–1919).Ömər Faiq Nemanzadə90pxGürcüstan SSR Müvəqqəti İnqilab Komitəsinin üzvü, Gürcüstan SSR Müsəlman İşləri Üzrə Şuranın 1-ci sədri.Nəriman Nərimanov(1870–1925)90pxİctimai-siyasi xadim, yazıçı, publisist, Azərbaycan SSR-in ilk dövlət və hökumət başçısı, Sovet Sosialist Respublikaları İttifaqının ilk dövlət başçılarından biri, SSRİ MİK-in sədri (1922–1925).Ayvaz Həsənov(1929–1990)90pxGürcüstan SSR Ali Sovetinin deputatı (1970–1980), Gürcüstan SSR kənd təsərrüfatı nazirinin müavini (1975–1981), Gürcüstan SSR Marneuli Rayon İcraiyyə Komitəsinin Sədri (1989–1990).Həsən Seyidov(1932–2004)90pxAzərbaycan SSR Nazirlər Sovetinin 9-cu sədri (1981–1988), Azərbaycan SSR Ali Sovetinin deputatı (1981), SSRİ Nazirlər Soveti Rəyasət Heyənin üzvü, SSRİ Ali Sovetinin deputatı.Həsən Həsənov(1940-)90pxAzərbaycan SSR və Azərbaycan Respublikasının siyasi və dövlət xadimi, diplomat, alim, tarix elmləri doktoru (2006), Azərbaycan SSR Nazirlər Sovetinin sədri (1990–1992), Azərbaycan Respublikasının BMT-də ilk daimi nümayəndəsi və ilk fövqəladə və səlahiyyətli səfiri (1992–1993), Azərbaycan Respublikasının Xarici İşlər Naziri (1993–1998), Macarıstan (2004–2010) və Polşada (2010-dan indiyə qədər) fövqəladə və səlahiyyətli səfiri.Ramiz Həsənov(1961-)Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri (2004–2005), Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri (2005–2018), Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini (2018-günümüzədək).Pərixan Sofiyeva(????-1953)90pxMüsəlman dünyasında millət vəkili seçilən ilk qadın.Hüseyn Məmmədov(1875-????)90pxSiyasətçi, "Hümmət" partiyasının həmtəsisçisi, Gürcüstan Müəssislər Məclisinin üzvü (1919–1921).Natiq Cəfərli(1972-)90pxRespublikaçı Alternativ Partiyasının həmtəsisçisi və sədr müavini, iqtisadçı.Tofiq Yaqublu(1961-)90pxMüsavat Partiyası sədrinin keçmiş müavini, jurnalist.Savalan Mirzəyev(1986-)Gürcüstan dövlət və ictimai-siyasi xadimiАзербайджанец стал советником министра Грузии — www.aze.az Bidzina İvanişvilinin köməkçisi azərbaycanlı oldu — www.anspress.com, Gürcüstan Baş Nazirinin Müşaviri, 2009–2013-cü illərdə Gürcüstan Reinteqrasiya Məsələləri üzrə Dövlət Nazirinin Müşaviri.Elxan Poluxov(1971-)Azərbaycan Respublikasının dövlət xadimi və tanınmış diplomatı, Azərbaycanın Braziliyadakı fövqəladə və səlahiyyətli səfiri.Elxan Poluxov etimadnaməsinin surətini Braziliya Xarici Əlaqələr Nazirliyinin Baş katibinə təqdim edib Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin Rəhbəri (2009–2011)Məşhur alimlərHamlet İsaxanlı(1948–) Riyaziyyatçı alim, şair, humanitar elmlər üzrə tədqiqatçı; Xəzər Universitetinin təsisçisi.Zahid Xəlilov(1911–1974)90pxAzərbaycan SSR-nın dövlət xadimi, görkəmli riyaziyyatçı-alim, akademik, 1962–1967-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Prezidenti.Aslan İsmayılov(1958-)90pxHüquqşünas, 1986–1989-cu illərdə Stavropol diyarının Zelençuk rayon xalq məhkəməsinin sədri. 1989–1993-cü illərdə Azərbaycan Respublikası Prokurorluğunda məhkəmələrə nəzarət şöbəsinin prokuroru, 1993–1994-cü illərdə isə AR Prezidenti Aparatının dövlət-hüquq şöbəsinin baş məsləhətçisi.Kamal Talıbzadə(1923–2006)90pxAzərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, tanınmış ədəbiyyatşünas.Asif Hacılı(1960-)Bakı Slavyan Universitetinin rektoru (2014-cü ildən), ədəbiyyatşünas, folklorçu, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü.Səlahəddin Xəlilov(1952-)90pxFəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü.Süleyman Qasımov(1961-)Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti. 2006-cı ildə "Tərəqqi" medalı, 2011-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir. İqtisad elmləri doktorudur, 1 elmi əsər, 15-dən çox elmi məqalə müəllifidir.Hərbi xadimlərİsrafil bəy Yadigarov(1815–1884)90pxRusiya Çar Ordusunda xidmət etmiş türk əsilli ilk yüksəkrütbəli hərbçi; general-leytenant.Həsən bəy Ağalarov(1812–1883)90pxGeneral-leytenant, Çar Rusiyasının hərbi xadimi.Firudin bəy Vəzirov(1850–1925)90pxGeneral-mayor, Çar Rusiyasının hərbi xadimi.Vəli bəy Yadigarov(1897–1971)90pxPolkovnik, Çar Rusiyasının hərbi xadimi.Davud bəy Yadigarov(1881–1920)Azərbaycan Xalq Cümhuriyyətinin general-mayoru.Əbdülhəmid bəy Qaytabaşı(1880–1920)90pxHərbi xadim, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general-mayoru.Yusif Ziya Talıbzadə(1877–1923)90pxPedaqoq, siyasətçi, hərbçi (general-mayor).Hacırəhim Məmmədov(1948-????)90pxAzərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının keçmiş rəisi.Cavanşir Məmmədov(1953-)Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru.Zakir Qaralov(1956-)Azərbaycan Respublikasının Baş Prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri.Şair və yazıçılarAbdulla Şaiq(1881–1959)90pxKlassik Azərbaycan şairi, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi (1940). Zəlimxan Yaqub(1950–2016)90pxAzərbaycanın xalq şairi (2005), ictimai xadim. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı (1995–2005).İncəsənət mədəniyyət xadimləriRəşid Behbudov(1915–1989)90pxAzərbaycan müğənnisi, SSRİ-nin xalq artisti, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Dağıstanın xalq artisti, Gürcüstanın əməkdar incəsənət xadimi. Möhsün Sənani(1900–1981)90pxAzərbaycan aktyoru, Azərbaycan SSR xalq artisti. İbrahim İsfahanlı(1897–1967)90pxAktyor, rejissor, teatr təşkilatçısı, Gürcüstan SSR-in Xalq artisti. Niyazi(1912–1984)90pxAzərbaycanlı dirijor və bəstəkar. SSRİ Xalq Artisti, SSRİ Dövlət Mükafatı laureatı. 2-dəfə Stalin mükafatı və 2-dəfə Lenin ordeni laureatı. Beynəlxalq Nehru mükafatı laureatı. Sosialist Əməyi Qəhrəmanı. Gövhər Qazıyeva(1897–1960)90pxİlk azərbaycanl qadın aktrisa. Xədicə Qayıbova(1893–1938)90pxİlk azərbaycanlı qadın pianoçulardan biri. Şövkət Məmmədova(1897–1981)90pxİlk peşəkar Azərbaycan qadın müğənnisi (lirik koloratur soprano). SSRİ xalq artisti (1938). Azərbaycan opera ifaçısı və müəllimi.. Azərb. SSR Ali Sovetinin (1–4 çağırış) deputatı olmuş, 2 dəfə Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir. Qeysər Kaşıyeva(1893–1972)90pxİlk azərbaycanlı qadın pianoçulardan biri, rəssamlıq təhsili almış ilk azərbaycanlı rəssam qadın. Şəmistan Əlizamanlı(1969–)Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, mətn oxuyan və aparıcı. Okaber(1987–)Azərbaycanlı repçi. Nodar Şaşıqoğlu(1927–2013)90pxDramatik teatr və kino aktyoru, Azərbaycan və Rusiyanın Xalq Artisti. Əli Qurbanov(1898–1962)90pxAktyor, Azərbaycan SSR-nin xalq artisti (1940). Əzizə Məmmədova(1892–1961)134x134pxAktrisa, Azərbaycan SSR-nin əməkdar artisti (1936).Əzizə xanımı xatırlayarkən Əsgər İsmayılov(1905–1983)90pxKinooperator, Azərbaycan SSR-in əməkdar incəsənət xadimi (1964).İdmançılarKamandar Məcidov(1961–)90pxYunan-roma güləşçisi, 62 kq çəki dərəcəsində olimpiya oyunları, dünya, Avropa və SSRİ çempionu. Fərid Mansurov(1982–)90pxYunan-roma güləşçisi, 66 kq çəki dərəcəsində 2004-cü il Yay Olimpiya oyunlarının qızıl medalçısı, ikiqat dünya çempionu.Zabit Səmədov(1984-)Kikboksçu.Ramilə Kaştayeva(1987–)Azərbaycan cüdoçusu, cüdo üzrə idman ustası, 2010-cu il dünya çempionatının bürünc mükafatçısı, ikiqat Azərbaycan çempionu.Aydın Hüseynov(1957–2003)90pxAzərbaycan şahmatçısı, beynəlxalq qrosmeyster (1998).DigərləriNigar Şıxlinskaya(1878–1931)90pxİlk azərbaycanlı şəfqət bacısı. General Əliağa Şıxlinskinin həyat yoldaşı.Dilarə Əliyeva(1929–1991)90pxƏdəbiyyatşünas, tərcüməçi, 1960-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstanın əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, 1988-ci il Azərbaycan Xalq Hərəkatının fəal iştirakçısı, Azərbaycan SSR Ali Sovetinin deputatı (1990).Xədicə Əlibəyova(1884–1961)90pxAzərbaycan maarifpərvəri, publisist, naşir, Azərbaycanda ilk qadın redaktor.Ramin Musayev(1963-)Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti.Azərbaycanda Peşəkar Futbol Liqası yaradılıb. trend.az Rəhilə xanım Hacıbababəyova(1891–1954)90pxAzərbaycanın maarifpərvər qadınlarından biri — Bakıda müsəlman qızlar üçün olan ilk ali-ibtidai məktəbin müdiri.Şəfiqə Əfəndizadə(1883–1959)90pxMaarif xadimi, yazıçı, publisist. AXC parlamentinin yeganə qadın əməkdaşı, Cənubi Qafqazın ilk qadın jurnalisti hesab edilir.İsmayıl Ömərov(1954-)İctimai Televiziyanın keçmiş rəhbəri (2005–2013).Əflatun Amaşov(1957-)90pxAzərbaycan Respublikası dövlət və ictimai-siyasi xadimi, tanınmış jurnalist və publisist. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Mətbuat Şurasının Sədri."RUH" Azərbaycan Jurnalistlərinin Hüquqlarının Müdafiə Komitəsinin keçmiş sədri, Azərbaycan Mətbuat Şurasının sədri..Azər Süleymanov(1967-) Gürcüstan Respublikasının ictimai-siyasi xadimi. Gürcüstan parlamentinin deputatı.

İstinadlar

Həmçinin bax

Borçalı Azərbaycan–Gürcüstan münasibətləri

* Kateqoriya:Azərbaycanlıların siyahıları