Bananal () — çay yatağında yerləşən ada olaraq Araquaya çayının yatağında yerləşir.

Adanın sahəsi 19 162 km²-dir. Ada 300 km uzunluğa, 160 km enə malikdir. Dünyada çay yatağında yerləşən ən böyük adadır (Marajo adası Amazon çayının deltasında yerləşsədə bir sahili Atlantik okeanın suları ilə yuyulur).

Bananal adası inzibati cəhətdən Braziliyanın Tokantins ştatına daxildir. Adadan qərbdə Matu-Qrasu ştatı vardır. Adanın cənubu 1973-cü ildə hindu əraziləri qəbul edilmişdir (Terra Indígena Parque do Araguaia).Artigo 28 do Estatuto do Indío-lei No. 6001 19/12/1973 Adanın şimalı isə Araquaya milli parkı yaradılmışdır.

Ada çayın digər sahili ilə heç bir körpü vastəsi ilə birləşmir. Əsasən su nəqliyyatı ilə əlaqə yaradılır. Adada yalnız Karaja hindularının qəbilələri yaşayır.

İstinadlar

Kateqoriya:Braziliya adaları Kateqoriya:Atlantik okeanı hövzəsi adaları