Yuxarı Axta - Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
Tarixi Yuxarı Axta İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd İnəkdağ dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdirПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.23.
Toponim fərqləndirici əlamət bildirən yuxarı sözündən və oğuz tayfalarında olan padarların bir qolunu təşkil edən axtaçı (axta) etnonimindən93, s.28Гейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, «Элм», 1986. s.57Mirzəyev H. Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz, Bakı, ADPU, 1997. s.235 formalaşmışdır.
Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lernanist qoyulmuşdur.
Əhalisi Kəndin əsas sakinləri azərbaycanlılar olmuşdur. Zaman-zaman onlar soyqırımına məruz qalmış, öz doğma torpaqlarından didərgin düşmüşlər. Kəndə ermənilər İran və Türkiyədən köçürülmüşdürШопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи , СПб, Типография императорский Академии Наук, 1852. s.591-594. Bunun nəticəsində azərbaycanlıların sayı azalmışdır. 1897-ci ildə burada 30 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.16-17.
XX əsrin əvəllərində, 1905-1906-cı il erməni azərbaycanlı davası nəticəsində azərbaycanlılar tamamilə doğma torpaqlarından qovulmuşlar. İndi burada yalnız ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Dərəçiçək kəndləri Kateqoriya:Kotayk mərzinin yaşayış məntəqələri