Fəridə Həsən qızı Əliyarbəyli () – şairə, dramaturq, 1953-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü.
Həyatı Fəridə Əliyarbəyli 1924-cü il iyulun 2-də Azərbaycanın Gəncə şəhərində anadan olmuşdur. 1942-1947-ci illərdə, burada M.Qorki adına 1 saylı məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır.
Ədəbi fəaliyyətə 1939-cu ildə "Kirovabad bolşeviki" qəzetində çap olunan "A dağlar" adlı ilk şeri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edir. "Xan qızı" (1972), "Qonşular" (1985), "Günahkar qız" (1994), "Özgə yeri" pyesləri C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında dəfələrlə tamaşaya qoyulmuşdur.
1948-1950-ci illərdə Azərbaycan EA-nın Gəncə bazasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. Ailə vəziyyətinə görə iki il Bakıda yaşamışdır. Sonra Gəncəyə qayıdıb burada Azərbaycan Sovet Yazıçıları İttifaqının yerli şöbəsinə rəhbərlik etmişdir (1953-1989).
1959-1989-cu illərdə Gəncə şəhər zəhmətkeş deputatları sovetinin (bütün çağırışlar üzrə) deputatı, mədəniyyət və maarif işçiləri üzrə daimi komissiyasının sədri və üzvü olmuşdur. Bir medalla təltif edilmişdir.
Yaradıcılığı Fəridə Əliyarbəyli həmçinin bir neçə dram əsərlərinin də müəllifidir. "Xan qızı”, "Qonşular”, "Günahkar qız”, "Özgə yeri” pyesləri onun yaradıcılığının əsasını təşkil edirdi.
1972-ci ildə "Xan qızı” tarixi dramı qələmə alınmış və elə həmin ildə də Gəncə Dövlət Dram teatrının səhnəsində xalq artisti, rejissor Vaqif Şərifovun quruluşunda tamaşaya hazırlanıb. İlk dəfə olaraq Azərbaycan teatrında xan qızı Xurşidbanu Natəvan haqqında tarixi bir dram əsərinin yazılmasına müvəffəq olub.
Fəridə Əliyarbəylinin 80-ci illərdə qələmə aldığı "Qonşular” pyesi də ən məşhur səhnə əsərlərindən biridir.
Əsərləri 1.Arzular. Bakı: Uşaqgəncnəşr, 1955, 24 səh. 2.Yasəmən. Bakı: Azərnəşr, 1962, 60 səh. 3.Gəncəli qız. Bakı: Gənclik, 1968, 68 səh. 4.Qayğı. Bakı: Azərnəşr, 1974, 40 səh. 5.Sərv ağacı. Bakı: Gənclik, 1982, 58 səh. 6.Payız kəpənəkləri. Bakı: Gənclik, 1985, 33 səh. 7.Dünyaya insan gəlir. Bakı: Yazıçı, 1987, 80 səh. 8.Novruz bayramı. Bakı: Gənclik, 1998, 120 səh. 9.Dünyaya insan gəlir 10.Könül çırpıntıları 11.Cavad xan türbəsi 12.Ona xanım dedilər 13.Pürrəng çay 14.Sular bulananda 15.Dünya nə qəmlisən
İstinadlar
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:1924-cü ildə doğulanlar Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:XXI əsr dramaturqları Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Azərbaycanlı dramaturqlar Kateqoriya:Azərbaycan dramaturqları Kateqoriya:Gəncə Şəhər Xalq Deputatları Sovetinin deputatları