Henrix Mxitaryan (; ) — İtaliyanın İnter klubunun və Ermənistan milli futbol komandasının futbolçusu.

Həyatı Henrix Mxitaryan 21 yanvar 1989-cu il tarixində Ermənistanın paytaxtı İrəvan şəhərində doğulub. 1980-ci illərdə Ermənistanın "Ararat" futbol klubunun hücumçularından biri olmuş Mxitaryanın atası Hamlet Mxitaryan 33 yaşında beyin xərçəngi nəticəsində vəfat edib.

Karyerası Henrix Mxitaryan karyerasına 2006-cı ildə Ermənistanın Pünik klubunda başlayıb . Henrix sonralar Ukrayna ,Almaniya və İngiltərənin müxtəlif klublarında çıxış edib və 2018-ci ildə Arsenala transfer olunub .

Uğurları 2012-ci ildə Ukrayna Premyer Liqasında ən yaxşı futbolçu seçilmişdir. Bundan başqa, 2009, 2011 və 2012-ci illərdə Ermənistanda ilin futbolçusu seçilmişdir.

Özəl həyatı Henrix Mxitaryan 2019-cu ilin iyun ayında tütün biznesi ilə məşğul olan iri erməni sahibkarın qızı Betti Vardanyanla evlənib. Erməni futbolçunun toyu Venesiyada baş tutub.

İstinadlar

Kateqoriya:İrəvanda doğulanlar Kateqoriya:Mançester Yunayted FK futbolçuları Kateqoriya:Arsenal FK futbolçuları Kateqoriya:Ukrayna Premyer Liqasının ən yaxşı bombardirləri Kateqoriya:Borussiya Dortmund FK futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Ermənistanın kişi futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:İngiltərədə legioner futbolçular Kateqoriya:İnter Milan FK futbolçuları Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:Roma FK futbolçuları Kateqoriya:Şaxtyor Donetsk FK futbolçuları Kateqoriya:UEFA Avropa Liqası qalib futbolçuları Kateqoriya:Ukraynada legioner futbolçular Kateqoriya:XX əsr Ermənistan şəxsləri Kateqoriya:Legioner Ermənistan futbolçuları Kateqoriya:Ermənistan Premyer Liqası futbolçuları Kateqoriya:UNICEF-in Xoşməramlı Səfirləri Kateqoriya:UEFA Konfrans Liqası qalib futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri