Rasim Əliyev (; ) — jurnalist, Azərbaycanda insan haqları müdafiəçisi. ANN. TV-nin əməkdaşı olub. O, əvvəllər "Obyektiv TV"-də foto müxbir kimi fəaliyyət göstərib.
Həyatı Rasim Əliyev 2007-ci ildən bəri RATİ-də reportyor, video və foto müxbir kimi çalışıb.
2013-cü ilin iyununda Rasim Əliyev Bakının mərkəzində keçirilən nümayişi işıqlandırarkən polis zorakılığına məruz qalıb və 7000 dollarlıq video kamerası sındırılıb. Bu hadisəyə görə, iki nəfər polis işdən uzaqlaşdırılıb. Nümayiş Türkiyədə Gəzi etirazlarına dəstək olaraq keçirilirdi.
2015-ci ilin Avqustun 8-də Rasim Əliyev "Qəbələ" futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən "Bayıl market" mağazasının qarşısında bir qrup şəxs tərəfindən döyülüb. Ağır bədən xəsarəti alan jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilib. Onun qabırğaları sınıb və sol qulağı eşitmir. Sosial mediada verilən məlumatlara görə, jurnalistin döyülməsinə səbəb onun Cavid Hüseynovun kiprli jurnalistə qarşı hərəkətini "Facebook" səhifəsində tənqid etməsi göstərilib.
Rasim Əliyev avqustun 9-da səhərə yaxın Bakı Klinik mərkəzində rəhmətə gedib. Jurnalist Mehdiabad qəbiristanlığında dəfn edilib.Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı ilin aprel ayında məhkəmənin hökmü ilə təqsirləndirilən Elşən İsmayılov 13 il, Camal Məmmədov 11 il, Arif Əliyev 12 il yarım, Kənan Mədətov 9 il və Samir Mustafayev 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Cavid Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və məhkəmənin qərarı ilə 31 may 2016-cı il tarixində 4 il azadlıqdan məhrum edilib.
İstinadlar
Xarici keçidlər Azerbaijani journalist dies after criticising footballer on Facebook Azerbaijan’s Javid Huseynov arrested in connection with death of journalist
Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Üstü açılmamış cinayətlər Kateqoriya:İnsan hüquqları aktivistləri Kateqoriya:Azərbaycanda qətlə yetirilənlər Kateqoriya:Sui-qəsd qurbanları