Windows 10 — "Microsoft"un "Windows NT" əməliyyat sisteminin əsas buraxılışı. Bu, 15 iyul 2015-ci ildə istehsala buraxılmış, 29 iyul 2015-ci ildə satışa çıxarılmışdır. Bu, təxminən iki il əvvəl buraxılmış "Windows 8.1"in birbaşa davamçısıdır. "Windows 10" MSDN və "TechNet" vasitəsilə yükləmək üçün hazırlanıb. O, "Windows Store" vasitəsilə "Windows 8" və "Windows 8.1" istifadəçilərinin pərakəndə kopyaları üçün və "Windows Update" vasitəsilə "Windows 7" istifadəçiləri üçün pulsuz təkmilləşdirmə kimi mövcud olmuşdur. "Windows 10" davamlı olaraq yeni quruluşlar alır və "Windows 10"un əlavə sınaq quruluşlarından başqa istifadəçilər üçün heç bir əlavə ödəniş tələb olunmur. Bunlar "Windows Insider" üçün əlçatandır. Müəssisə mühitlərindəki cihazlar bu yeniləmələri daha yavaş bir sürətlə qəbul edə və ya on illik uzadılmış dəstəyin ömrü ərzində yalnız kritik yeniləmələri alan uzunmüddətli dəstək mərhələlərindən istifadə edə bilər. "Microsoft" 2021-ci ilin iyununda "Long-Term Servicing Channel"da (LTSC) olmayan "Windows 10" buraxılışları üçün dəstəyin 14 oktyabr 2025-ci ildə başa çatacağını elan etmişdir.
"Windows 10" ilkin buraxılışı zamanı tənqidçilərdən ümumilikdə müsbət şərhlər almışdır. Tənqidçilər "Microsoft"un "Windows"un əvvəlki versiyalarına uyğun olaraq iş masası yönümlü interfeys təmin etmək qərarını yüksək qiymətləndirmişdilər və bu, "Windows 8"in planşet yönümlü yanaşması ilə ziddiyyət təşkil edirdi, lakin "Windows 10"un toxunma yönümlü istifadəçi interfeysi rejimi tənqid edilmişdir. Tənqidçilər həmçinin, "Windows 8.1", "Xbox Live" inteqrasiyası üzərindən "Windows 10"un birləşdirilmiş proqram təminatının təkmilləşdirilməsini, həmçinin "Cortana" şəxsi köməkçisinin funksionallığı və imkanlarını, eləcə də "Internet Explorer"in "Microsoft Edge" ilə əvəz olunmasını yüksək qiymətləndirmişdilər. Bununla belə, media orqanları əməliyyat sistemi davranışlarında edilən dəyişikliklərə tənqidi yanaşmışdılar. Buraya məcburi yeniləmə quraşdırması, "Microsoft" və onun tərəfdaşları üçün əməliyyat sistemi tərəfindən həyata keçirilən məlumatların toplanması ilə bağlı məxfiliklə bağlı narahatlıqlar, həmçinin onun buraxılışı zamanı əməliyyat sistemini təşviq etmək üçün istifadə edilən reklam proqramlarına bənzər taktikalar daxildir.
"Windows 10" 32 bitlik CPU-ları (IA-32 və ARMv7 əsaslı) və BIOS mikroproqramı olan cihazları dəstəkləyən "Windows"un son versiyasıdır. Onun yeni versiyası olan "Windows 11" hər hansı dəstəklənən arxitekturada (x86 üçün x86-64 və ARM üçün ARMv8) UEFI mikroproqramından və 64 bitlik prosessordan istifadə edən cihaz tələb edir.
Cortana Windows 10-da virtual köməkçi "Cortana" ortaya çıxdı. Əvvəllər Cortana-nın funksiyalarından yalnız Windows Phones əsaslı mobil qurğu sahibləri faydalana bilirdilər.
Windows 10 əməliyyat sisteminin masaüstü versiyasında Cortana virtual köməkçisi düymə kimi tapşırıqlar panelində «Start» düyməsinin yanında yerləşdirilib. Bu formanın köməyi ilə həm lokal kompüterdə, həm də Internetdə axtarış aparmaq olar. Axtarışın nəticələri həmin formanın üstündə çıxacaq. Axtarışla yanaşı Cortana başqa məqsədlərlə də istifadə oluna bilər. Misal üçün, virtual köməkçi təyyarə uçuş reysləri barədə məlumat verə biləcək. Bundan əlavə o, elektron ismarış mətnlərinin diktə edilib göndərilməsini təmin edəcək, musiqi fayllarını çaldıracaq, tətbiqləri işə salacaq, eləcə də xatırlatmaları monitorda əks etdirəcək.
Microsoft HoloLens Microsoft şirkəti gözə geyilən qurğu haqqında çoxdandır ortalarda dolaşan müxtəlif şayə və xəbərlərə son qoydu. Softver nəhəngi Windows 10 sisteminə holoqrafik displey dəstəyini də əlavə etdi, odur ki, redmondçuların bu cür displey yaratmaqları heç də təəccüb doğurmadı. Buyurun, tanış olun: Microsoft HoloLens — real və virtual dünyalarınızı birləşdirəcək holoqrafik eynək-displey!
Microsoft şirkəti HoloLensi «indiyədək dünyada görülmüş ən qabaqcıl holoqrafik kompüter» kimi təqdim edir. Qurğunun tərkibinə sensorlar dəsti, təmiz və aydın şəkil təmin edən xüsusi holoqrafik prosessor (HPU), habelə təbii səs təmin edən audio alt sistemi daxildir.
HoloLens layihəsi hələ ki öz inkişaf yolunun başındadır. Əsas hədəf kütləyə gəlincə, Microsoft şirkətinin baş icraçı direktoru Satya Nadellanın sözlərinə görə bu qurğu həm korporativ, həm də fərdi istifadəçilər üçün nəzərdə tutulub. HoloLens qurğusunun üstünlüklərinin nümayişi kompüter istifadəsinin olduqca iddialı gələcəyini əks etdirir. Blokları otaqdakı mebel əşyalarının üstündə yerləşdirib Minecraft oynamaq, Marsda şahanə təəssüratlar dolu unudulmaz virtual tur atmaq, müştərilərə yaratdığınız son memarlıq şedevrinizi nümayiş etdirmək: bütün bunlar Hololens eynəkləri ilə mümkün olacaq. HoloLens eynəyinin başlıca üstünlüklərindən biri onun avtonom olmasıdır. Nə kabel, nə də kompüterə, ya da smartfona qoşulmağa ehtiyac yoxdur.
Tarixi
Windows 8-dən sonra sistemə, 9-cu nömrəni buraxaraq, 10-cu nömrə verildi. Microsoft korporasiyasının Windows üzrə rəhbər marketoloqu Toni Profet (), doqquzuncu nömrəli buraxılışın Windows əməliyyat sisteminin adına uyğun olmadığını bildirmişdir. Əvvəlcə güman edilirdi ki, indiki Windows 8.1 Windows 9 adlandırılacaq, lakin Microsoft istəmədi ki, Windows-un yeni versiyası qeyri-populyar Windows 8-lə assosiasiya edilsin: — Bəs, Windows 9 nə oldu? — O gəldi və getdiMicrosoft’s New Windows Marketing Boss Explains What Happened To Windows 9 // Business Insider, 13 oktyabr 2014..
Windows 10-un (build 9841) ilkin versiyaları 30 sentyabr 2014-cü il (korporativ müştərilər üçün) və 1 oktyabr 2014-cü il (hamı üçün) tarixində istifadəyə verilmişdir. 21 yanvar tarixli press-brifinqində bildirildi ki, 23 yanvarda yeni quraşdırılma dəsti istifadəyə veriləcək. Windows 10-un press-relizi 29 iyul 2015-ci il tarixində 190 ölkədə və 111 dildə təqdim edilmişdir. Windows 10 buraxılışının bir neçə mərhələ keçirəcəyi planlaşdırılır.
Microsoft ƏS-in formallaşma prosesində istifadəçilərin arzuları və nəyə üstünlük verməsini rəhbər tutaraq öz yeni əməliyyat sistemini inkişaf etdirir. Bunun üçün Windows-un ilkin hesablanması proqramının köməyi ilə ilkin yoxlanma həyata keçirilir.
Yeniləmələri və dəstəyi VersiyaKod adıMarketinq AdıQuruluş nömrəsiBuraxılış tarixiBuraxılış növləriArxitekturasıSon dəstək tarixiNT 10.0Threshold -102402015-07-29Windows 10 Home Windows 10 Pro Windows 10 Education Windows 10 Enterprise Windows 10 Pro for Workstations Windows 10 Pro Education Windows 10 S Windows 10 Enterprise LTSCIA-32, x86-642025-10-141511Threshold 2November Update105862015-11-101607Redstone 1Anniversary Update143932016-08-021703Redstone 2Creators Update150632017-04-051709Redstone 3Fall Creators Update162992017-10-17IA-32, x86-64, ARM641803Redstone 4April 2018 Update171342018-04-301809Redstone 5October 2018 Update177632018-11-13190319H1May 2019 Update183622019-05-211909VanadiumNovember 2019 Update183632019-11-122004VibraniumMay 2020 Update190412020-05-2720H2October 2020 Update190422020-10-2021H1May 2021 Update190432021-05-1821H2November 2021 Update190442021-11-1622H22022 Update190452022-10-18
Həmçinin bax Əməliyyat sistemləri Windows 7 Əməliyyat sistemlərinin müqayisəsi Əməliyyat sistemlərinin tarixi Əməliyyat sistemlərinin siyahısı Microsoft Windows versiya tarixi
Qeydlər
İstinadlar
Xarici keçidlər
Windows 10 yüklə Microsoftun saytından Windows 10 buraxışları haqqında məlumat Microsoftun saytından
1 10 Kateqoriya:Microsoft Kateqoriya:Xüsusi proqram təminatı sistemləri Kateqoriya:ARM arxitekturası