Qaraboğazgöl () — Xəzər dənizinin şərqində Türkmənistan ərazisində laqun mənşəli körfəz. Dənizlə dayaz və eni 200 metrə çatan eyni adlı boğazla birləşir. Onun sahəsi mövsümdən asılı olaraq dəyişir. Dərinliyi 4-7 metr arası dəyişir. Körfəzin duzluluğu Xəzər dənizinə nisbətən daha yüksəkdir, 310 ‰ təşkil edir. Körfəzin duzluğunun yüksək olmasının səbəbi Mirabilit duzu ilə zənginliyidir. Körfəzin sahəsi 18 000 km²
Adının etimalogiyası Qara boğaz gölü mənasını verir. Demək olar ki, Xəzərin suyunu özünə çəkərək buxarlandırır. Körfəz dənizçilərdə və köçərilərdə həmişə vahimə doğururdu. Hər zaman insanların təfəkküründə ölüm və zəhərli su kimi qalıb.
Bəzən körfəzi Ağ qızıl dənizi adlandırırlar. Səbəb onun zəngin mirabilit ehtiyatı ilə əlaqədardır.
Duzluğu thumb|left|Xəzər dənizini körfəzlə birləşdirən dar Qaraboğazgöl boğazı Az dərinlik körfəzin duzlu sularının yenidən dənizə qayıtmasına səbəb olur. Bununla da laqun Xəzərin duz balansına öz təsirini göstərir. Hər km³ dənizdən körfəzi 13-15 milyon ton müxtəlif duzlar axır. Hər il isə körfəzə 8–10 km³ su axır. Səviyənin yüksək olduğu vaxtlar isə bu rəqəm 25 km³ qədər qalxır.
1980-ci ildə Qaraboğazgölü Xəzər dənizindən ayıran damba dikilir. 1984-ci ildə isə dambada su buraxan qurğular inşa edilir. Bundan sonra körfəzin səviyyəsi bir necə metr aşağı enir. 1992-ci ildə isə damba partladılır. Körfəzlə dəniz arasında əlaqə bərpa olunandan sonra səviyyə əvvəlki vəziyyətinə qayıdıb. Bununla belə Mirabilit hasilatına ağır zərbə dəymişdir.
İstinadlar
Mənbə Российский энциклопедический словарь История исследования и освоения Кара-Богаз-Гола Xəzərin səviyyə tərəddüdü. Konstantin Qeorgeviç Pаustоvski. Qara-Boğaz.
Həmçinin bax Xəzər dənizi Türkmənistan
Kateqoriya:Xəzər dənizi körfəzləri Kateqoriya:Türkmənistan körfəzləri Kateqoriya:Laqunlar