Üçlər paktı, Berlin paktı — faşist Almaniyası, İtaliya və Yaponiya arasında 1940-cı il sentyabrın 27-də bağlanmış hərbi sazişdir. Sonralar bu pakta Macarıstan, Bolqarıstan, Finlandiya, Rumıniya və Danimarka da qoşulmuşdu.

Dünyanı iştirakçı ölkələr arasında bölüşdürməyi nəzərdə tuturdu. Almaniya və İtaliyaya Avropada, Yaponiyaya isə Asiyada yeni "qayda-qanun" yaratmaq rolu nəzərdə tutulmuşdu. Paktda nəzərdə tutulanlar:

Yaponiya Avropada yeni nizamın yaradılmasında Almaniya və İtaliyanın rəhbərliyini tanıyır və hörmətlə yanaşır;

Almaniya və İtaliya Asiyada yeni nizamın yaradılmasında Yaponiyanın rəhbərliyini tanıyır;

Bu pakt imzalandıqdan dərhal sonra qüvvəyə minir və on il ərzində qüvvədə qalır.

Dövlətlərdən hər hansı biri mövcud müharibədə iştirak etməyən bir dövlət tərəfindən hücuma məruz qalardısa digərləri ona hərbi siyasi və iqtisadi yardım etməyə borclu idi.

Sovet İttifaqına da bu pakta qoşulmaq üçün təklif göndərilmişdi. Lakin SSRİ-nin irəli sürdüyü bəzi şərtlərin Almaniya tərəfindən qəbul olunmaması onun pakta qoşulmasına imkan vermədi. Sonradan Macarıstan Rumıniya və Bolqarıstan dövlətləri də bu müqaviləyə qoşuldu.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:Beynəlxalq müqavilələr Kateqoriya:1940-cı illərdə Berlin Kateqoriya:Almaniya–İtaliya münasibətləri Kateqoriya:Almaniya–Yaponiya münasibətləri Kateqoriya:Bolqarıstanın müqavilələri Kateqoriya:Xorvatiyanın müqavilələri Kateqoriya:İtaliyanın müqavilələri Kateqoriya:Macarıstanın müqavilələri Kateqoriya:Rumıniyanın müqavilələri Kateqoriya:Slovakiyanın müqavilələri Kateqoriya:Yaponiyanın müqavilələri Kateqoriya:Yuqoslaviyanın müqavilələri Kateqoriya:Antikommunizm Kateqoriya:Berlin tarixi Kateqoriya:İkinci Dünya müharibəsinin müqavilələri Kateqoriya:İkinci Dünya müharibəsi sənədləri