Mahal İsmayıloğlu (tam adı: Mahal İsmayıl oğlu Sadıqov); ) — Azərbaycanlı tanınmış jurnalist.

Həyatı Mahal İsmayıloğlu 1957-ci ilin yanvar ayının 22-də Ermənistanın Kalinino rayonunun Evli kəndində anadan olub. Evli kəndində kənd səkkizillik məktəbini və 1974-cü ildə Gürcüstanın Dmanisi rayonundakı Muğanlı kənd orta məktəbini bitirmişdir. 1975–1977-ci illərdə hərbi Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Orduda xidmət edəndə Sakit Okean donanmasının "Boyevaya vaxta" qəzetində işə dəvət olunub. 1977–1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almışdır.

Safura xanım ilə evlənmişdir. Aysel, Ayan adlı iki qızı və Tural adlı bir oğlu var.

Xəstəliyi ilə bağlı uzunmüddətli müalicələr almışdır. O, ən son 2014-cü ilin aprel ayında Türkiyənin Qaziantep Universiteti Tibb fakültəsində müalicə almışdır. 2015-ci ilin avqust ayının 28-də müalicə aldığı xəstəxanada böyrəkləri funksiyasını itirib və saat 13:20-də vəfat etmişdir. Ramana qəbristanlığında dəfn edilib.

Fəalliyəti Mahal İsmayıloğlu 1982–1984-cü illərdə İrəvanda nəşr olunan "Sovet Ermənistanı" qəzetində, baş müxbir vəzifəsində çalışıb. 1984–1987-ci illərdə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında redaktor işləyib. 1987–1990-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunun çoxtirajlı qəzetinin redaktoru olub. 1990-cı ilin avqustundan "Aydınlıq" qəzetində çalışıb. Bu qəzetin yaradıcılarından biri olub. 1995-ci ilin oktyabrından 2002-ci ilin aprel ayınadək "Xalq qəzeti"nin baş redaktoru işləyib.

"Yeni Musavat" qəzetinin köşə yazarı olub. Ara-sıra "Azadlıq" qəzetində də məqalələri dərc olunub.

Mükafatları Mahal İsmayıloğlu Həsən bəy Zərdabi mükafatı və "Qızıl qələm" mükafatı ilə təltif olunmuşdur.

Həbsi 2008-ci ildən mətbuatda gedən yazılarına görə hakimiyyətin təqiblərinə məruz qalır. Qondarma ittihamlarla 2009-cu ilin iyulunda 2 illik şərti cəza kəsilib.

İstinadlar

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:"Xalq qəzeti"nin ("Kommunist") baş redaktorları Kateqoriya:Həsən bəy Zərdabi mükafatı laureatları