"Müstəqilliyimiz əbədidir" — Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdəki fəaliyyətini əhatə edən çoxcildlik əsərləri. Kitabda çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr yer almışdır.

Birinci cild

Nəşri Əsərlərinin birinci cildi 1997-ci ildə "Azərnəşr"də nəşr olunmuşdur.Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Birinci kitab, Bakı: Azərnəşr, 1997, səh. 13. preslib.az

612 səhifədən ibarət bu kitabın buraxılışına məsul şəxslər Ramiz Mehdiyev və Hidayət Orucov idi.

Məzmunu Bu cilddə Heydər Əliyevin 1993-cü ilin iyunundan 1994-cü ilin may ayına qədər dövrdəki çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri və s. toplanmışdır. Bu materiallarda Azərbaycan Respublikasının həmin dövrünün ictimai-siyasi həyatında baş vermiş mürəkkəb proseslər təhlil olunur. Böyük siyasi-tarixi və elmi-nəzəri əhəmiyyət kəsb edən kitabda müstəqilliyin qorunub saxlanılmasının, inkişaf etdirilməsinin dahiyanə praktiki təcrübəsi əksini tapmış, milli dövlət quruculuğu prosesinin başlıca istiqamətləri dəqiqliklə və uzaqgörənliklə müəyyənləşdirilmişdir.

Kitabdakı ilk məqalə Heydər Əliyevin 1993-cü il 15 iyununda etdiyi "Azərbaycan Respublikası Milli Məclisinin iclasında çıxışı"dır.Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Birinci kitab, Bakı: Azərnəşr, 1997, səh. 13. preslib.az

Texniki heyət Kitabın hazırlanmasında iştirak edənlər Tofiq Babayev, Azər Bağırov, Qəzənfər Zalıyev, Arif Məmmədov, Müzəffər Maşayev, Kamil Muxtarov, Azər Fərzəliyev, Eyvaz Həsənov.

Rəssamı Fuad Fərəcov.

Redaktorları Tofiq Babayev, Kamil Muxtarov.

Bədii redaktoru Rəfail Əzizov.

Texniki redaktoru Zoya Nəcəfova.

Korrektorları Validə Musayeva, Afaq Bağırova.

Sonuncu cild Kitabın "Qeydlər" məzmunlu sonuncu — 46-cı cildində "Müstəqilliyimiz əbədidir" çoxcildliyindəki ad və coğrafi göstəricilərlə bağlı məlumatlar öz əksini tapmışdır.Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Birinci kitab, Bakı: Azərnəşr, 2013, səh. 2. preslib.az

Bütün cildləri Cildi Nəşr ili Səhifə sayıI cild1997608II cild1997604III cild1997488IV cild1997528V cild1998500VI cild1998512VII cild1998520VIII cild1998488IX cild2000466X cild2002472XI cild2003452XII cild2004432XIII cild2004520XIV cild2005520XV cild2005528XVI cild2005552XVII cild2006528XVIII cild2006552XIX cild2006528XX cild2007536XXI cild2007480XXII cild2007528XXIII cild2008480XXIV cild2008504XXV cild2008520XXVI cild2009512XXVII cild2009496XXVIII cild2009480XXIX cild2009520XXX cild2010512XXXI cild2010512XXXII cild2010512XXXIII cild2011480XXXIV cild2011488XXXV cild2011520XXXVI cild2011512XXXVII cild2011520XXXVIII cild2011480XXXIX cild2012480XL cild2012512XLI cild2012488XLII cild2012472XLIII cild2013464XLIV cild2013376XLV cild2013384XLVI cild2013496

Beynəlxalq kitab sərgisində 2013-cü ildə Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 20-ci beynəlxalq kitab sərgisi çərçivəsində aprelin 21-də "Müstəqilliyimiz əbədidir" çoxcildliyinin (45 cildlik) təqdimat mərasimi keçirilmişdir.Budapeştdə "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin təqdimatı keçirilib (FOTO) . trend.az, 22.04.2013

Elmi-biblioqrafik göstəricisi 2014-cü ildə AMEA Mərkəzi Elmi Kitabxanası "Müstəqilliyimiz əbədidir" adlı çoxcildliyinin 2 cilddən ibarət elmi-biblioqrafik göstəricisini çap etmişdir.Heydər Əliyevin irsini əks etdirən elmi-biblioqrafik göstərici nəşr olunub . publika.az, 22.01.2014 AMEA Rəyasət Heyətinin qərarı ilə çap olunan göstəricinin elmi redaktoru akademik İsa Həbibbəyli, tərtibçi müəllifi filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlidir.

Həmçinin bax "İnkişaf məqsədimizdir"

İstinadlar

Xarici keçidlər Müstəqilliyimiz əbədidir. Elektron külliyat. preslib.az Müstəqilliyimiz əbədidir. anl.az

Kateqoriya:Heydər Əliyev haqqında kitablar Kateqoriya:1997-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan dilində kitablar