Fateh məscidi — İstanbulun Fateh ilçəsində Fateh Sultan Mehmet tərəfindən inşa edilmiş olan məscid və külliyyədir. Külliyyədə 16 ədəd mədrəsə, xəstəxana, Qonaq evi, imarətxana, kitabxana, hamam yerləşir. Şəhərin yeddi təpəsindən birində inşa edilmişdir. Məscid 1766-cı il zəlzələsində uçduqdan sonra təmir edilərək 1771-ci ildə bugünkü halını almışdır. 1999-cu ildə Gölcük zəlzələsi zamanı bünövrəsində çatlar təspit edilən məsciddə 2008-ci ildə Vakıflar Genel Müdürlüyü tərəfindən yenidənqurma işləri başladılmış və 2012-ci ildə ibadətə açılmışdır.

Tarixi thumb|250px|right|Fateh məscidi (1888–1910-cu illər) thumb|250px|right|Fateh məscidi (1880–1893-cü illər) Bizans dövründə məscidin yerləşdiyi təpədə I Konstantinin dönəmində inşa edilən Havariyyun kilsəsi vardı. Bizans imparatorlarının bu təpədə basdırıldığına inanılır. I Konstantinin o zamanlar şəhərin kənarında qalan bu təpədə basdırıldığı güman edilir. İstanbulun fəthindən sonra bu bina Patrikxana kilsəsi olaraq istifadə edilmişdir. Fateh Sultan Mehmet buraya məscid və külliyyə insa etmək istəyincə patrikxana Pammakaristos monastırına köçürülmüşdür.

Tikintisinə 1462-ci ildə başlanıb, 1470-ci ildə tamamlanmışdır. Memarı Sinaüddin Yusuf bin Abdullah (Atik Sinan) olmuşdur. Məscidə 1509-cu ildə İstanbul zəlzələsində böyük ziyan dəymiş və II Bəyazid dönəmində yenidən təmir edilmişdir. 1766-ci ildə baş verən bir zəlzələ ilə xaraba halına gəldiyi üçün Sultan III Mustafa 1767–1771-ci illər arasında məscidi memar Mehmed Tahir Ağaya təmir etdirmişdir. Buna görə də məscid orijinal görünüşünü itirmişdir. 29 yanvar 1932-ci ildə türkcə azan bu məsciddə oxunmuşdur.

Memarlıq xüsusiyyətləri Məscidin ilk inşasından bu gün sadəcə şadırvanlı (fəvvarəli və ya dəstəmaz) həyətin üç divarı, şadırvan, tac qapı, mehrap, birinci şərəfiyəyə qədər minarələr və xarici divarın (çevrə divarının) bir qismi qalmışdır. Şadırvanlı həyət (Şadırvan avlusu), qiblə divarına paralel olan eyvan (Revak) diğər üç yöndən daha yüksəkdir. Günbəzlərin xarici hissəsi səkkizbucaqlı olub kəmərlərə oturdulub. Kəmərlər əsasən qırmızı daş və ağ (bəyaz) mərmərlərlə işlənmiş, yalnız məhvərdəkilərə (oxlar üzərində) yaşıl daş istifadə edilmişdir. Alt və üst pəncərələrin ətrafı geniş silmələrlə (profil haşiyə) haşiyələnmişdir. Hücrələr (Sövmələr) mərmərdəndir və geniş, qüvvətli silmələrlə bağlanılmışdır.

Dəmir barmaqlıqlar, qalın dəmirdəndir və toppuzludur. Eyvan sütunlarının səkkizi yaşıl əyriboz (eğriboz) mərmərindən, ikisi çəhrayı, ikisi qara qranitdən, son camaat yerindəkilərin bəziləri isə Misir qranitindəndir. Başlıqlar tamamən mərmərdəndir. Altlıqlar (kaidələr) də mərmərdir. Daxili həyətin (avlunun), biri qiblədə, ikisi yanda olmaqla üç qapısı vardır. Şadırvan səkkizguşəlidir. Mehrabın yaşmağı müqərnəslidir (stalaktitli). Hücrə küncləri yaşıl dirəkli, qum saatlari ilə bəzədilmiş və üstü zərif bir tacla tamamlanır. Yaşmağın üzərində bir sətirlik ayə vardır. İki dilimli olan minarə də məscid ilə böyük bir ahəng təşkil edir. Saxsılı lövhələr son camaat divarının sağ ve solundakı pəncərə hissəsindədir.

Fateh məscidinin ilk tikilişində, məscidin ətrafını genişləndirmək üçün divarlar və iki ayaq üstündə bir qübbə (günbəz) oturdulmuş və bunun da önünə bir yarım qübbə əlavə edilmişdir. Beləliklə, 26 m diametrli günbəz bir əsr boyunca ən böyük günbəz statusunu qoruyub saxlamışdır.

Memar Mehmed Tahir Ağa məscidi təmir edərkən köhnə tikilidən qalan klassik elementlərlə yenidən inşa etdiyi barokko elementlərini uğurla uzlaşdırmışdır. Məscidin gips pəncərələri son dövrlərdə xarab olduğundan adi çərçivələrlə dəyişdirilmişdir. Həyət qapısının yanındakı yanğın hovuzu Sultan II Mahmud tərəfindən 1825-ci ildə inşa etdirildi. Məscidin geniş bir xarici həyəti vardı.

Minarələrin daş külahları XIX əsrin sonunda inşa edilmişdir.

Türbələr və məzarlıq Başda Fateh Sultan Mehmetin türbəsi olmaqla, Osmanlı tarixinin bir çox əhəmiyyətli adamlarının məzarıları buradadır. Fatehin xanımı və II Bəyazidin anası I Gülbahar Xatunun, "Türkiyənin qəhrəmanı" Qazi Osman Paşanın və məsnəvi Abidin Paşanın türbələri məscid məzarlığındadır. Sədrəzəmlər (baş vəzir), şeyxülislamlar, müşiri və bir çox elm adamının məzarlarının burada olması, Osmanlı protokolunun sanki toplantıdaymış kimi bir arada görülməsinə imkan verir. Məzarları burada olan bəzi dövlət adamları və elm mənsublarından bir neçəsi bunlardır:

Sədrəzəm Mustafa Naili Paşa Sədrəzəm Abdurrahman Nurəddin Paşa Sədrəzəm Qazi Ahmed Muhtar Paşa Şeyxülislam Amasyevi Seyyid Xəlil Əfendi Şeyxülislam Mehmed Refik Əfendi Ahmet Cevdet Paşa Emrullah Efendi (Maarif Nazırı) Yesari Mehmed Esad Efendi. (Xəttat) Yesarizade Mustafa İzzet Efendi. (Xəttat) Sami Efendi -xəttat Amiş Efendi Mutasavvıf ve Fatih türbedarı Maraşlı Ahmed Tahir Efendi — Amiş Efendinin tələbəsi Kazasker Mardini — Yusuf Sıdkı Efendi Manastırlı İsmail Hakkı Efendi (Selatin məscidləri vaizi) Şehbenderzade Ahmed Hilmi Bəy — Darülfünun Felsefe müdiri və ədib. Bolahenk Mehmed Nuri Bəy (Musıqişünas, xoca ve bəstəkar) Ahmed Midhat Efendi Köse Raif Paşa Akif Paşa Sultanzadə Mahmud Cəlaləddin Bəyəfəndi Xariciyyə Naziri Vəliyüddin Paşa Xariciyyə Naziri Mehmed Raşid Paşa Hacə İshak Əfendi Ferik Yanyalı Mustafa Paşa İbrahim Subaşı (Tokatlı) General Pertev Demirxan

Xarici keçidlər

Kateqoriya:Türkiyə məscidləri Kateqoriya:Osmanlı dövrünün abidələri Kateqoriya:İstanbul tikililəri Kateqoriya:Fateh məscidi (İstanbul) Kateqoriya:Günbəzli məscidlər Kateqoriya:İslam Kateqoriya:II Mehmed Kateqoriya:Fatih (İstanbul)