— Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür.

Seylor Yupiter Usaqi Tsukino tərəfindən tapılmış 3-cü Seylor döyüşçüsüdür. Komandanın ən uzun boylu (168 sm) və ən güclü üzvlərindən biri olduğundan komandanın "vuran qolu"dur. Planeti Yupiterin verdiyi güc sayəsində Makoto elektriki və bəzi bitki növlərini idarə etmək, şimşək çaxdırmaq gücünə sahibdir.

Seylor Yupiter ilk dəfə manqanın 5-ci aktında, orijinal animenin 25-ci seriyasında, ikinci animenin ("Sailor Moon Crystal") 5-ci seriyasında görünmüşdür. Bir çox videooyunda yer almışdır. "Seylor Mun" manqasından başqa Seylor Yupiter özündən bəhs edən "Makonun depressiyası" manqasında da yer almışdır.

İzah thumbnail|left|Naoko Takeuçi tərəfindən çəkilmiş təsviri. Makoto Kino personajı baş tutmayan "Codename: Sailor V" animesində yer alması üçün təklif edilmişdir, lakin onun üçün ilk öncə Mamoru Çino adı təklif olunmuşdur. Yaradıcı Naoko Takeuçi sonda personaja Makoto Kino adını vermişdir və onun üçün konsepsiya hazırlamışdır. Lakin personajın ilkin konsepsiyası ilə personajın indiki şəxsiyyəti tamamilə fərqlənir. Naoko personajı əvvəlcə dələduz, siqarətçəkən və sukeban kimi təsvir etmişdi. Seriyanın davamında peyda olan Mamoru Çiba personajı üçün ad seçilərkən Makoto Kinonun adından ilham alınmışdır.

Seylor Yupiterin kostyum dizaynı seriyanın digər personajlarında olduğu kimi təkrarolunmaz idi. Kostyum toqqadan, çox uzun əlcəklərdən, göy və yaşıl işıq zolaqlarından, tünd çəhrayı lentlərdən və siqnal cihazından ibarət idi. Daha sonra Takeuçi bu eskizləri gördükdə çox təəccüblənmişdir və eskizləri nə vaxt çəkdiyini xatırlamadığını demişdir. Naoko Takeuçi cizgi filmi hazırlayan rəssamlara təlimat vermişdi ki, Makotonu bir az ətli-canlı və qüvvətli göstərsinlər."

Makotonun soyadının kandzi mənası və kimidir. Onun adı hiraqanada verilmişdir və buna görə də tərcümə olunması çətindir. Mümkün olan tərcümələrə "dürüstlük", "sədaqət" və "səmimilik" aiddir. Yaponiyada "Makoto" adı həm oğlanlar, həm də qızlara verilə bilər, hərçənd ki, bu ad əsasən oğlanlara verilir. Makotoya bu adın verilməsi onun oğlanxasiyyət olmasını ön plana çıxarır.

Yapon dilində Yupiter planeti adlanır və bu, "meşələr planeti" mənasını verir.

Seylor Yupiterin planetar simvolu (♃) ildırım işarəsinin və Zevs sözünün baş hərfi olan zettanın birləşməsindən əmələ gəlmişdir. Bu işarədən elmdə Yupiter planetinin və qurğuşun elementinin simvolu kimi istifadə olunur.

Seylor Yupiterin Kabus bacılar qarşılığı Petts, İfritələr 5 qarşılığı Tellu, Seylor Kvartet qarşılığı Yun-Yundur.

Təqdimat "Seylor Mun" manqa seriyası yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmışdır. Manqa seriyasının əsas personajları Seylor döyüşçüləri adlı komandadır. Komandanın əsas məqsədi yaşadıqları Günəş sistemini düşmənlərdən qorumaqdır. Seylor döyüşçüləri komandası hərəsi bir göy cismini təmsil edən 10 döyüşçüdən ibarətdir: Seylor Mun, Seylor Merkuri, Seylor Mars, Seylor Yupiter, Seylor Venera, Seylor Pluton, Seylor Çibi Mun, Seylor Uran, Seylor Neptun və Seylor Saturn. Komanda özü də iki yerə ayrılır: Xarici Seylor döyüşçüləri və Daxili Seylor döyüşçüləri. Daxili Seylor döyüşçüləri seriyada peyda olan ilk 5 peyda olmuş döyüşçüdən ibarətdir. Seylor Yupiter adı ilə döyüşən Makoto Kino da Seylor döyüşçülərinin əsas üzvlərindən biridir və seriyada əhəmiyyətli yer tutur.

Manqa seriyasının 5-ci aktından sonuncu aktına qədər, orijinal anime serialının isə bütün mövsümlərində yer alan Makoto Kino seriyanın baş qəhrəmanı Usaqinin ən yaxın dostlarından biri kimi göstərilir. Seriyada peyda olarkən tənha olduğu, güclü olduğuna görə hər kəsin ondan qorxduğu göstərilmişdir. Buna baxmayaraq Usaqi onunla asan dil tapmış və aralarında dostluq münasibətləri başlamışdır. Seriya boyunca şəxsiyyətinə toxunulmamış, güclü və əzmkar qız kimi təqdim olunmuşdur.

Peyda olması Seriyanın baş qəhrəmanı Usaqi Tsukino yuxusunda bir gün evlənəcəyini görür. Onun sadiq pişiyi Luna onu yuxudan oyadır və yenə gecikdiyini deyir. Şəhərdə yağış yağır və Usaqi çətirlə çıxır. Yolda Luna ondan məsuliyyətli olmasını istəyir, amma Usaqi ancaq daha əvvəl qarşılaşdığı Taksedo Mask haqqında düşünür. Diqqətsiz olan Usaqi yolu keçmək istəyərkən avtomobil düz üzərinə doğru gəlir, amma hansısa qız cəld özünü yetirib onu xilas edir. Qız Usaqidən xeyli hündürdür və qızılgül sırğaları taxır.

Məktəbdə Usaqinin rəfiqəsi Naru əmisi qızının evlənəcəyini deyir. Usaqi və Naru da bir gün evlənməyi arzulayırlar.

Daha sonra Usaqi səhər onu qəzadan xilas edən qızı məktəbində görür. Həmin qızı bir tələbə dayandırıb niyə məktəb formasında olmadığını soruşur, qız isə ona başa salır ki, bu məktəbin forması onun üçün kiçikdir. (O, həmin tələbədən hündürdür.) Usaqinin dostu Umino qız haqqında danışır, onun məktəbə yeni keçdiyini və əvvəlki məktəbindən bir nəfərlə dalaşdığına görə atıldığını bildirir.

Usaqi günorta yeməyini məktəbin həyətində yeməyə qərar verir. Usaqi yeni qızı görür, ağacın dalında gizlənir və onun ləzzətli yeməklər yeməyə hazırlaşdığını müşahidə edir. Bu zaman yaxınlıqda beyzbol oynayan uşaqların attığı beyzbol topu Usaqinin üzərinə doğru gəlir, qız son anda tullanaraq topu tutur. Qız Usaqiyə diqqətli olmasını deyir və Usaqiyə yeməyindən bir azını təklif edir. Qız özünü Makoto Kino kimi təqdim edir və məktəbdəki hər kəsin ondan qorxduğunu bildirir. Usaqi ilə Makoto dostlaşırlar.

Məktəbdən sonra Usaqi və Makoto videooyun salonuna yollanırlar. Makoto "Sailor V" videooyununu oynayarkən içəriyə Usaqinin digər dostları — Ami Mizuno (Seylor Merkuri) və Motoki Furuhata daxil olurlar. Motoki və Makoto bir-birilərini təqdim edirlər. Ami Narunun əmisi qızının gəlinliyini aldığı gəlinlik mağazası haqqındakı şayiəni danışır. Guya həmin mağazada bir gəlinlik geyən ruh peyda olur və kişiləri qaçırır.

Usaqi, Ami və Makoto bu şayiələri digər Seylor döyüşçüsü olan — Rey Hinoya danışmaq üçün məbədə yollanırlar. Makoto onlarla görüşüb ayrıldıqdan sonra Rey onun növbəti Seylor döyüşçüsü ola biləcəyini deyir. Gecə gəlinlik mağazasındakı maneken canlanır və yolda gəzən Motokinin zehnini ələ keçirir. Zehni ələ keçirilmiş Motoki Makoto ilə qarşılaşır və Makotodan gözlərinin içinə baxmasını istəyir. Yaxınlıqda olan Mamoru Çiba təhlükəni hiss edir və Taksedo Maska çevrilir.

Usaqi evində yatarkən Taksedo Mask onu oyadır və hadisə yerinə aparır. Luna Amivə Reyi də çağırır. Usaqi gəlin ruhu tapır və Lunaya yerini bildirir.

Gəlin ruh yoldan keçən kişilərin diqqətini çəkərək onların enerjilərini oğurlayır. Usaqi Seylor Muna çevrilir. Seylor Mars və Seylor Merkuri onu dayandırmağın yolunu axtarırlar. Makoto Motokinin ona olan sevgisinin saxta olduğunu eşidir. O, gəlin ruhu güləş fəndi ilə yıxır və alnında Yupiterin astroloji işarəsi peyda olur. Luna ona çevrilmə qələmini atır və Makoto ondan istifadə edərək Seylor Yupiterə çevrilir. Məlum olur ki, əsl düşmən dünyanı ələ keçirmək istəyən Qaranlıq Krallığın üzvü Nefritdir. Seylor Yupiter ona Gül Tufanı adlı hücumu ilə hücum edir və onu yaralayır. Daha sonra Yupiterin gücünü çağırır və Yupiter İldırım Vurması hücumu ilə Nefriti məhv edir.

Makoto yeni dostlarına başa salır ki, Motokini onun qəlbini qıran əvvəlki sevgilisinə bənzətmişdir, buna görə də məktəbini dəyişdirmişdir. Makoto artıq Seylor döyüşçüsü kimi döyüşəcəyinə söz verir.

Profil

Makoto seriyanın əvvəlində 14 yaşında təsvir edilir. Qan qrupu O-dur. Oxatan bürcündəndir. Məktəbdə ən sevdiyi fənn ev iqtisadiyyatı, ən sevmədiyi dərs fizikadır. Ən sevdiyi yemək albalı piroqu və ət ruletidir. Ən sevmədiyi yemək göstərilməmişdir. Rənglərdən ən çox şəkər çəhrayısını və yaşılı sevir. Sevimli daşı zümrüddür. Ən sevdiyi heyvan atdır. İtaliyanın Roma şəhərinə səyahət etməyi arzulayır. Basketbol və konkisürmə ən sevdiyi idman növləridir.

Makonun güclü, müstəqil şəxsiyyəti o saat sezilir: dostları arasında ən hündürüdür. Komandada "böyük bacı" rolunu oynayır. Fiziki cəhətdən çox güclüdür, hətta yeni köçdüyü məktəbdə yayılan şayiəyə görə əvvəlki məktəbindən bir nəfərlə dalaşdığına görə atılıb. Hekayənin gedişində Makoto Usaqi Tsikino və Ami Mizunonun da təhsil aldığı Azabu Yuban məktəbinə keçir. Makotonun bədən ölçüləri böyük olduğundan məktəbin öz xüsusi geyimi üzərinə olmamışdır. Buna görə də məktəb müdriyyəti ona köhnə formalardan birini geyməyi məsləhət görmüşdür. Bu forma uzun ətəyi var və qıvırcıq saçları ilə tamamlanır. Buna görə də bu hekayənin əvvəllərində ona möhkəm görünüş vermişdir. Hər halda, onun saçları təbii şəkildə dalğavaridir. Sərt görünüşünə baxmayaraq, Makoto əslində xoşxasiyyət qızdır. Qulaqlarına çəhrayı qızılgül formasında sırğalar, at quyruğu saçına isə yaşıl tel taxır.

Komandaya ən çox uyğunlaşan personajlardan biri olan Makoto Seylor döyüşçüləri arasından həm kişisayağı, həm də qadınsayağı xasiyyətinə görə tanınır. Ən böyük arzusu evlənmək, tort və gül mağazası açmaqdır. Məktəb dəyişdikdən sonra aşpazlıq və bağbançılıq klublarına üzv olmuşdur. Makoto karate ilə də məşğul olur, hətta qara kəməri var.

Onun ev işlərində ustalığı onun kişisayağı xasiyyətinə ziddiyyət təşkil edir. Makoto alış-veriş etməyi sevir, lakin "qız əşyaları" almaqdan çəkinir. (Bir epizodda basketbol üçün ayaqqabılar almışdır.Pretty Guardian Sailor Moon, Act 49.) Yemək bişirməyi də sevir, hətta bu, onun ən güclü qabiliyyətidir, məktəbə tez-tez ləzzətli yeməklərini gətirməsi ilə məşhurdur. Amma fiziki bacarığı daha üstündür. Evini özü təmir edir, hətta gürzdən istifadə edir.Pretty Guardian Sailor Moon, Act 10. Kimsə onu qadınsı adlandıranda əsəbi və təəccüblü olur.Pretty Guardian Sailor Moon, Act 31. In this act, Mako and Motoki date, but they "break up" shortly thereafter.

Onun belə xasiyyətə malik olması uşaqlığı ilə bağlıdır. Hər iki valideynini də təyyarə qəzasından itirmişdir və uşaq yaşlarından tək yaşamaqdadır və özünə baxmaqdadır. Hətta evin üzərindən təyyarə uçduqda özünü pis hiss edir. Fırıldaqçılardan nifrət edir. İngilis versiyasında Makotonun anasının pişiklərə alergiyası olduğu bildirilmişdi. "Gözəl Qoruyucu Seylor Mun" animesində Makotonun valideynlərinin ölümü haqqında 6-cı seriyanın retrospektiv kadrında bəhs edilsə də, necə öldükləri göstərilməmişdir.Pretty Guardian Sailor Moon, Act 6.

Makotonun sevdiyi oğlanlardan biri onun hekayəsində əhəmiyyətli yer tutur. Onun senpayı cəmi 1-2 dəfə təsvir olunmuşdur. Animelərdə Makoto son dərəcədə oğlanlara fikir verir. "Gözəl Qoruyucu Seylor Mun"da Makotonun niyə özünü tək hiss etdiyi göstərilmişdir. Daim yeni tanış olduğunu oğlanları köhnə sevgililərinə bənzədir. Animelərdə ən çox Motoki Furuhataya diqqət versə də, teleseriallarda belə deyil. Xüsusi seriyaların birində onların nişanlandıqları göstərilmişdir.Pretty Guardian Sailor Moon, Special Act. Motoki catches Usagi's bridal bouquet and proposes to Mako on the spot.

Makotonun hərəkətlərindən biri animelərin birindəki səhnənin ingilis dilinə tərcümə olunmasından sonra ingilis dilli fanlar arasında məşhurlaşmışdı. Bu səhnədə qızlardan biri teatrda "Ağbəniz və yeddi cırtdan" tamaşasında Ağbəniz rolunu oynamalı idi. Yapon versiyasında Makoto sinəsinin böyük olduğunu əsas gətirərək Ağbəniz rolu üçün təkid etmişdi. İngilis versiyasında isə Makoto istedadını əsas göstərərək bu rolu oynamaq istəmişdir.

Aspektlər və formalar Seylor Yupiter müxtəlif təcəssümlərə, xüsusi bacarıqlara, çevrilmələrə və uzunömürlülüyə malikdir. Uzunömürlülüyü sayəsində Seylor Yupiter Gümüş Minillik dövründən XXX əsrə qədər yaşaya bilmişdir.

Seylor Yupiter