Ankuva (Assur dilində: Amkuva) və ya HanikuilRonald L. Gorny, Hittite Imperialism and anti-imperial resistance as viewed from Alişar Höyük. Bulletin of the American Schools of Oriental Research 299/300, 1995, 71 Bulletin of the American Schools of Oriental Research 299/300, 1995, 71 — antik Hett yaşayış məntəqəsi.
Tarixi Zippalandanın cənubunda yerləşir. Bəzi mənbələrə görə Ankuva Taha allahı ilə əlaqədar keçirilən dini mərasim yürüşlərinin keçirildiyi yer olmuşdur.
Ankuva şəhərinin Kattaha və ya Hanikkun tanrılarına sitayiş edilən müqəddəs məkan olduğu da iddia olunur. Kayseridə aşkar olunmuş Kültəpə adlı arxeoloji abidədə tapılmış bir Aşşur mətninə görə Ankuva şəhəri Sinhuttum və Kapitra əhalisi ilə birləşərək Hattilərə (bəzi türk mənbələrinə görə Hattilər və hetlər qohum xalqlardır) qarşı üsyan etmişlər.
Bu şəhərin harada yerləşməsi haqqında məlumatlar mübahisəlidir. R. L Gornu Ankuvanın Yozğadda yerləşən Alişar ilinin şimalında aşkar edilmiş Alişar təpəsi arxeoloji abidəsi, M. Popko isə Alaca təpəsindən 10 km cənub-qərbdəki Əskiyarıq olduğunu iddia etmişlər.Maciej Popko, Zippalanda and Ankuwa once more. Journal of the American Oriental Society 120/3, 2000, 445–448. Journal of the American Oriental Society 120 / 3, 2000, 445–448.. Alişar təpəsindən 13 km şimal-qərbdə yerləşən Çadır təpəsində aparılmış arxeoloji qazıntılar zamanı əldə edilən maddi-mədəniyyət nümunələrinin tədqiqindən sonra Ankuvanın burada yerləşməsi barədə də iddialar meydana çıxmışdır.
Xarici keçid TC Kültür Bakanlığı thy.com Kültepe hakkında bir makale Kultepe.org 2011 yılı Kültepe Kazısı Raporu Alaca Höyük Kazısı İnternet Sitesi Photo gallery of Sphinx Gate and other Hittite structures at Alaca Höyük Images from Alacahöyük 2011 yılı Alacahöyük kazı raporu
Çadır Höyük Arkeoloji Projesi Yakın plan kroki
İstinad Kateqoriya:Qədim şəhərlər Kateqoriya:Het dövləti