Lazar Şaineanu (23 aprel 1859 – 11 may 1834) — rumın dilçisi, folklorçusu.

Həyatı Lazar Şaineanu 1859-cu ildə anadan olmuşdur. 1901-ci ildə Fransaya köçmüş, École des hautes étudesdə təhsil işçisi olaraq çalışmışdır. Şäineanu rumın dili üzrə yazdığı əsərlərlə tanınmışdır. Bundan əlavə türk dili, türk tarixi və türk mədəniyyəti üçün böyük əhəmiyyət kəsb edən bir əsər yazmışdır. "Influenta orientalä asupra limbei şi culturei romäne" (1900) adı ilə nəşr olunan bu əsərdə rumin dilində türk dilindən alınma sözlərdən bəhs olunur. Şäineanudan əvvəl Theophil Loebelde bu haqda əsər yazmışdır ("Elemente turceştı, ara- beştı şi persane ın limba Romänä", 1894). Loebel Şäineanunun əsəri ilə əlaqədar öz fikir və düşüncələrini də dərc etdirmişdir ("Contributioni i observatiuni relative la opera "Influenta orientalä" de L. Şäineanu", 1909). Son illərdə Heinz F. Wendt "Die türkischen Elemente im Rumänischen" (1960) adlı əsərində rumin dilində istifadə olunan türk sözlərini təkrar gözdən keçirsə də, Şäineanunun tədqiqatları bu sahədə nəşr olunan ilk əsər olaraq öz əhəmiyyətini itirməmişdir.

Şäineanu 1934-cü ildə Parisdə vəfat etmişdir

İstinadlar Kateqoriya:Rumıniya dilçiləri Kateqoriya:Rumıniya türkoloqları Kateqoriya:Rumıniya folklorşünasları Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:Slavyanşünaslar Kateqoriya:Osmanlı türkcəsi Kateqoriya:Fransa dilçiləri Kateqoriya:Fransada Rumıniya qürbətçiləri Kateqoriya:Mədəniyyət tarixçiləri Kateqoriya:Rumıniya memuarçıları Kateqoriya:XX əsr tarixçiləri Kateqoriya:Yəhudi yazıçılar