Cırtdan ağdiş () Yereşənlər fəsiləsinə aid olan ən kiçik məməli növüdür.

Təsviri Ən kiçik məməli heyvandır. Baş ilə birlikdə bədənin uzunluğu 1 sm-dan 4 sm-ya qədər çatır, quyruğun uzunluğu 22–31 mm, arsa pəncəsinin uzunluğu 6,8–8,1 mm olur. Bədənin tük örtüyü üst hissədə açıq qonur və ya qəhvəyi boz, alt hissədə isə bozumtul və ya boz-ağımtıl rəngdə olur. Quyruğun uc hissəsi tüklərlə qurtarırAzərbaycan faunası. Məməlilər. X cild. Bakı. Elm nəşriyyatı, 1978.

Yayılması Avrasiyanın cənubunda, Cənubi və Şərqi Afrikada, Mərkəzi Asiyada və Zaqafqaziyada yayılmışdır. Geniş arealına baxmayaraq hər yerdə nadirdir. Azərbaycanda tək-tək fərdlər, əsasən Lənkəranda və Kür — Araz ovalığında (Şirvan, Mil, Muğan düzləri) rast gəlinirГошуналиев А. Г. Землеройки (Soricidae) Азербайджана //Автореф. дисс. к. б. н., Киев: 1990. — 22 с.. Gürcüstanda isə əsasən Tbilisi bölgəsində rast gəlinir.

Yaşayış yerləri və həyat tərzi Biotopları müxtəlifdir – qumluqlar, kolluqlar, bağlar, müxtəlif tikililər. Quru yerlərə üstünlük verirlər. Gəmiricilərin yuvalarında, daşların altında məskunlaşırlar. Kiçik onurğasızlarla qidalanırlar. 3–5 bala verirlər. Biologiyası öyrənilməyib.

Sayı: Hər yerdə nadirdir. Tələyə düşməsi 100 tələ/sutkaya 0,02 %-ı keçmir.

Məhdudlayıcı amillər Sığınacaqları örtülü yerlərdə yerləşir və bu heyvanlar yalnız nadir hallarda təsadüfən narahat edilə bilərlər. Bu növün nadir olması və zəif öyrənilməsi hər bir fərdin mühafizəsinə ehtiyac yaradır.

Qidalanması Cırtdan ağdiş çox mahir ovçudur. O, özündən 2 dəfə böyük canlıları belə ovlaya bilir. Əsasən böcəklərlə və böcək yumurtaları ilə qidalanırlar. Ən çox sevdiyi isə hörümçək və çəyirtkəkimilərdir

Azərbaycanda yayılması Azərbaycan üçün xarakterik və mühafizəsinin gücləndirilməsi tələb olunan vəhşi fauna və yabanı flora növləri siyahısına daxildir.

İstinadlar

Ədəbiyyat 1. Верещагин Н. К. Млекопитающие Кавказа. История формирования фауны // АН СССР, Москва – Ленинград: 1959, cc. 466, 647; 2. Гуреев А. А. Насекомоядные (Mammalia, Insectivora). Ежи, Кроты и Землеройки (Erinaceidae, Talpidae, Soricidae) //Фауна СССР: Млекопитающие. Ленинград: Наука, Т. IV, в. 2. 1979, с. 383–385. 3.გაზეთი კვირის ფალიტრა № 6(1280) გვერდი, 18

Kateqoriya:Yereşənlər Kateqoriya:Türkiyə məməliləri Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Afrika məməliləri Kateqoriya:Asiya faunası Kateqoriya:Şimali Afrika məməliləri