Qafqaz xaçlıcasıКузьмин С. Л. Земноводные бывшего СССР. — М.: Товарищество научных изданий КМК, 2012. — 2-е изд. — С. 126. — 370 с. — ISBN 978-5-87317-871-1 () — Suda-quruda yaşayanların xaçlıcalar cinsinə aid qurbağa növü.

Təsviri Kiçik ölçülü qurbağa olaraq 60 mm uzunluğa malikdir. Bel nahiyəsində xaç şəkli vardır. Bəzən isə bel nahiyyəsi qırmızı xallar olur. Aşağı nahiyyəsi isə ağ rəngdə olur. Rəngi açıqdan tünd qəhvəyiyə qədər müxtəlif çalarda olur.Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: Elm, 2004, s. 173 - 174;

Yayıldığı ərazilər Qafqaz xaçlıcası əsasən Rusiyanın Krasnodar vilayətində və Stavropol vilayətinin cənub-qərb hissələrində və Gürcüstan cənub-şərqində yayılmışdır. Azərbaycanda isə əsasən Zaqatala və Balakən rayonlarında və hənim ərazilərə yaxın bölgələrdə rast gəlmək olar. Türkiyə ərazisində isə Rize dağlarının yamaclarında rast gəlmək olar.Ананьева Н.Б., Боркин Л.Я., Даревский И.С., Орлов Н.Л.. Земноводные и пресмыкающиеся. Энциклопедия природы России. М.: ABF, 1998, с. 66 – 69.

Həyat tərzi Qafqaz xaçlıcası əsasən insan ayağı dəyməyən meşələrdə rast gəlinir. Ümumilikdə isə onlara Enliyarpaq və qarışııq meşələrdə, hündürlüyü 2300 metr yüksəkliyə malik ərazilədrdə belə görmək olar. Əsas yaşayış yeri isə sıx kolluqlar və ya otluq ərazilərdir. Bu suda-quruda yaşayanlar digər həmcinslərinə nisbətən insanların yaşayış yerlərindən uzaqlaşırlar. Oturaq nnövdürlər və gecə, toranlıqda fəal olurlar. Gün çıxdıqdan sonra daşların, qurumuş budaqların, ağac köklərinin altında, yuvalarda və s. gizlənir. İstisna olaraq yağışlı, tutqun havada gündüz vaxtları rast gəlinir. Kürünü axar suların kənarlarında qoyur. Çoxalma vaxtı mart ayından sentyabr ayına qədər davam edir.Ганиев Ф.Р., Гасымова Г.Х. Некоторые данные о кавказской крестовке - Pelodytes caucasicus boulenger, 1896 (Amphibia, Anura, Pelodytidae) в пределах Азербайджана. AMEA Zoologiya İnstitutunun əsərləri, cild 30, № 2, 2012, səh. 122 - 125. Dişilər suyun dibinə 100 - 750 kürü qoya bilirlər. Metamorfoz 75 - 80 gün çəkir və adətən gələn mövsümdə qurtarır. Əsasən onurğasızlarla qidalanır. Çömçəquyruqların əsas düşmənləri suilanları, balıqlar, tritonlar və başqa amfibilərin sürfələri yeyirlər. Orta ömür müddəti 6 il sürür. Cinsi yetkinliyə 2 yaşında çatırlar. Sayı Azərbaycanda sayı haqqında məlumat yoxdur. Başqa ölkələrdə optimal şəraitdə çay kənarı boyunca 1 km-ə 10 - 12 yaşlı fərd düşür. Qorunması Sayları getdikcə azalmaqdadır. Səbəb isə avtomobil yollarında ölməsi və insanlar tərəfindən məhv edilmələri, sel, su mənbələrinin qurudularaq əkin və ya yayaşış yerlərinin tikilməsidir. Azərbaycanda xüsusi statusa malikdir və Zaqatala Dövlət Təbiət Qoruğunda mühafizə olunur.

Ədəbiyyat Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: Elm, 2004, s. 173 - 174; Ананьева Н.Б., Боркин Л.Я., Даревский И.С., Орлов Н.Л.. Земноводные и пресмыкающиеся. Энциклопедия природы России. М.: ABF, 1998, с. 66 – 69. Ганиев Ф.Р., Гасымова Г.Х. Некоторые данные о кавказской крестовке - Pelodytes caucasicus boulenger, 1896 (Amphibia, Anura, Pelodytidae) в пределах Азербайджана. AMEA Zoologiya İnstitutunun əsərləri, cild 30, № 2, 2012, səh. 122 - 125. Xarici keçidlər AMEA. Zoologiya İnstitutu. Suda-quruda yaşayanlar

Həmçinin bax

Qafqaz quru qurbağası Karelin tritonu Adi triton Suriya sarımsaqiyli qurbağası

İstinadlar

Kateqoriya:Suda-quruda yaşayanlar Kateqoriya:Azərbaycan faunası Kateqoriya:Gürcüstan faunası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Avropa suda-quruda yaşayanları Kateqoriya:Corc Albert Bulencer tərəfindən adlandırılmış taksonlar