Məzmun Filmdə hadisələr 1990-1994-cü illərdə baş verir. Filmin süjet xətti İncildəki bir ayədən götürülərək, Qafqaz reallığına, müasir vaxta uyğunlaşdırılmışdır.

Qafqazda müharibə başlayır. 75 yaşlı Mariya (Ada Roqovseva) oğlunu müharibədə itirir. O, gəlini Sofiya (Lyubov Tolkalina) ilə 12 ildir Qafqazda yaşayır. Aclıq başlanan zaman onlar Rusiyaya köçmək istəyirlər. Qadınlar qərara alırlar ki, onlar Moskvaya getməlidirlər. Mariya kiçik itini, Sofiya isə kiçik çemodanını götürüb qatara otururlar və yola düşürlər. Qonşu kupedə fotomüxbir Aleksandr (Andrey Çernışov) da gedir. Sofiya ilə Aleksandr bir-birini sevirlər. Mariya isə Volqoqrad yaxınlığındakı stansiyaların birində başa düşür ki, Qafqazsız yaşaya bilməyəcək. O, Sofiyaya kağız yazıb iti ilə birlikdə qatarı tərk edir...

Film haqqında Filmdə Emin Sabitoğlu və Aqşin Əlizadənin musiqilərindən istifadə olunmuşdur. İkinci şəxsin adı titrlərdə göstərilməyib. 2008-ci ildə ilk dəfə olaraq Azərbaycan filmi dünyanın ən nüfuzlu kino mükafatına namizədliyini irəli sürmüşdür. Amerika Kino Akademiyasının təsis etdiyi "Oskar" mükafatının "Ən yaxşı əcnəbi film" nominasiyasına iddialı olan 63 ölkənin məhsulu arasında Azərbaycan filmi "Qafqaz" da var idi. "Qafqaz" beynəlxalq standartlara uyğun olaraq, High Definition rəqəmli kinokamera ilə lentə alınıb. Filmin çəkilişlərinə təxminən 500 min dollar vəsait xərclənib. Film Fərid Hümbətovun "Qafqaz" əsərinin motivləri əsasında çəkilmişdir Film Rusiyadakı gəliri 43854 dollar təşkil edir.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Fərid Hümbətov Quruluşçu rejissor: Fərid Hümbətov Quruluşçu operatorlar: Yuri Varnovski, Telman Məmmədov, Tərlan Babayev Bəstəkar: Rauf Əliyev Trük quruluşçusu: Əli Məmmədov Kaskadyor: Əli Məmmədov Prodüser: Rauf Atamalıbəyov Səs: Vasili Filatov

Rollarda Ada Roqovseva — Mariya Lyubov Tolkalina — Sofya Andrey Çernışov — Aleksandr Həmidə Ömərova — qaraçı qadın Ənvər Vəliyev Elmira Şabanova Elçin Əzizov Milana Mərdaxanova Vəfa Zeynalova Zərnigar Ağakişiyeva Lamiyə Səlimova — qaraçı qız Sadıq Əhmədov Fuad Osmanov Nurəddin Mehdixanlı Şəfiqə Qasımova Yuri Baliyev

Xarici keçidlər Rəsmi vebsaytı Filmdən stopkadrlar "QAFQAZ" "Oskar"ı udacaq?

Həmçinin bax Bir dəfə Qafqazda (film, 2007)

Kateqoriya:2007-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanın melodram filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Müharibə filmləri Kateqoriya:"Metropol" Kinoşirkəti Kateqoriya:Xaçmazda çəkilən filmlər Kateqoriya:Mükafat alan Azərbaycan filmləri Kateqoriya:Birinci Qarabağ müharibəsi haqqında filmlər Kateqoriya:Rusca filmlər Kateqoriya:2007-ci ilin dram filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Rusiya filmləri Kateqoriya:Azərbaycanın dram filmləri Kateqoriya:Rusiyanın dram filmləri