Frayburq Universiteti () — Almaniyanın Baden-Vürtemberq torpağındakı Frayburq-im-Braysqau şəhərində yerləşən ali təhsil müəssisəsi.
Tarixi Universitetin əsası 1457-ci ildə qoyulmuşdur.
Fakültələri İlk dövrlərdə universitetdə 4 fakültə mövcud idisə, hazırda bunların sayı 11-ə çatıb.ADU-da almaniyalı professorla görüş . muallim.edu.az, 03.12.2010
Xarici əlaqələri Avropa Tədqiqat Universitetləri Liqasına daxildir.
Universiteti Amerikanın, eləcə də Avropanın tanınmış universitetləri ilə əməkdaşlıq edir.Almaniyalı professor Azərbaycan Dillər Universitetində olmuşdur . azertag.az, 29.11.2010 70-dən çox ölkədən tələbələrin təhsil aldığı universitet beynəlxalq layihələr və təqaüd proqramları təqdim edir. Universitet DAAD proqramı ilə birlikdə hər il xarici tələbələrin Almaniyada təhsil və kurslarda iştirak edə bilmələri üçün təqaüd proqramı hazırlayır. Yalnız tələbələrə deyil, həmçinin doktorant və alimlər üçün də qısa və uzun müddətli təqaüd proqramları təqdim edir.
Yay məktəbləri Yay məktəblərinin təşkili burada 100 ildən çoxdur ki, ənənə halını almışdır.Frayburq Universiteti . german-edu.az Universitetlərin nəzdində fəaliyyət göstərən yay dil və mədəniyyət məktəbləri Almaniyanı yaxından tanımaq üçün əla imkanlar yaradır. Bu özündə dil, ənənə, mədəniyyət, cəmiyyət kimi ünsürləri birləşdirir. Məktəbin iştirakçıları dil kursları, müxtəlif mövzularda mühazirələr, ekskursiyalar, muzey və tarixi abidələrin birgə ziyarətindən ibarət olan çox zəngin proqramdan yararlanırlar. Bundan əlavə, yay məktəbi ərzində təhsilini Frayburq Universitetində davam etdirmək istəyən şəxslər üçün alman təhsil sistemi ilə daha yaxından tanış olmaq imkanı da yaradılır.
Reytinqi + "Academic Ranking of World Universities"dəki yeri: 2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014 2015 102-1518890939496101-151101-150102-15099100101-150101-150
Şəkilləri
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Almaniya universitetləri Kateqoriya:1457-ci ildə yarananlar