Əzaz məntəqəsi () — Suriyada, Hələb mühafazasında inzibati–ərazi vahidi. İnzibati mərkəzi Əzaz şəhəridir. Məntəqə şimalda Türkiyənin Kilis ili, cənubda Hələb mühafazasının Cəbəl Səman məntəqəsi, qərbdə Əfrin məntəqəsi, şərqdə isə əl–Bab məntəqəsi ilə həmsərhəddir. Əhalisi 2004–cü il siyahıyaalınmasına əsasən Əzaz məntəqəsinin əhalisi 251.769 nəfərdir.
İnzibati bölgü 2004–cü il siyahıyaalınması tarixinə olan vəziyyətə əsasən məntəqə inzibati cəhətdən 6 nahiyəyə bölünür. Nahiyələr Əzaz Əxtərin Təl-Rifət Mare Nübl Suran
Şərhlər
İstinadlar
Kateqoriya:Əzaz məntəqəsi