M Group Production və ya qısaca MGP — Azərbaycan mərkəzli media, film, reklam və əyləncə şirkəti, prodüser mərkəzi. Şirkət 7 fevral 2003-cü ildə prodüser Murad Dadaşov tərəfindən yaradılmışdır. Şirkət fəaliyyəti dövründə bir çox layihələrə imza atmışdır. Ən yaddaqalan layihələrindən biri Maşın Şou olmuşdur. Şirkətin sədri Murad Dadaşovdur.
Tarixi Azərbaycan mərkəzli media, film, reklam və əyləncə şirkəti, prodüser mərkəzi olan M Group Production 7 fevral 2003-cü ildə prodüser Murad Dadaşov tərəfindən yaradılmışdır. Şirkətin sədri Murad Dadaşovdur.
Fəaliyyəti Şirkət media, film, reklam və əyləncə sektorlarında fəaliyyət göstərir. Şirkət fəaliyyəti dövründə bir çox layihələrə imza atmışdır. Şirkətin ilk layihəsi 2003-2005-ci illərdə Lider TV-də yayımlanan "Mərc şou" olmuşdur. 2011-2014-cü illərdə "Bu Da Bu" satirik verilişinin istehsalçısı olmuşdur. Layihə ANS TV-də həftəlik yayımlanmışdır.
Şirkət 2005-ci ildə Kiyevdə keçirilən 50-ci Avroviziya Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı jurnalist heyəti ilə təmsil etmişdir.
Şirkətin ən yaddaqalan və uzunmüddətli layihələrindən biri Maşın Şou olmuşdur. Layihə 2005-ci ilin oktyabr ayından yayımlanmağa başlamışdır. Layihə 2005-2011-ci illərdə 11 buraxılış Lider TV-də yayımlanmış, daha sonra 2013-cü ildə ATV-də 1 buraxılış yayımlandıqdan sonra 2015-cü ildə bir buraxılış ANS TV-də yayımlanmış, ardından təkrar 2017-2019-cu illər ərzində ATV-də 2019-cu ildəki sonuncu buraxılışına qədər 5 buraxılış yayımlamışdır. Sonuncu buraxılışını 2019-cu ilin oktyabr ayında etmişdir.
Şirkət 2016-cı ildə Niderlandın film istehsal şirkəti ilə müqavilə imzalamışdı.
2017-ci ildə Bayram axşamı komediya filmini istehsal etmişdir.
Şirkət reklam materiallarının istehsalında da iştirak edir.
Layihələri LayihəYayımlanma tarixiNövüTelekanalMərc şou 2003-2005 televiziya şousu Lider TVMaşın Şou 2005-2019 realiti-şou Lider TV (2005-2011) ATV (2013, 2017-2019) ANS TV (2015)Bu Da Bu 2011-2014 satirik veriliş ANS TVBayram axşamı 2017 sinema filmi
Mükafatları İlMükafatLayihəKateqoriyaNəticəMənbə2005 "İntellekt" İlin layihəsi mükafatı Maşın Şou "Mədəniyyət" nominasiyası rowspan="6" 2005 "Qrand" Müstəqil Milli İctimai Mükafatı Mərc şou İlin ən yaxşı musiqili-əyləncəli verilişi 2006 "Qrand" Müstəqil Milli İctimai Mükafatı Maşın Şou İlin ən yaxşı televiziya layihəsi
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2003-cü ildə yaranan şirkətlər Kateqoriya:Azərbaycan əyləncə şirkətləri Kateqoriya:Azərbaycan media şirkətləri Kateqoriya:Azərbaycan film şirkətləri Kateqoriya:Azərbaycan reklam şirkətləri