Mlokoseviç zolaqlı arısıAzərbaycan SSR Qırmızı Kitabı, 1989 il () — Əsl arılar fəsiləsinə və Thoracobombus yarımcinsinə aid, bal düzəldən arı növü. Azərbaycan Qırmızı Kitabına daxil edilmişdir. Otlaq sahələrinin kütləvi istifadəsi nəticəsində sayları azalmışdırAzərbaycan Qırmızı Kitabı:Bombus mlokosievitzi. mct.gov.az.
Görünüşü Mlokoseviç zolaqlı arıları əksər arılar kimi sarı və qara rəngli zolaqlara sahibdir və bədənləri tükcüklər ilə örtülü olduğundan bir qədər şiş görünürlər.
Adlandırılması Növün adı rus zooloqu Lyudvik Mlokoseviçin şərəfinə adlandırılmışdır.
Həyat tərzi Tək bir kraliça arının başçılıq etdiyi koloniyalar başqa bal arı koloniyalarına nəzərən olduqca kiçikdir. Koloniya daxilində işçi və dölləyici arı qrupları ayrılır.
Bal istehsalı Mlokoseviç zolaqlı arısı digər bambus arı növləri kimi az bal istehsal edir.
Yayılması Əsasən subalp və alp qurşağda yayılırlar. Bu xüsüsiyyət eyni ilə Azərbaycan ərazilərində də müşahidə edilir. Cənubi Qafqazın endemik canlısıdırBombus mlokosievitzii Radoszkowski, 1877. İstifadə tarixi: 4 mart 2026..
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Əsl arılar Kateqoriya:Buğumayaqlılar Kateqoriya:Altıayaqlılar Kateqoriya:Avrasiya həşəratları