Hindistan tarixi— Hindistanın keçmişi.

Qədim Hindistan

Hindistan tarixi qədim zamanda E.ə. 3 minillikdə Mohenco-daro və Harappa şəhərləri meydana gəlmişdir. Tunc və qızıldan müxtəlif əsyalar düzəldirdilər Yazıdan istifadə edirdilər. Qədim Hindistanın əhalisi: Cəngəllikləri təmizləyərək tarlalar düzəldirdilər Dəmiri emal edirdilər Taxıl, səkər qamışı və pambıq yetişdirirdilər Filləri əhliləşdirərək onlardan təsərrüfatda və döyüşlərdə istifadə edirdilər.

Hindistanda tayfa başçıları Racə adlanırdı. Tədricən racələr dövlət başçılarına çevrilməyə başladılar, e. ə. II minillikdə Ari tayfaları Hindistana köç etdilər. Onlar yerli əhali ilə qarışaraq oturaq həyata kecdilər. E. ə. I minillikdə Hindsitanda dövlət yarandı.

E. ə. VI əsrdə Hindistanın şimal-qərb hissəsi İran Əhəmənilər dövlətinin hücumuna məruz qaldı. e. ə. IV əsrin 20-ci illərində Makedoniyalı İskəndər Hindistanın şimal-qərbinə hücum etdi, lakin geri çəkilməyə məcbur oldu.

E. ə. III əsrin II yansında Mauriya sülaləsinə mənsub Aşoka bütün Hindistanı vahid dövlətdə birləşdirdi. E.ə. 180-ci ildə Mauriya sülaləsinə son qoyuldu.

Qeyd: Hindistanda quldar, kəndli və qullar ("Düşməп" və "Yad") sinifləri mövcud idi. Hüquq və vəzifələri qəti müəyyənləşdirilməmiş insan qrupu kasta adlanır. Rəvayətə görə baş tanrı Brahma insanları aşağıdakı kastalara bölmüsdür: Brahmanlar — Bu kastaya din xadimləri daxil idi. Əfsanəyə görə Brahma bu kastanı öz dodaqlarından yaratmışdır Döyüşçülər — Bu kastanı Brahma öz əl-lərindən yaratmışdır İctimai kəndlilər — Bu kastanı Brahma öz budlarından yaratmışdır Şudra — Bu kastanı Brahma palçığa bat-mıs ayaqlarından yaratmışdır. Şudra "nökər" kastası hesab olunurdu. Qeyd: "Toxunulmazlar" heç bir kastaya daxil deyildi. Kastaya mənsubiyyət əbədi idi və kastalar arasında nikaha yol verilmirdi.

Qədim hind mədəniyyətinə aiddir:

Sıfır rəqəmindən istifadə Riyazi rəqəmlərin tərtib edilməsi Şahmatın ixtirası (şahmat "dörd növ qoşun" adlanırdı) "Daşdan yonulmuş darvaza " (e. ə. I əsr) "Mahabharata" və "Ramayana" eposları "Dörd şir" heykəli (E.a. Ill əsr) Heykəltəraşlıq Memarlıq Təmsillər və poemalar

Qədim Hindistanlıların dini etiqadları və qanunları "Veda" adlı sənəddə toplanmısdır. e.ə. VI əsrdən başlayaraq Hindistanda Buddizm sürətlə yayilmağa başladı. Bu dinin banisi S. Qautama idi. Tərəfdarları onu Budda ("Bilici", "Həqiqətlə işıqlanmış") adlandırmışdılar. Buddizm kasta quruluşuna qarşı mübarizə aparırdı.

Təbiəti. Qədim şəhər xarabalıqları. Himalay sıra dağları Hindistanı başqa ölkələrdən ayırdığına və şimal küləklərindən qoruduğuna görə burada havalar hətta qışda da isti keçir. Hindistan yarımadası yayladan ibarətdir. Yayla ilə Himalay sıra dağları arasında ovalıq yerləşir. Hindistan ovalığının qərbində Hind, Şərqində Qanq çayı axır. Bu çaylar başlanğıcını Himalay dağlarından götürür.

İnsanlar Hindistanda qədim zamanlardan məskən salmışlar. Arxeoloqlar e.ə. III minillikdə salınmış Mohenco-Daro və Harappa şəhər xarabalıqlarını aşkar etmişlər. Qazıntı zamanı qala, onun içərisində saray, üçmərtəbəli evlər, tunc, qızıl əşyalar, hələ də oxunması mümkün olmayan yazılar tapılmışdır. E.ə. II minillikdə naməlum səbəbdən əhali şəhəri tərk etmişdir.

Hindistanın təsərrüfatı. Qədim dövlətlər. E.ə. II minilliyin sonunda Hindistana şimal-qərbdən köçəri ari tayfaları gəldilər. Bu tayfalara racələr başçılıq edirdi. Onlar oturaq həyata keçib yerli əhali ilə qaynayıb qarışdılar, birlikdə hind xalqını yaratdılar. Ari dili əsasında Hindistanda sanskrit ədəbi dili yarandı. Hindlilər eramızdan min il əvvəl dəmirdən istifadə etməyə başlamışdılar. Onlar cəngəllikləri qırıb dənli bitkilər becərir, hələ bir çox xalqlara məlum olmayan pambıq, şəkər qamışı, çəltik əkirdilər. Fili ilk dəfə hindlilər əhliləşdirmiş və ondan təsərrüfat işlərində istifadə etmişdilər. Əmək məhsuldarlığının artması nəticəsində Hindistanda bərabərsizlik yarandı. Adlı-sanlı adamlar kəndliləri və qulları istismar edirdilər. Qulları "yad", "düşmən" adlandırırdılar. Racələr padşaha çevrilirdi, onların hakimiyyətləri irsi idi. Hindistanda dövlət e.ə. I minillikdə meydana gəldi. Artıq e.ə. VI–IV əsrlərdə Hindistanın şimal-qərbində bir sıra xırda dövlət var idi. E.ə. VI əsrin sonunda Hindistan Əhəmənilər (İran) imperiyasına birləşdirildi və 20-ci satraplığa qatıldı. Mauriya imperiyası ərazisinin ən geniş vaxtında E.ə. IV əsrin 20-ci illərində Makedoniyalı İskəndər Hindistanın şimal-qərbinə hücum etdi və yorulmuş əsgərlərinin tələbi ilə geri qayıtdı. E.ə. 317-ci ildə Mauriya sülaləsindən olan padşah Çandraqupta İskəndərin xələflərindən olan Selevkinin qızı ilə evləndi. Selevki onu Hindistanın padşahı kimi tanıdı, tutulmuş Hindistan ərazisini də ona qaytardı. E.ə. III əsrin II yarısında bütün Hindistan padşah Aşokanın (e.ə. 268–231) hakimiyyəti altında vahid dövlətdə birləşdi. Onun ölümündən sonra bu dövlət dağıldı. E.ə. 180-ci ildə Mauriya sülaləsinin hakimiyyətinə son qoyuldu.

Kastalar. Hindistanda bərabərsizlik dində də öz əksini tapmışdı. Tanrı Brahma dünyanın və insanın yaradıcısı hesab olunurdu. Hind kahinlərinə Brahman deyirdilər. Hind kahinləri Allah Brahma tərəfindən müəyyən olunmuş qaydalar tərtib etmişlər. Guya Brahma insanları kastalara bölmüşdür. Qəti müəyyənləşdirilmiş hüquq və vəzifələri olan, bu hüquq və vəzifələri irsən keçən insan qrupu kasta adlanır. 1-ci — ən yüksək kastaya Brahmanlar daxil idi. Guya Allah onları ağzından yaratmışdı və buna görə onların Allah adından danışmağa ixtiyarı var idi. 2-ci kastaya brahmanın əlindən yaradılmış əsilzadələr və döyüşçülər, 3-cü kastaya brahmanın budlarından yaradılmış kəndlilər, sənətkarlar, tacirlər; 4-cü kastaya guya Brahmanın palçıqlı ayaqlarından yaradılmış şudralar (nökərlər) daxil idi. İnsan ömrü boyu mənsub olduğu kastada qalırdı. Kastalardan heç birinə daxil olmayanlara "toxunulmaz adamlar" deyir, onların özlərini və övladlarını doğulduğu gündən murdar sayırdılar. Onlar natəmiz yerləri təmizləyirdilər.

Budda. Qədim hindlilərin dini etiqadları və qanunları Veda adlı məcmuələrdə toplanmışdır. İnsanların kastalara bölünməsini ədalətsiz sayan adamlar da var idi. Buna görə də yeni din - budda dini yarandı. Onun banisi Siddahartha Qautama (e.ə.566–486) olmuşdur. Budda deyirdi: "Mənim etiqadım sevgi, yardım və şəfqət yoludur".

Mədəniyyət. Qədim hindlilər "Mahabharata" və "Ramayana" dastanlarını yaratmışlar. Onlar Finikiya əlifbası ilə tanış olmuş, özləri üçün yazı düzəltmişdilər. Rəqəmləri yaradan hindlilər sıfır rəqəmi tətbiq etməklə sadə və asan hesab qaydası müəyyən etmişdilər. Bu rəqəmləri əvvəlcə ərəblər qəbul etmiş, sonra isə avropalılar ərəblərdən götürdükləri bu rəqəmləri "ərəb rəqəmləri" adlandırmışlar. E.ə. I əsrdə daşdan yonulmuş darvaza gözəl incəsənət nümunəsidir. Bu darvazada bitki və heyvanat aləmi, hind əfsanələrinin qəhrəmanları və s. təsvir edilmişdir. Hindlilər mağara məbədlərdə sütunları şüşə kimi cilalayır, mağaranın divarlarını heyvan və müqəddəslərin şəkli ilə bəzəyirdilər. Hindistan şahmat oyununun vətənidir. Padşah Aşoka dövründə Hindistanda abidələr əsasən möhtəşəm sütunlardan ibarət idi. Daş sütunların yuxarısında heyvan, insan heykəlləri qoyulurdu. Aşoka dövründə möhtəşəm sütun üzərində 4 şir heykəli var idi, onların hərəsi bir tərəfə baxır. Bu təsvir indi Hindistan Respublikasının gerbidir.

Orta əsrlər tarixi

Hindistan IV–XI əsrlərdə Feodalizmin ilkin əlamətləri IV–V əsrlərdə Hindistanda meydana gəlməyə başladı. V əsrin ortalarında Qupta İmperiyasının dağılması quldarlıqdan feodalizmə keçid hesab edilir. Bu dövlətin ərazisində 70-ə qədər knyazlıq yarandı. Hind knyazları racə adlanırdı. Erkən feodalizm dövründə də hind kəndliləri icma halında yaşayırdılar. İcma parçalanır, icma üzvləri asdı vəziyyətə düşür və bərabərsizlik yaranırdı. IV–VI əsrlərdə əkinçilikdə bir sıra yeniliklər yarandı. Xam torpaqlardan istifadə edildi, dəmir kotan hazırlandı, kəndlilər çaylardan kanal çəkdilər, torpaqları suvardılar, ildə 2–3 dəfə məhsul götürürdülər. Əsasən çəltik, pambıq, şəkər qamışı, ədviyyat bitkiləri əkilir, portağal və s. sitrus bitkiləri yetişdirilirdi. Hindistanda feodalizmin səciyyəvi xüsusiyyəti kasta quruluşunun daha ciddi şəkil alması idi. Kastalara ağsaqqallar şurası başçılıq edirdi. Kastalar istehsal təcrübəsinin artırılması və istehsal edilən məhsulun keyfiyyətinin yaxşılaşmasına şərait yaradırdı. Hind kəndliləri erkən orta əsrlərdə əsas töycü vergisi ödəyir, mükəlləfiyyətlər (biyar) yerinə yetirir, yəni yollar çəkir, təmir edir, kanallar qazır, qalalar və s. tikirdilər. Harşa dövləti (500–648). VI əsrin əvvəllərində yaradılmış Ağ hun (eftalitlər) dövləti Hindistana hücum etdi. Qupta dövləti onların hücumunun qarşısını çətinliklə aldı, lakin Ağ hunların sonrakı hücumu zamanı hind racələri Ağ hunlarla birləşdilər. 500-cü ildə Hindistanın əksər ərazisi tutuldu və Qupta dövlətinin əlində ancaq Kəşmir və şimal-şərqi Hindistan qaldı. Ağ hunların hücumuna davam gətirməyən Qupta dövləti süqut etdi, Xarşa dövləti yarandı. VI əsrin sonunda Camna çayının şimalında yerləşən Stxaneşvar knyazlığı güclənməyə başladı. Xarşa keçmiş Qupta imperiyasının bütün torpaqlarını öz hakimiyyəti altında birləşdirdi və böyük hərbi-feodal dövləti yarandı. Xarşa dövləti kiçik knyazlıqlardan ibarət idi. Knyazlar öz qoşunu ilə hərbi səfərlərdə iştirak edirdilər. Hərbi yolla qurulan Xarşa dövləti 648-ci ildə parçalandı. Hindistanda VII əsrdə feodal dağınıqlığı başlandı. Hinduizm dualist dini təlimdir çoxallahlıq etiqadıdır. Bu dinə görə, insanların taleyini üç allah, yəni Brahma, Vişna və Şiva müəyyən edir. Şəhərin və təsərrüfatın inkişafı. Knyazlıqların mərkəzləri, dəniz sahilində olan şəhərlər sənətkarlıq mərkəzinə çevrildi. Feodallar sənətkarları şəhərlərə köçürür, şəhərlər böyüyürdü. Sənətkarlar zərif pambıq və ipək parça, qızıl və gümüşdən zərgərlik məmulatı, fil sümüyü və qiymətli ağaclardan heykəlciklər düzəldirdilər. Toxucular hörümçək toru kimi zərif parçalar toxuyurdular. Sənətkarlar peşələr üzrə, yəni toxuculuq, zərgərlik, çəkməçi, silah qayıran və s. üzrə kastalara bölünürdülər. Sənətkarlıq kastalarına ağsaqqallar şurası başçılıq edirdi. Hindistanın qərb sahillərində çoxlu liman şəhərləri var idi. Limanlara Çindən, Afrikadan, Ərəbistandan tacirlər gəlirdilər. Onlar ədviyyat, parça, zərgərlik məmulatı və s. alırdılar. VIIəsrdə Hind tacirləri Çin və Yaponiya bazarlarına çıxırdılar. Ərəb tacirləri vasitəsilə Hindistanın ticarəti genişlənməyə başladı. Sənətkarlığın inkişafı ilə atçılıq inkişaf etdi. At ticarəti İran və Ərəb tacirlərinin əlində idi.

Ərəblərin Hindistana yürüşləri. Hindistanda feodal dağınıqlığı 6 əsr (VI–XII əsrlər) davam etdi. VIII əsrin əvvəllərində ərəblər Hindistana hücum etdilər. Feodal dağınıqlığı, ara müharibələri, sürətlə hərəkət edən ərəb süvariləri Hindistanın işğalını asanlaşdırdı. VIII əsrin əvvəllərində ərəb sərkərdəsi Məhəmməd ibn Qasimin qoşunu Sind vilayətini, Hind çayının sahillərini tutdu. Ərəblər Qərbi Hindistanı işğal etdilər. Burada iki ərəb əmirliyi yarandı: Mənsurə (Sindin cənubunda) və Multan əmirlikləri. Qərbi Hindistanda VIII əsrdə islam dini yayıldı. Yerli əhalinin islam dinini qəbul etməsi Hindistanda mədəniyyətin inkişafına təkan verdi. Hindistanda feodal ara müharibələri genişləndi. Bu dövrdə döyüşçülərin xüsusi hərbi təşkilatı olan racəlit kastası yaranmışdı. "Racəlit" racələrin uşaqları deməkdir. Bu kastaya racə başçılıq edirdi. Feodal ara müharibələri dövründə var-yoxdan çıxmış kəndlilər VIIIəsrin ortalarında Benqaliyada üsyana başladılar. Racələr üsyanı yatırtmaq üçün birləşdilər.

Şimali Hindistanın Qəznəvi dövlətinə qatılması.