İmişli şəhər stadionu, rəsmi adı ilə Heydər Əliyev adına İmişli şəhər stadionu, və ya Heydər Əliyev adına stadion — Azərbaycanın İmişli şəhərində fəaliyyət göstərən idman obyekti. Tutumu 8.500 nəfər[http://www.worldstadiums.com/middle_east/countries/azerbaijan.shtml World Stadiums - Stadiums in Azerbaijan (Dünya Stadionları - Azərbaycanda Stadionlar) olan stadionunun açılışı Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində stadionda yenidənqurma işləri aparılması nəticəsində 2006-cı ilin mart ayının 23-də Prezident İlham Əliyev tərəfindən İmişliyə səfəri zamanı baş tutmuşdur. "İmişli" futbol klubu ev oyunlarını bu stadionda keçirib. 2006-cı il aprelin 26-da UEFA tərəfindən lisenziya alan bu stadionda 2006-2007 mövsümündə "MKT-Araz" komandası Moldovanın "Tiraspol" komandası ilə İntertoto kubokunun ev oyununu keçirib.
İmişli şəhər stadionu Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin adını daşıyır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan stadionları Kateqoriya:İmişli rayonunda idman Kateqoriya:Heydər Əliyevin şərəfinə adlandırılmış obyektlər Kateqoriya:2006-cı ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan futbol stadionları