Kiçik Asiya gürzəsi () — Əsl kərtənkələlər fəsiləsinə aid kərtənkələ növü.
Elədə böyük olmayan və uzunluğu 6,5 sm olan kərtənkələdir. Ümumi uzunluqları 14–16 sm olur. Rəngi boza çalır. Başı elə də böyük olmur. Erkəklərin cütləşmə zamanı boğaz nahiyəsi yaşıl rəng alır. Quyruğun aşağı hissəsi krem-sarı və ya ağımtıl olur.
Yayılması Növ əsasən Türkiyənin şərq və mərkəzi hissələrində, həmçinin Ermənistanda yayılmışdır. Quru dağlıq və qayalıq ərazilərdə yayılırlar. Xüsusi ilə 800–2400 m yüksəkliklərdə yayılırlar. Günün şəfəqdə olduğu vaxt aktiv olurlar. Təhlükə zamanı quyruğunun kiçik hissəsini ata bilirlər. İllik aktivliyi aprel–sentyabr ayları ərzində müşahidə edilir.
Çoxalması Yumurta qoyaraq çoxalır. İl ərzində üç dəfə yumurta qoyurlar. Hər yumurta qoyma zamanı dişi 2–5 qoyur. Birinci dəfə iyunun sonu-iyulun əvvəli, ikinci avqustun axırı baş verir. Cinsi yetkinliyə qışlama bitdikdən sonra catır.
Ədəbiyyat Arnold, Arribas & Carranza, 2007: Systematics of the Palaearctic and Oriental lizard tribe Lacertini (Squamata: Lacertidae: Lacertinae), with descriptions of eight new genera. Zootaxa 1430: 1–86 PDF
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Əsl kərtənkələlər Kateqoriya:Kərtənkələlər Kateqoriya:Sürünənlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Corc Albert Bulencer tərəfindən adlandırılmış taksonlar Kateqoriya:1887-ci ildə təsvir edilən sürünənlər Kateqoriya:Avrasiya sürünənləri