() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Təsviri Qanadları açılmış halda 25–30 mm-dir. Ön qanadları naxışsız olub, zəif şəkildə sarımtıl-qırmızıdır, damarları tünd qırmızı şüaya oxşayır, bu da kəpənəyə gözəl görkəm verir.

Yayılması Kiçik Asiya, Türkiyə, Suriya, Yunanıstan, İran, Qafqaz ərazilərində yayılmışlar. Azərbaycanda isə Naxçıvan Muxtar Respublikasında və Talış dağ-səhra ərazisində məhdud halda təsadüf edilir.

Həyat tərzi Kserofit dağlıq stasiyalarda. Yaşayış tərzi və qidalandığı bitkilər məlum deyil. Kəpənəyi iyunun əvvəllərindən iyulun axırlarına qədər uçur.

Sayı Azsayda təsadüf edilir, cəmi 4 kəpənəyi tutulmuşdur.

Məhdudlaşdırıcı amillər Yaşadığı biotopların əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.

Qorunması üçün məsləhət görülən tədbirlər Yaşayış yerlərində yasaqlıq təşkil etmək, biologiyasını ətraflı öyrənmək, süni surətdə artıraraq təbiətə buraxmaq lazımdır.

İstinadlar

Həmçinin bax