Müzəffər Hüseyn Mirzə Səfəvi — Sultan Hüseynin ikinci oğlu.
Həyatı 1562-ci ildə, Qəndəharda doğulmuşdu. Xüsusi təhsil almışdı. 1578-1595-ci illərdə Qəndəhar hakimi olmuş, 1594-cü ildə Qəndəharı I Əkbərə təslim etmişdi. Buna görə də Əkbər şah tərəfindən "Fərzənd" (Oğul) titulu və mənsəbdarlıq verilmişdi. 5000 zat və 4000 səvarı vardı. 1599-cu ildə istefaya çıxaraq Dehliyə köçdü və ömrünün axırınacan orada yaşadı. 1603-cü ilin oktyabrı elə orada vəfat etdi və basdırıldı. Molla Heydər Xisali kimi şairlərə hamilik etmişdi. Sambhal şəhəri onun irsi mülkü idi.Abdul Qadir Badauni, Cild.II, Müntəxəbut Təvarix, George S.A
səh.416. Səfəvilər nəslinin Hindistan qolu onun sayəsində ən güclü ailələrdən biri oldu.Firdos Anwar, Nobility under the Mughals (1628-1658) (New Delhi: Manohar, 2001): səh. 93-94; family groups of other ethnicities: səh. 97-107;Athar Ali, The Apparatus of Empire: səh. 98, 100, 101, 103.
Ailəsi Əvvəlcə Məlik Mahmud xan Sistaninin qızı ilə, daha sonra isə Mirzə Süleyman Bədəxşanlının qızı ilə evlənmişdi. Övladları: Mirzə Bəhram Səfəvi - Kutç sərdarı Mirzə Heydər Səfəvi Mirzə Əlqas Səfəvi Mirzə Təhmasib Səfəvi Mirzə İsmayıl Səfəvi İffət Cahan Banu - Cahangir şahın oğlu Pərviz Mirzə ilə evləndi. Nəvab Qəndəhari Bəyim - Cahan şah ilə evləndi.
İstinadlar
Kateqoriya:Səfəvi şahzadələri Kateqoriya:XVI əsr zadəganları