Şahablı - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
Tarixi Şahablı kəndi rayon mərkəzindən 13 km cənub-şərqdə, Qırxbulaq çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.106, Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.290 qeyd edilmişdir.
Adın mənşəyi Toponim Şahablı nəsil adı əsasında əmələ gəlmişdir. Patronomik oykonimdir. Quruluşca düzəltmə toponimdir ( (shahâb, meteor); (šihāb, meteor))
Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 3 iyun 1968-ci il tarixlı fərmanı ilə kəndin adı dəyişdirilərək Şahap (Şaqap) qoyulmuşdur.
Əhalisi Kənddə 1873-cü ildə 437 nəfər, 1886-cı ildə 606 nəfər, 1897-ci ildə 853 nəfər, 1904-cü ildə 827 nəfər, 1914-cü ildə 910 nəfər, 1916-cı ildə 966 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.86-87, 156-157.
1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşlar. Türkiyənin Van və Şatax vilayətlərindən köçürülən ermənilər bu kəndə də yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. Ermənilərlə yanaşı, burada 1922-ci ildə 64 nəfər, 1926-cı ildə 41 nəfər, 1931-ci ildə 79 nəfər azərbaycanlı yaşamışdır.
SSRİ hökumətinin xüsusi qərarı ilə kənddə yaşayan azərbaycanlılar 1948-1949-cu illərdə zorla Azərbaycana köçürülmüşdür. İndi burada yalnız ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Vedibasar kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri