Aşıq Əli (İmamquluyev Əli Əşrəf oğlu; ) — Azzərbaycan şairi və aşığı.

Həyatı 1927-ci ildə Göyçə mahalının Zərzibil (indiki Zərkənd) kəndində dünyaya gəlib. O Aşıq Ələsgərin qardaşı Məşədi Salehin nəvəsidir. Növrəs İmanın bacısı oğludur. El arasında Aşıq Əlini İman Əlisi adlandırırdılar.Ziyəddin Məhərrəmov, "XX əsr Göyçə aşıq mühiti (1920–1950-ci illər)" Bakı, NPB-1997. səh.31.

Kiçik yaşlarından saza-sözə maraq göstərən Aşıq Əli uzun illər Aşıq Talıb və Aşıq Nəcəfin yanında şəyirdlik etmiş, bu sənətin sirlərini dərindən mənimsəmiş və el arasında kamil bir aşıq kimi tanınmışdır. O da öz növbəsində bir çoxlarına ustad olmuş, saz sənətinin incəliklərini onlara öyrətmişdir. Təkcə onu demək kifayətdir ki, sazın füsunkar sədaları ilə bülbülü dilə gətirən Aşıq Ədalət Nəsibov Aşıq Əlinin şəyirdidir.Azad Ozan Kərimli, "Musiqi dünyası" jurnalı, № 3–4, 2000-ci il. səh.136–138.

O sonralar 1942-ci ildən Goranboy rayonunun Qızılhacılı kəndinə gəlmiş, oradan da Naftalan şəhərinə getmiş, orada binə bərkitmişdir.Tacir Səmimi, Qurban Göyçəli. "Zərkənd" Bakı, "AKE NPM"-2013.

Aşıq Əli 1990-cı il aprelin 23-də Naftalan şəhərində vəfat etmişdir.İslam Ələsgər, "Ələsgər ocağı" Bakı. Yazıçı-1991. səh.250–268, 294

Ailəsi Aşıq Əli Aşıq Ələsgərin qardaşı nəvəsidir. O, həmçinin Növrəs İmanın bacısı oğludur.

İstinadlar

Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Azərbaycan aşıqları Kateqoriya:Göyçə aşıqları Kateqoriya:Göyçədə doğulanlar Kateqoriya:Naftalanda vəfat edənlər